Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2795/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona məxsus Maştağa qəsəbəsi, Savalan Yaşayış massivi, ev 162 A ünvanında yerləşən yaşayış evindən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəfat etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi hazırki mübahisə üzrə cavabdeh tərəf olan Cavabdeh vəfat etdiyindən, yəni iddiaya cavab verməli şəxs olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” ilə bağlı iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2795/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2795/2025
25.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver