Məhkəmə qərarları › İş №2(008)-278/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-278/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-278/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7 qızının, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi və tələbin dəyişdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 20-23-11- 2016-FC-SR nömrəli 23.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 116670,10 manat əsas borc, 25867,5 manat faiz borcu, cəmi borc 142537,6 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 16.11.2017ci il tarixli, 5626 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəs., D.Bünyatzadə küç., ev 23 küçəsi, 27 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 və digər cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh4 qeyd olunan ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, cavabdehlər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankının Sabunçu filialı ilə Cavabdeh2 arasında bağlanmış 20-23-11-2016-FC-SR nömrəli 23.11.2016-cı il tarixli kredit müqaviləsinə və Cavabdeh3 arasında bağlanmış 20-23-11- 2016-FC- SR nömrəli 23.11.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 illik 10 faiz olmaqla, 240 ay müddətinə 120510 (yüz iyirmi min beş yüz on) manat məbləğində kredit verilmişdir.Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh3 ilə 20-23-11-2016-FC-SR nömrəli 23.11.2016-cı il tarixli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə Bank arasında 16.11.2017-cı il tarixli, 5626 nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəs., D.Bünyatzadə küç., ev 23 küçəsi, 27 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.Cavabdeh2 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 28.04.2022-ci il tarixə Cavabdeh2 Banka 116670.10 manat əsas borc, 25867,5 manat faiz borcu, cəmi borc 142537,6 manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh4 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin və tələbin dəyişdirlməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Banka olan borcu etiraf etdi və ödəmək niyyətində olduqlarını qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallırın araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Azərbaycan Beynəlxalq Bankının Sabunçu filialı ilə Cavabdeh2 arasında bağlanmış 20-23-11-2016-FC-SR nömrəli 23.11 2016-cı il tarixli kredit müqaviləsinə və Cavabdeh3 arasında bağlanmış 20-23-11-2016-FC- SR nömrəli 23.11 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 illik 10 faiz olmaqla, 240 ay müddətinə 120510 (yüz iyirmi min beş yüz on) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh3 ilə 20-23- 11-2016-FC-SR nömrəli 23.11.2016-cı il tarixli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə Bank arasında 16.11.2017-cı il tarixli, 5626 nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəs., D.Bünyatzadə küç., ev 23 küçəsi, 27 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan daşınmaz əmlak DƏDRX-də qeydiyyata alınmışdır (1187176 №-li Çıxarış). Bank tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borcu ödəmədikləri üçün tutmaının ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi haqqında ünvanlanmış 10.02.2021-ci il tarixli bildiriş cavabdehlər tərəfindən qəbul olunmuşdur. Bank tərəfindən DƏDRX-yə bildirişin qeydə alınmasına dair 18.02.2021-ci il tarixli ərizə göndərilmiş, bildiriş qeydə alınmışdır. Cavabdeh2 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 28.04.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 Banka 116670.10 manat əsas borc, 25867,5 manat faiz borcu, cəmi borc 142537,6 manat təşkil edir. Hesabdan Çıxarışdan borcun ödənilməsi görünmür. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan evin likvid qiyməti 150000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Bank borcun tutulması, tutmanını ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara göorə iddiə tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Eyni zamanda Bank haqlı olaraq borcun tutulmasını müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 istəyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər cavabdehlər də ipoteka predmeti olan evdə qeydiyyatdadılar. Məhkəmə hesab edir ki, Cavabdeh2 və digər cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh4 qeyd olunan ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməli, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməli, cavabdehlər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məcburi qaydada çıxarılmalıdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 20-23-11-2016-FC-SR nömrəli 23.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 116670,10 manat əsas borc, 25867,5 manat faiz borcu, cəmi borc 142537,6 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaiti tutulmalı, tutulmalı olan məbləğ 16.11.2017-ci il tarixli, 5626 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəs., D.Bünyatzadə küç., ev 23 küçəsi, 27 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 150000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməli, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 və digər cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh4 qeyd olunan ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməli, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməli, cavabdehlər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmalı, mənzil boşaldılaraq təhvil verilməli, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 20-23-11-2016- FC-SR nömrəli 23.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 116670,10 manat əsas borc, 25867,5 manat faiz borcu, cəmi borc 142537,6 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaiti tutulsun. Tutma 16.11.2017-ci il tarixli, 5626 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəs., D.Bünyatzadə küç., ev 23 küçəsi, 27 saylı mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 150000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, nəticədə əldə olunacaq vəsait hesabına ödənilsin. İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 və digər cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh4 qeyd olunan ipoteka predmetindən istifadə hüquqlarına xitam verilsin, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsinlər, cavabdehlər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılsınlar, mənzil boşaldılaraq təhvil verilsin. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar