Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-282/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Heyranxanım küçəsində yerləşən 15 saylı evin naturada bölünməklə, ¼ hissəsində olan payının digər payçıların 3/4 hissəsindən ayrılması və giriş-çıxış üçün yolun verilməsi, çıxarışa əsasən istifadədə olan torpaq sahəsindən istifadə etməyi üçün şərait yaradılması eyni zamanda cavabdehlər tərəfindən ona məxsus paya dair mülkiyyət hüquqlarının maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağacabar oğlu 23 mart 1928-ci ildə Bakıda anadan olmuş, Ağacabbar Əliağa oğlunun oğludur. X9 öldüyü tarixə qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Heyranxanım küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində yaşamış, 18 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın bölüşdürülməsinə dair məhkəmə mübahisələri Bakı Apelyasiya Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(103)-6006/2019-cu il saylı qətnaməsinə əsasən ilkin iddia üzrə İddiaçı Ağacabar oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408 saylı, 11.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi qismən , qarşılıqlı iddia tələbi isə tam təmin edilərək, X14 ölümü ilə açılmış mirasla əlaqədar İddiaçı, Cavabdeh1, X10 və Cavabdeh3 hər birinin payı miras əmlak kütləsindən 1/4 olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15.01.2020- ci il tarixli, ********** tarixli qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı verilmişdir. X3 hazırda arvadı X4 ilə birlikdə həmin evdə yaşamaqdadır. Lakin hazırda həyat şəraiti çox acınacaqlı- vəziyyətdədir. Buna əsasən payın natura qaydasında bölünərək ona giriş-çıxış qapısının və evin istifadəsində olan torpaq sahəsindən istifadə etməsi üçün şərait yaradılması barədə qətnamə qəbul edilməlidir. Hazırda ailə artıq uzunmüddətdir ki münaqişəli şəraitdə yaşamaqdadırlar. Bakı Baş Polsi İdarəsi, 102 xidməti, Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunda da bununla bağlı kifayət qədər şikayətlər mövcuddur. Hazırda payın bölünərək giriş çıxış qapısının ayrılmaması daha ağır nəticələrə səbəb ola bilər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakən Dövlət reyestrindən 15.01.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hər biri üçün ¼ pay olmaqla X2, Cavabdeh1 Ağacabar oğluna, X8, Cavabdeh3 Ağacabar oğluna məxsusdur; -"xxxx" MMC-in 17.10.2019-cu il tarixli Daşınmaz Əmlakın Texniki X1 surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 8500 manat olmaqla dəyərləndirilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 02.10.2020-ci il tarixli, **********15 nömrəli sorğuya cavab məktubundn görünür ki, 03.03.1989-cu il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməyə aid pasporta əsasən 1807 keçid, 15 saylı ev X15 adına qeydiyyata alınmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin 19.10.2020-ci il tarixli 10/1704 nömrəli Ekspert Rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi tərəflərin paylarına müvafiq təcrid mənzillər şəklində natura qaydasında bölünməsi texniki cəhətdən mümkündür. -Məhkəmə Ekspertizası Mərkəzinin 02.06.2021-ci il tarixli 10/732 nömrəli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Heyranxanım küçəsində ünvanda yerləşən 15 saylı fərdi yaşayış evinin İddiaçı payı digər payçılardan təcrid olunmuş qaydada evin ayrıca girişi olmaqla naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının 2,08.Q1,S9*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bölgü sxemi mülki materialının 43-cü səhifəsinə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan sahəsi 27.2 kv.metr olan yaşayış otağı iddiaçının istifadəsinə verilməlidir. Texniki pasportda göstərilən uzunluğu 21.90 m, eni isə 3.70 metr olan, ümumi sahəsi 81.03 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsi üçün ayrılmalıdır. Belə olan halda iddiaçıya məxsus olan torpaq sahəsi təcrid halda ayrılır və iddiaçının küçəyə ayrıca giriş-çıxış qapısı olduğu təhqiqatın nəticəsi olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, mübahisəli əmlak ümumi paylı mülkiyyət əsasında 1/4 hissədə İddiaçı Ağacabar oğluna məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.06.2021-ci il tarixli 10/732 nömrəli Ekspert Rəyini əsas götürərək məhkəmə hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Heyranxanım küçəsindəki ünvanda yerləşən 15 saylı fərdi yaşayış evinin İddiaçı payı digər payçılardan təcrid olunmuş qaydada evin ayrıca girişi olmaqla naturada bölünməli, bölgübölgü sxemində qeyd olunan sahəsi 27.2 kv.metr olan yaşayış otağı İddiaçı istifadəsinə verilməli, texniki pasportda göstərilən uzunluğu 21.90 m, eni isə 3.70 metr olan, ümumi sahəsi 81.03 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsi üçün ayrılmalıdır. Məhkəmə iddia tələbinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus paya dair mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia tələbi bu hissədə mücərrəd xarakerli olduğundan təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Heyranxanım küçəsindəki ünvanda yerləşən 15 saylı fərdi yaşayış evinin İddiaçı payı digər payçılardan təcrid olunmuş qaydada evin ayrıca girişi olmaqla naturada bölünsün. Bölgü, bölgü sxemində qeyd olunan sahəsi 27.2 kv.metr olan yaşayış otağı iddiaçı İddiaçı istifadəsinə verilsin. Texniki pasportda göstərilən uzunluğu 21.90 m, eni isə 3.70 metr olan, ümumi sahəsi 81.03 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsi üçün ayrılsın. Aparılmış tədqiqatın dəyəri olaraq 100 (bir yüz) manat məbləğində ekspertiza xərcləri cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 tutularaq dövlət nəfinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-282/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-282/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver