Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2748/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı X4 nümayəndəsinin X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4094, 3 saylı evin 71 saylı mənzilinə olan istifadə hüququ itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Baklxanov qəsəbəsi, MƏHƏLLƏ 4094, 3 saylı evin, 71 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Bununla bağlı xx xxxx 2018-cı il tarixli, RX ******* nömrəli çıxarış əldə etmişdir. Cavabdehlər isə evin əvvəlki sahibin qohumlarıdır. Bugünki günədək pasport qeydiyyatından çıxmamışdır. Bu da iddiaçıya bir çox hallarda müəyyən maneələr yaradır. Dəfələrlə cavabdehə pasport qeydiyyatından çıxması barədə xəbərdarlıq edilsə də bu günədək heç bir nəticəsi olmamışdır. Faktiki olaraq cavabdehin harada yaşaması barədə məlumatı yoxdur. Bundan başqa nəzərə almaq lazımdır ki, cavabdeh onun ailə üzvü deyildir, hətta həmin şəxslə qohumluq əlaqəsi də yoxdur. Məhz buna görə də hesab edir ki, mülkiyyətində olan mənzilin yaşayış sahəsindən cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 nümayəndəsinin X6 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yerləri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı və ******* nömrəli yaşayış sahəsinin alqı-satqısı müqaviləsinə əsasən, X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 3, 71 saylı mənzili İddiaçı tam mülkiyyətinə vermişdir. Satıcı – X2 həmin müqavilənin 8-ci bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 17-ci bəndinə əsasən isə müqavilənin notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışının surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 3, 71 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - AR DİN-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh1, X7 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 3, 71 saylı mənzildə qeydiyyatdadır. - xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportun surətidən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 3, 71 saylı mənzilin hüquq subyekti İddiaçıdır. - \\Bakı şəhəri 4 saylı Bakı Asan Xidmət (Dövlət) Notariat Kontorunun xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-957 nömrəli reyestr nömrəli işin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 3, 71 saylı mənzil Cavabdeh1 tərəfindən İddiaçı 73000 manata satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehlərin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4094, 3 saylı evin 71 saylı mənzilinə olan istifadə hüququ itirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4094, 3 saylı evin 71 saylı mənzilinə olan istifadə hüququ itirilsin. Qətnamə Cavabdeh1, X7, Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4094, 3 saylı evin 71 saylı mənzilinə olan qeydiyyatlarının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2748/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2748/2021
06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver