Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2813/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 5 ünvanında quraşdırılan iki qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar **********00100 və **********00000 nömrəli abonent kodlarının hər biri üzrə 777,60 manat, cəmi 1555,20 borcun "Azəriqaz" İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 5 ünvanında yerləşən ümumi həyətyanı sahə və fərdi yaşayış evi babası Həsənov Əyyub imran oğluna məxsus olmuşdur. Babası həmin evi və həyətyani sahəni ona bağışladıqdan sonra həyətdə 2-ci fərdi yaşayış evi tikilmişdir. Onlardan birində o, öz ailəsi ilə, digər fərdi yaşayış evində isə atası öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Sözügedən ünvanda 2 fərdi yaşayış evi olduğu üçün Bakı Regional Qazın Satışı departamenti tərəfindən ünvanda G-4 markalı **********59 və **********9 nömrəli 2 qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacları həyətin daxilində deyil, küçə tərəfdə müvafiq qaydada hər kəs üçün əlçatan yerdə quraşdırılmışdır. xx.xx.2023-cü ildə özlərini Sabunçu Rayon Qaz İstismar İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq, istifadə etdikləri qaz sayğaclarının yeniləri ilə əvəz olunacağını bildirmişdirlər. Dəyişdirilən sayğaclarla bağlı hər hansı problem olmamış və istehlak olunan qaza görə tərəflərindən ödənişlər vaxtında həyata keçirilmişdir. Beləliklə, qaz sayğacları çıxarılaraq yeniləri quraşdırıldı və hər iki sayğacla bağlı akt tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* və ******* nömrəli aktlarda sayğacların əvəzetmə məqsədilə çıxarıldığı qeyd edilmişdir. Daha sonra həmin sayğaclar heç bir qablaşdırılma aparılmadan yük maşınına qoyularaq aparıldı. Halbuki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən, qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Qanununun müayinənin keçirilməsi qaydası və nəticələri barədə qeyd olunan tələbləri təmin edilməmiş və ya öz mülahizələrinə əsasən qaz sayğacları dövlət yoxlamasına göndərilmişdir. Tərtib olunmuş aktlardan hər hansı pozuntunun mövcudluğu müəyyən olunmur. Qaz sayğacları nəzarətində olmayan, həyətyani sahədən kənarda, küçədə yerləşir. Onlarda hər hansı zədələnmə küçədə müxtəlif səbəblərdən, hətta həmin sayğacları dəyişib heç bir qablaşdırılma etmədən yük avtomobilində qaz istismar idarəsinin əməkdaşları tərəfindən müayinə məqsədilə aparılarkən baş verə bilərdi. Bundan başqa, həmin sayğaclarda həqiqətən hər hansı əzik-cızıq olsa idi, aktların “digər qeydlər” hissəsində bununla bağlı əlavə məlumat qeyd olunardı.Qaz sayğaclarında hər hansı nasazlıq aşkar olunsa və ya illik qazdan istifadə ilə bağlı şübhəli sərfiyyat göstəriciləri olsa idi, bu barədə hər hansı xəbərdarlıq və ya akt tərtib olunardı. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, yaşadıqları sahədə 2 sayğac quraşdırılıb, həyətyanı sahədən kənarda olduğuna görə müdaxiləyə cavabdeh deyildir, o işdə olan zaman sayğac Cavabdeh İB-nın işçiləri tərəfindən dəyişdirilib. Həmçinin bildiridi ki babası Eyyub Həsənov sağdır və onlar birlikdə onun evində qalırlar. Babasına aid olan hissədə çıxarışın olubolmaması barədə məlumatı yoxdur. Onun da sənədi yoxdur. İddiaçın nümayəndəsi iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi, Eyyub Həsənova nübasibətdə tərəfin subyektiv hüququ yoxdur. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməkdən məhkəmədən xahiş etdi. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin plombalarının üzərində və yüvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, X5 məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin plombalarının üzərində və yüvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. - 31.10.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6480 m³ hesablanmışdır. - 31.10.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6480 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, 10**********001 abonent kodu olan İddiaçı 2023-cü ilin oktyabr ayı üçün aktlar üzrə 777,60 manat məbləğində borcu mövcuddur. - xx.xx.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, 10**********000 abonent kodu olan X4 2023-cü ilin oktyabr ayı üçün aktlar üzrə 777,60 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin plombalarının üzərində və yüvasının ətrafında əzik-cızıq izlərinin aşkarlanması əsası ilə akt tərtib edilmiş, akta əsasən 6480 m³ qaza görə 777,60 manat ziyanın vurulması müəyyən edilmişdir. Digər akt üzrə borc isə iddiaçıya yox, onun babası Həsənob Eyyuba yazlıb. İddia ərizəsi isə yalnız İddiaçı tərəfindən imzalanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia İddiaçı aid olan hissədə əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən 10**********001 abonent koduna hesablanmış 777,60 manat borc silinməlidir. X1 aid olan hissədə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının X5 məxsus abonent koduna hesablanmış borcun silinməsini tələb etməkdə subyektiv hüquqi yoxdur. Ona görə, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, həmin məbləğ cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu 10**********001 nömrəli) 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-2813/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2813/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver