Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2794/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Şabran MMC-nin cavabdeh Qəhrəmanov Rəşı̇ d Qəzənfər Oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şabran MMC cavabdeh Qəhrəmanov Rəşı̇ d Qəzənfər oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvaynaya 116 ünvanda yerləşən 13,86 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin əraziyə giriş qapısının açarlarının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/104 saylı qərarı ilə istehsalat bazasının yaradılması üçün onun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvaynaya 116 ünvanda yerləşən 18,13 ha torpaq sahəsinin 13,86 ha hissəsini iddiaçı "xxxx" MMC-yə satmışdır. Həmin müqaviləyə uyğun olaraq satılan torpaq sahəsinin razılaşdırılmış dəyəri iddiaçı "xxxx" MMC tərəfindən əvəzləşdirmə (mənzillər verilməsi) yolu ilə ödənilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında tərtib edilən eyni tarixli bölgü sxeminə uyğun olaraq iddiaçıya verilən torpaq sahəsinin döngə nöqtələri (koordinatları) müəyyən edilmiş və həmin ölçülər üzrə naturada torpaq sahəsi ümumi sahədən ayrılaraq iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdən iddiaçının faktiki istifadə və sahibliyinə verilmiş və iddiaçı torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin vaxtdan başlayaraq iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. İddiaçı təşkilatın qanuni təmsilçisi X2 2024-ci ildə torpaq sahəsi ilə bağlı müvafiq sənədləşdirmə işlərini aparmaq qərarına gəlmişdir. Bu məqsədlə Qənifə Cəlilova 2024-cü ilin dekabr ayında Cavabdeh ilə görüşüb danışmış, cavabdeh də torpaq sahəsinə dair müvafiq etibarnamə verilməli olduğunu, etibarnamə veriləcəyi halda torpağın bütün sənədləşdirmə işlərini yerinə yetirəcəyini bildirmişdir. Ona görə də iddiaçı təşkilatın qanuni təmsilçisi X2 23 dekabr 2024cü ildə Cavabdeh öz adından etibarnamə verərək daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarında, Əmlak Xidmətləri Məkanında və digər dövlət və bələdiyyə orqanlarında özəlləşdirmə və sənədləşdirmə işlərini aparmaq səlahiyyətlərini cavabdehə etibar etmişdir. Cavabdeh etibarnaməni aldıqdan sonra iddiaçının qanuni təmsilçisinə bildirmişdir ki, qısa bır müddət ərzində tapşırıqları icra edəcək. İddiaçı torpaq sahəsinə giriş qapısının açarlarını da cavabdehə təqdim etmişdir. Lakin cavabdeh aldığı tapşırığı yerinə yetirməmiş, etibarnamənin verildiyi vaxtdan keçən 50 gün müddətində ddiaçıya işin gedişi barədə məlumat (hesabat) verməmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin vəziyyəti ilə maraqlananda məlum olmuşdur ki, cavabdeh ona verilən etibarnaməni əsas götürərək özü torpaq sahəsini zəbt etmiş, həmin sahənin təxminən 2 ha hissəsində öz sahibkarlıq fəaliyyətini qurmaq üçün tikintiyə hazırlıq işlərinə başlamışdır. Belə ki, cavabdeh həmin torpaq sahəsində ölçü-planlama işləri gördürmüş, sahəyə tikinti materiallarının gətirilməsi üçün sifarişlər vermiş, əraziyə texnika gətirmiş və torpaq sahəsindən öz şəxsi məqsədləri üçün istifadə etməyə başlamışdır. Bu zaman cavabdeh torpaq sahəsinə faktiki sahibliyini təsdiq etmək üçün iddiaçı təşkilatın qanuni təmsilçisinin adından ona verilən etibarnaməni nümayiş etdirmiş, torpağı iddiaçıdan aldığını, etibarnamənin də bu məqsədlə ona verildiyini başqa şəxslərə bildirmişdir. İddiaçı cavabdehin ona verilən etibarnamədən öz şəxsi məqsədləri üçün istifadə etdiyini görüb həmin etibarnaməni ləğv etmək üçün 15 fevral 2025-ci ildə Bakı şəhəri 21 saylı notariat ofisinə müraciət etmiş və bu müraciət əsasında etibarnamə ləğv edilmişdir. Etibarnamənin ləğv edilməsi barədə cavabdehə də mobil telefon vasitəsilə məlumat verilmiş və ondan zəbt etdiyi torpaq sahəsini boşaltmaq, əraziyə giriş qapısının açarlarını iddiaçıya təhvil vermək tələb edilmişdir. Buna baxmayaraq, cavabdeh bu tələbini yerinə yetirməmiş və torpaq sahəsini tərk edib iddiaçıya təhvil verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/104 saylı qərarından görünür ki, istehsalat bazasının yaradılması üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvaynaya 116 ünvanda yerləşən 18,13 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2021-ci il tarixli Torpaqdan yer ayırma müqaviləsindən görünür ki, "xxxx" MMCnin balansında olan Bakı Şəhər sovetinin 27 mart 1991-ci il tarixli 3/104 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvaynaya 116 ünvanda yerləşən 18,13 ha torpaq sahəsinin 13,86 ha hissəsini iddiaçı "xxxx" MMC-yə satmışdır. Həmin müqaviləyə uyğun olaraq satılan torpaq sahəsinin razılaşdırılmış dəyəri iddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru X1 məxsus olan Yasamal rayonu, A.Salamzadə 593cü məhəllədə inşa olunan yaşayış binasından 5 ədəd, hər biri 181 kvadrat olan mənzilləri "xxxx" MMC-nin təsisçisi və direktoru olan X3 məxsus olan Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən 13,86 ha torpaq sahəsinin əvəzinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/104 saylı qərarı ilə istehsalat bazasının yaradılması üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvaynaya 116 ünvanda yerləşən 18,13 ha torpaq sahəsi verilmişdir. xx.xx.2021-ci il tarixli Torpaqdan yer ayırma müqaviləsi ilə həmin torpaq sahəsinin razılaşdırılmış dəyəri iddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru X1 məxsus olan Yasamal rayonu, A.Salamzadə 593-cü məhəllədə inşa olunan yaşayış binasından 5 ədəd, hər biri 181 kvadrat olan mənzilləri "xxxx" MMC-nin təsisçisi və direktoru olan X3 məxsus olan Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən 13,86 ha torpaq sahəsinin əvəzinə vermişdir. İşin mübahisəli halı Cavabdeh sözügedən torpaq sahəsinə hər hansısa hüququnun olub olmamasını müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ yoxdur və həmin torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçı torpaq sahəsinə mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvaynaya 116 ünvanda yerləşən 13,86 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən geri alınmalı və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Qəhrəmanov Rəşı̇ d Qəzənfər oğlu iddiaçının mülkiyyətində olan Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən 13,86 ha torpaq sahəsindən çıxarılsın. Qəhrəmanov Rəşı̇ d Qəzənfər oğlundan Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən 13,86 ha torpaq sahəsinə giriş qapısının açarları alınaraq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2794/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2794/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver