Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-275/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh X12 və Cavabdeh2 qarşı tikililərin cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı məhkəməyə iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) ilə müraciət edirək, mülkiyyətində olan hasarlanmış torpaq sahəsinin daxilində Cavabdeh1 tərəfindən çəkilmiş hasarın və tikilmiş tikilinin (yaşayış evi) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi yerləşir. Lakin Cavabdeh1 tərəfindən iddiaçıya məxsus hasarlanmış torpaq sahəsinin bir hissəsi qeyri-qanuni zəbt olunaraq tikili tikilib şəxsi məqsədləri üçün istifadə edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qərardadla qiyabi qətnamə ləğv edilmişdir. Məhkəmə Cavabdeh2 ikinci cavabdeh qismində işə cəlb etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində ona məxsus 0,12 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu) üzərində inşa edilmiş tikilinin Cavabdeh2 hesabına, hazır evin Cavabdeh1 hesabına, inşa edlmiş hasarın hər iki cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq, tikinti materiallarından təmizlənərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, mübahisəli torpağı üzərində yarımçıq tikili ilə birlikdə 2008-ci ildə alsa da, dövlət qeydiyyatına 2019-cu ildə aldırmışdır. 2008-ci ildə də, 2019-cu ildə də torpağın üzərində hər-hansı digər tikili mövcud olmamış, belə ki, torpaq sahəsini həmin illərdə videogörüntüyə almışdır və həmin görüntülərdən torpaq sahəsinin üzərində yalnız yarımçıq tikilinin olduğu görünür. 2019-cu ildə torpaq sahəsinə Çıxarışın alınması ilə Reyestr Xidmətinə müraciət etdikdə Xidmətin mühəndisləri sahəyə baxış keçirtmiş və Çıxarış onların rəyindən sonra verilmişdir. Həmin vaxt orada hər-hansı tikili olsa idi, yəqin ki ona Çıxarış verilməzdi. Sonralar o, torpaq sahəsinə gəldikdə yarımçıq tikilinin davam edildiyini, sahənin ortadan hasarla bölündüyünü, hasarın digər tərəfində isə cavabdeh X12 tərəfindən evin inşa edildiyini görmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə qeyd etdi ki, Suleymanova Rəna özünə məxsus tikilini iddiaçı torpağı mülkiyyətinə keçirtmədən öncə tikdirmişdir. İddianın onlara qarşı rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkili Vəkil1 qeyd etdi ki, Ruslan qanuni əsaslarla torpaq sahəsini əldə etmiş, onun üzərindəki yarmçıq tikilini hardasa 2022-ci ildə davam etdirmiş, digər cavabdehlə hasar hörmüş, digər cavabdeh ondan hardasa bir il əvvəl öz evini inşa etdirmişdir. Hasarın pulunun təxmini 800 manatını o, qalan hissəsini Suleymanova Rəna ödəmişdir. Onun tərəfindən tikinti inşa edilərkən, o, torpaq sahəsinin üzərində kiminsə mülkiyyət hüququnun olduğunu bilməmişdir. Xahiş edir, iddia rədd edlsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir (Dövlət reyestrindən ******* №-li Çıxarış, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il; A seriyalı 380770 №-li torpaq sahəsinin planı və ölçüsü). İddiaçı həmin torpaq sahəsini AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 24000 manat müqabilində satın almış, müqavilə 39 saylı dövlət notariat kontorunun dövlət notariusu Qasımlı R.Y tərəfindən reyestrdə 4Ə/2-185 №-li qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Reyestr Xidməti tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, adıçəkilən torpaq sahəsi Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 10663D kod 00500066 seriyalı, xx.xx.2004cü il tarixli Şəhadətnaməyə əsasən Bakı şəhəri ərazi idarəsində 163 №-li reyestr kitabında səhifə 15209-da xx.xx.2008-ci il tarixdə ********** № ilə qeydiyyata əsasən satıcı X3 məxsus olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/576 №-li ekspert rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən A seriyalı 380770 Ne-li Torpaq sahəsinin planı və ölçüsünə əsasən 0.12 ha (faktiki hasarlanmış 0.128 ha) torpaq sahəsində cavabdeh tərəfindən 1 ədəd yarımçıq tikili, 1 ədəd fərdi yaşayış evi və daş hasar inşa edilmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hasarla iki yerə bölünmüş, hasarın bir tərəfindən Cavabdeh2 sənədi əsasında mövcud olmuş yarımçıq tikili tikilməkdə davam edir, hasarın digər tərəfində cavabdeh Suleymanova Rəna tərəfindən ev inşa edilmiş, həmin evdə Suleymanova Rəna və onun ailə üzvləri yaşayırlar. İddiaçı tərəfindən təqdim edilmiş görüntülərdən torpaq sahəsində 2019-cu ilin aprel ayına qədər yarımçıq tikilidən əlavə hər-hansı tikilinin olmadığı görünür. Cavabdeh2 (alıcı) xx.xx.2021-ci il tarixdə X15 (satıcı) ilə bağladığı ilkin alqı-satqı müqaviləsinə əsasən Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ massivi ərazisində yerləşən 809,2 kv metr torpaq sahəsini və üzərində tikilən 50,92 kv metr evini 16000 manata almışdır. Həmin müqaviləyə əsasən satıcı 50 il müddətində əmlakın sənədlərini toplayıb alıcı ilə alqı-satqı müqaviləsi bağlamağı, gələcəkdə həmin əmlaka görə kimsə iddia qaldırarsa alıcıya dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür (müqavilə 18 saylı notariat ofisinin xüsusi notariusu Bəşirov Anar tərəfindən reyestrdə 3M-255 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Elə həmin gün Cavabdeh2 16000 manat vəsaiti GünayBank vasitəsilə notariusun depozitinə mədaxil etmişdir (xəzinə mədaxil orderi). Pirşağı Bələdiyyəsi Cavabdeh2 «məxsus əmlak və torpağın plan cizgisi»ni GOOGLE xəritə vasitəsilə tərtib etmiş, Cavabdeh2 bələdiyyəyə əmlak vergi ödəməyə başlamışdır. Bundan sonra Cavabdeh2 torpaq sahəsinin mülkiyyətçisi özünü hesab etdiyinə görə qohumları vasitəsi yarımçıq inşaatı davam etməyə başlamış və hasar inşa etdirmişdir. Digər cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə baxış iclasına vətəndaş Ağgül Şirinova tərəfindən ərizə göndərilərək onun da işə cəlb edilməsi xahiş olunmuş, hər iki cavabdehin vəkili də buna nail olmaq istəmişdilər. X13 «Pirşağı qəsəbəsi, Hüsyenbala Əliyev küçəsi, ev 55/3» ünvana dair xx.xx.2023cü il tarixdə Azərsu ilə, «ünvan 1 ünvanına xx.xx.2023-ci il tarixdə Azərişıq ilə müqavilə bağlamışdır. Cavabdeh2 vəkili Vəkil1 tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə mübahisəli ünvanda 809,2 kv metr torpaq sahəsinə və üzərindəki 50,92 kv metr fərdi yaşayış evinə sərəncam verməyi və digər səlahiyyətləri X10 vermiş, sonuncu ilə X11 ötürmüşüdr. Hazırda iddiaçı çəkilmiş hasarın və tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsini torpaq sahəsinin ona təmizlənmiş vəziyyətdə ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ tam qanuni əsaslarla yaranmışdır və dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, Cavabdeh2 bağladığı ilkin alqı-satqı müqaviləsi onun həmin torağa hər-hansı hüququnu yaratmır. Əvvəla, həmin müqavilə 50 il ərzində sənədlərin toplandığından sonra alqı-satqı müqaviləsinin bağlanması ilə şərtləndirilmişdir. Bundan başqa, Cavabdeh2 həmin torpaq sahəsinə ilkin alqı-satqı müqaviləsini bağladığı zaman artıq həmin torpaq sahəsi iddiçının mülkiyyətində olmuşdur. Digər cavabdeh Suleymanova Rəna ona məxsus tikilinin 2000-ci ildə inşa edildiyini qeyd etsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, qeyd edildiyi kimi, iddiaçı tərəfindən təqdim edilmiş görüntülərdən torpaq sahəsində 2019-cu ilin aprel ayına qədər yarımçıq tikilidən əlavə hər-hansı tikilinin olmadığı görünür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 №-li əmri ilə təsdiq edilmiş «Torpaq sahəsinin plan və ölçülərinin tərtibi, tikili və qurğuların texniki inventarlaşdırılmasına və cari diyşikliklərin aparılmasına dair Təlimat»a əsasən torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi üçün Reyestr Xidmətinin səlahiyyətləri əməkdaşları tərəfindən torpaq sahəsi yerləşdiyi yer müayinə edildikdən sonra müəyyən işlər görülür və sonra plan-ölçü tərtib edilir. Məhkəmə hesab edir ki, torpaq sahəsinə dair iddiaçı xx.xx.2019-cu il tarixdə Çıxarış və plan və ölçü verilən zaman adıçəkilən tikililər (yarımçıq tikilidən başqa) mövcud olsaydı, plan-ölçününü verilməsində imtina edilərdi. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, sökülməsi tələb edilən tikililər Çıxarış və plan-ölçü verildikdən sonra inşa edilmişdir. Cavabdehlər mübahisəli yarımçıq tikiliyə digər vətəndaşın – X6 hüququnun yaranmasını sübut etməyə çalışmışdılar. Qeyd edildiyi kimi, mühisəli torpaq sahəsinin ünvanı «Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi» olsa da, X1 ilə müqavilələni Pirşağı qəsəbəsi, Hüsyenbala Əliyev küçəsi, ev 55/3, Azərişıq ilə «Sabunçu rayonu, Pirşağı, Bağlar, ev 0010, mənzil 044» ünvanına bağlamışdır. Göründüyü kimi, ünvanlar fərqlidir. Bundan başqa, adıçəkilən hərəkətlər mülki işin gedişatında olduğuna görə məhkəmə hesab edir ki, bunlar hamısı işin yubadılmasına yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edildiyindən onlar tərəfindən inşa edilmiş qanunsuz tikililər sökülməli və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Eyni zamanda Cavabdeh1 nümayəndəsinin vəsatəti əsasında iş üzrə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat X4 tutulub X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu) üzərində inşa edilmiş tikili Cavabdeh2 hesabına, hazır ev Cavabdeh1 hesabına, inşa edlmiş hasar hər iki cavabdehin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq, tikinti materiallarından təmizlənərək iddiaçıya təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh1 tutulub X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-275/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-275/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver