Məhkəmə qərarları › İş №2(008)-2818/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2818/2023

21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2818/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1957ci il tarixdə Ermənistan Sisiyan rayonu Daylaxlı kəndində doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında X10, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında X14, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, XX.XX.1957-ci il tarixdə Ermənistan Sisiyan rayonu Daylaxlı kəndində doğulmuşdur. X1, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlıdır. Hər iki valideyni Ermənistanda yaşadıqları zaman vəfat etmişlər. 1988-ci ilin məlum hadisələri zamanı qaçqın düşərkən bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi və valideynlərinin ölüm haqqında sənədləri itmişdir. xx.xx.1991-ci ildə X11 ilə Şərur rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu nikahdan 4 övladları doğulmuşdur. Pensiya hüququnun yaranması ilə bağlı DOST mərkəzinə müraciət edən zaman doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə, Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Daha sonra ərizəçinin nümayəndəsi ərizəni dəqiqləşdirərək, xx.xx.1957-ci il tarixdə Ermənistan Sisiyan rayonu Daylaxlı kəndində doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında X10, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında X14, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında ərizəçinin nümayəndəsi X6 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X5 ifadəsində bildirmişdir ki, o, ərizəçini Daylaxlı kəndində işləyərkən tanımışdır, ərizəçi evin tək qızı idi, ərizəçi qaynının arvadıdır. Ərizəçinin atasının adı Rüstəm, anasının adı isə Seda idi, valideynlərinin soyadını bilmir. Ərizəçinin 1957-ci ildə doğulduğunu bilir, ancaq doğum gününü, ayını bilmir. Ərizəçi əslən azərbaycanlıdır, Ermənistanda doğulmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır. Ərizəçi xx.xx.1957-ci ildə Ermənistanda doğulmuşdur. Onlar 1984-cü ildə evlənmişlər, evlənəndə Naxçıvana gəlmiş və orada yaşamışlar. Ərizəçi Ermənistanın, Əzizbəyov rayonunda doğulmuş, onunla Daylaxlı kəndində tanış olmuşdur. Sisiyan rayonu ola bilər ki, Əzizbəyov rayonunun adı olsun ya da qonşu rayon olsun, bu barədə məlumatı yoxdur. Ərizəçinin X22, anası Tarverdiyeva Seda idi, milliyyətləri azərbaycanlı idi. Onlar Naxçıvana gələndə sənədləri, həmçinin ərizəçinin doğum şəhadətnaməsini itirmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşu olmuş və eyni məktəbdə təhsil almışlar. Ərizəçi ondan 9 yaş böyükdür. Ərizəçinin 1957-ci ildə doğulduğunu bilir, ancaq doğum gününü, ayını, doğum yerini bilmir. Ərizəçinin yaşadığı yerin adı Arin kəndi idi, həmin kəndə Daylaxlı kəndi də deyilirdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. -AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1957-ci il tarixdə Ermənistan, Sisiyan rayonunda doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi X21 qeydiyyatdadır. -V-ЖГ seriyalı 489011 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Ərizəçi xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Şərur rayon VVAQ şöbəsində nikahlarını bağlamışlar. -AZ-T seriyalı 209385 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. -XVİ-ЖГ seriyalı 315103 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. X3, anası Ərizəçidır. -XVİ-ЖГ seriyalı 315102 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X3, anası Ərizəçidır. -Bakı şəhəri Maraqlı şəxs 3-16-5/7-284 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ərizəçinin doğum haqqıda akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi XX.XX.1957-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonu Daylaxlı kəndində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən, doğum haqqında akt qeydini bərpa etmək, həmin sənədin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Bakı şəhəri Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi XX.XX.1957-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonu Daylaxlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü XX.XX.1957-ci il, doğulduğu yer Ermənistan Respublikası Sisiyan rayonu Daylaxlı kəndi, X1, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi doğum günü və ayının 15 dekabr qeyd edilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə həmin hissədə ərizəni əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi XX.XX.1957-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonu Daylaxlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü XX.XX.1957-ci il, doğulduğu yer Ermənistan Respublikası Sisiyan rayonu Daylaxlı kəndi, X1, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlı kimi qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar