Məhkəmə qərarları › İş №2(008)-2758/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2758/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2758/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2018-ci ilin yanvar ayından aldığı 65.000 (altmış beş min) ABŞ dolları məbləğində əsas borcun, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29.03.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 65000 (altmış beş min) ABŞ dolları məbləğində borc pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məhkəmə xərci tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci il yanvar ayından 2020-ci ilin fevral ayına qədər problemlərinin həll edilməsi adı ilə onun etibarından suiistifadə edərək ondan ümumilikdə 65000 (altmış beş min) ABŞ dollar məbləğində borc adı ilə qaytarmaq şərtilə pulunu alaraq mənimsəmiş və bu günə kimi qaytarmaqdan imtina edir. Hətta həmin ünvanda qeydiyyatda olan həyat yoldaşı X6 (tel.nömrəsi: **********) və qardaşı X5 (tel.nömrəsi: **********) da onunla birlikdə dəfələrlə söz vermələrinə baxmayaraq, pulu qaytarmırlar. İddiaçı V.Bağıovun qanunsuz hərəkətləri ilə bağlı ərazi üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Polis idarəsində araşdırma apardıqdan sonra ona məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Hesab edir ki, Cavabdeh ona məxsus pul vəsaitini qaytarmamaqla ona külli miqdarda ziyan vurmuşdur. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Miilki Məcəlləsinin 448-ci maddəsinə əsasən onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 449-cu maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şərtlərlə gecikdirməklə və ya başqa şəxsin vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyini və onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbinin qərarının çıxarıldığı gün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, cavabdehin borc əsasında alıb qaytarmadığı 65000 (altmış beş min) ABŞ dollarının üzərinə əlavə olaraq bank faiz dərəcələri və ödənilmiş dövlət rüsumu da əlavə edilməklə, alınıb iddiaçıya qaytarəlması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştiak edən Cavabdeh iddianı qismən qəbul edərək iddiaçıdan 65000 ABŞ dolları borc aldığını etiraf etmişdir. Ancaq bir neçə gün əvvəl 5100 manat ödədiyini və hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin ödəniş etməsi ilə bağlı heç bir sübutu olmadığını, bu halı Zaur tərəfindən təsdiqlənəcəyinə şübhəsi olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -12.05.2020-ci il tarixli Cavabdeh əlyazmasından görünür ki, Bağırov X8 Zaurdan 65000 ABŞ dolları borc pul almışdır. 15000 ABŞ dollarını 20.05.2020-ci il tarixə qədər qaytaracağını, qalah hissəsini isə 30.06.2020-ci il tarixə kimi qaytaracağını söz vermişdir. - 16.07.2020-ci il tarixli Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etməsi məqsədə müvafiq olması bildirilmişdir. -16.07.2020-ci il tarixli Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh izahatından görünür ki, o iddiaçı ilə 45 ilə yaxındır ki, bir-birlərini tanıyırlar. 2018-ci il yanvar ayında alver məqsədi ilə 50000 ABŞ dolları və 2020-ci ilin yanvar ayında isə 10000 ABŞ dolları borca pul almışdır. 2018-ci ilin fevral ayından 18 ay ərzində o Zaura hər ay 1250 ABŞ dolları pul vermişdir. 201-cu ilin fevral ayından 2020-ci ilə qədər Zaura hər ay 1300 pul vermişir. Mart ayından karantin başladığı üçün alveri və dükanları bağlı olduğu üçün o pulu qaytara bilməmişdr. İddiaçı aldığı 60000 ABŞ dolları borc puldan 38500 ABŞ dolları Zaura qaytarmışdır, 21460 ABŞ dolları hal-hazırda borcu qalmışdır. 10.08.2020-ci il tarixində Zaura 20000 ABŞ dolları qaytaracağına söz vermişdir. Hər ay verdiyi 38540 dollar pulun faizi olmuşdur, ancaq pulun kökü olan 60000 ABŞ dolları Zaura borcu qalmışdır və həmin pulu hissə-hissə qaytaracağını bildirmişdir. -Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 030562 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı soyadını “Mamedov”dan “Cavanşir”ə dəyişdirmişdir. -11.03.2021-ci il tarixli, BPM**********01 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, X7 11.03.2021-ci il tarixli müqaviləyə əsasən hüquq xidmət haqqı olaraq 100 manat ödəniş etmişdir. İş matrialarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsuu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə vaxtında ödənilməsi üçün pul vəsaiti vermişdir. İddiaçı tərəfindən verilmiş olduğu pulun məbləğinin 65000 ABŞ dolları olduğu qeyd edərərək və bu halı təsdiq edən cavabdeh tərəfindən yazılmış əlyazmanı da mülki işin materiallarına əlavə etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərərkən borc məbləğinin müəyyən hissəsini qaytarmiş olduğunu və buna dair sübutların məhkəməyə təqdim edə bilməsi üçün məhkəmədən vaxt istəməsinə baxmayaraq, borcun ödənilməsi ilə bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 65000 (altmış beş min) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 100 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 65000 (altmış beş min) ABŞ dolları məbləğində (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borc pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məhkəmə xərci tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar