Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-280/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz hərəkətlərin qarşısının alınması, qanunsuz tikilinin sökülməsi, əmlakın qanunsuz sahiblikdən qaytarılması, əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz hərəkətlərin qarşısının alınması, qanunsuz tikilinin sökülməsi, əmlakın qanunsuz sahiblikdən qaytarılması, əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, ona məxsus bağ sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş iki mərtəbəli yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması və həmçinin cavabdehdən ona vurduğu maddi ziyana görə 15.000 (on beş min) manat, mənəvi ziyana görə 15.000 (on beş min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 180 (yüz səksən) manat pulun tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1129J saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh ona məxsus bağ sahəsində qanunsuz iki mərtəbəli ev inşa etmişdir. Hazırda o ona torpaq sahəsinə daxil olmağa, torpaq sahəsindən istifadə etməyə, özünə torpaq sahəsində ev tikməyə imkan vermir, ona qarşı qanunsuz hərəkətlər edir. Göründüyü kimi cavabdeh onun torpaq sahəsi özbaşına zəbt edərək, qanunsuz ev inşa etmiş, onun mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə o daşımaz əmlaka dair sahiblik və digər mülkiyyət hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Odur ki, cavabdeh ona məxsus torpaq sahəsinə qanunsuz sahibləndiyi, torpaq sahəsinin ərazində özbaşına tikinti işləri gördüyü, torpaq sahəsinin yararsız vəziyyətə saldığı üçün ona 15.000 (on beş min) manat maddi ziyan ödəməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkətlərinə görə uzun müddət ərzində xüsusi mülkiyyətində olan əmlakdan istifadə edə bilməmiş, mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Öz torpağında ev tikə bilməmiş, buna görə ailəsi evsiz qalmış, bu hal mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur. Odur ki, cavabdeh tərəfindən ona 15000 (on beş min) manat məbləğində mənəvi ziyanın ödənilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1129J saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdən tam pay olaraq İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2338 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 1129 J saylı bağ sahəsinin əahətə dairəsinə düşür, İddiaçı mülkiyyətində olan ünvan nə Cavabdeh tərəfindən maneəçilik yaradılıb-yaradılmamasının müəyyənləşdirilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi sənəd üzrə sahədən 360 metr aralı, şimal-şərq istiqamətində yerləşməklə uyğunsuzluq təşkil etmiş, bu sahənin “1129j” saylı bağa aidiyyəti olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6847 nömrəli təkrar ekspertiza rəyindən görünür ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən torpaq sahəsi ilə üst-istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan torpaq sahəsindən şimalşərq istiqamətdə 310-360 metr aralıda yerləşdiyi müəyyən edilmişdir, İddiaçı mülkiyyətində olan ünvan ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi və tikili arasında 310-360 metr məsafə olmasını nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə hər hansı məhdudiyyət yaradılmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iddia tələbinə münasibət bildirərk qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin ona məxsus torpaq sahəsinə müdaxilə etmiş olduğnu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş təkrar ekspertizanın rəyindən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi tərəfindən hər hansı bir müdaxilə və maneə yaradılmadığı müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz hərəkətlərin qarşısının alınması, qanunsuz tikilinin sökülməsi, əmlakın qanunsuz sahiblikdən qaytarılması, əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-280/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-280/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver