Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2748/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və uzun illərdir ki, orada yaşamışdır. Həmin evə mülkiyyət hüqququ mövcud olmasa da, istifadə və sahiblik hüququ mövcuddur. Belə ki, onun oğlu X8 Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur onunla xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı övladları vardır. Cavabdehi mənzilə qeydiyyata 2019cu il tarixdə salmışdır. Buna baxmayaraq Cavabdeh oğlu X8 ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4020/2023 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixli 1005 nömrəli akt qeydi ilə tərtib olunmuş nikahları pozulmuşdir. Cavabdehin ona qaşı münasibəti tamamilə dəyişmişdir. Ona mənəvi əzablar verməyə, təhqiramis hərəkətlər etməyə başlamışdır. Cavabdeh anası Hafizə ilə ona məxsus mənzildə qalıb və onu həmin evdən çıxardaraq onu və ailəsi evə girməyə icazə vermirlər. Cavabdeh onu öz evinə buraxmır, hətta buraxsa belə onunla yaşamaq mümkün deyildir. Lakin mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də hazirki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, 2011-ci ildən mübahisəli evdə qeydiyyatdadır. Hal-hazırda yaşamağa yeri yoxdur. İddiaçını o evdən qovmayıb, isdədikləri vaxt gəlib öz evində yaşaya bilər. Onun özünün başqa yaşayış terinin olmadığından evdən çıxıarılmaya göə ona kompensasiya verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Neftmaşstroy” trestin 58 nömrəli orderindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 25, mənzil 19 (Bakı şəhəri, Razin qəsəbəsi, R.Lyuksemburq küçəsi, ev 25, mənzil 19) X2 onun ailə üzvləri – X11, X14, X12, X15 və X5 verilmişdir. Belə ki, iş materiallarında olan “Neftmaşstroy” trestin 54 nömrəli orderindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 25, mənzil 18 (Bakı şəhəri, Razin qəsəbəsi, R.Lyuksemburq küçəsi, ev 25, mənzil 18) X2 onun ailə üzvləri – X11, X14, X12, X15 və X5 verilmişdir. Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4020/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X16 arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1005 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2011-ci il tarixli nikah pozulmuş, iddiaçı Cavabdeh ilə cavabdeh X6 birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X13 iddiaçı Cavabdeh himayəsində saxlanılmış, cavabdeh X3 xx.xx.2023-cü il tarixdən iddiaçı Cavabdeh ilə cavabdeh X6 birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki işə mahiyyəti üzrə baxılan zaman ilk öncə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalı, məhz bundan sonra cavabdehin həmin mənzil çıxırlması məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 18 nömrəli mənzil iddiaçının qanuni istifadəsindədir. Cavabdeh isə iddiaçının keçmiş gəlini olmuşdur. Cavabdeh 2011-ci il tarixdən yəni iddiaçının oğlu ilə ailə həyatı qurduğu tarixdən sözügedən mənzildə yaşamışdır. İş matriallarından məlum olur ki, cavabdeh ilə iddiaçının oğlu arasında olan nikah Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4020/2023 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh keçmiş gəlin iddiaçıya münasibətdə onun keçmiş ailə üzvü hesab edilmədiyindən, onun iddiaçının qanuni istifadəsində olan mənzildən də istifadə hüququ mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının qanuni istifadəsində olan mənzildə qanunsuz yaşamağa davam etməsi iddaçının hüquqlarını pozmuş olduğundan iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 25, mənzil 18 ünvanından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən 18 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2748/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2748/2024
02.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver