Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2824/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN xidmət” X3maqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN xidmət” X3maqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, atası X8 yaşadıqları ünvanda xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi Daş karxanası ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Tərəflərindən təcili tibbi yardım çağırışı edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər atası vəfat etdmişdir. Atasının anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından, atası yaşadığı yer üzrə 21 saylı şəhər poliklinikasına xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Tibbi şəhadətnamə verilməsi ilə bağlı 21 saylı şəhər poliklinikasına müraciət etməsinə baxmayaraq, atasına tibbi şəhadənamə verməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir. Mərhumun adına olan evin vərəsəlik işləri ilə əlaqədar olaraq atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün 4 saylı ASAN xidmət X7 müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı “ASAN xidmət” X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum onun əri olmuşdur. Yanvar ayının 9-u əri özünü pis hiss etdiyi üçün təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım əməkdaşları gəlib təzyiqini ölçüb, iynə vursalar da, ərinin vəziyyəti düzəlməmişdir. Bu səbəbdən təcili şəkildə onu xəstəxanaya aparmışlar. Xəstəxanaya çatandan qısa müddət sonra əri vəfat etmişdir. O, yanvar ayının 10-da Maştağa qəsəbəsi, “Daş karxanası” ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum onun əmisi olmuş, ərizəçi Samir isə əmisi oğludur. Gecə bacısının əri zəng edərək əmisinin vəziyyətinin pisləşdiyini, Sabunçuya xəstəxanaya apardıqlarını demişdir. O, xəstəxanaya gedəndə mərhumun artıq vəfat etdiyini görmüşdür. Mərhum məsciddə yuyalanda kürək hisəsinin qaraldığını görmüşdür. Mərhum səhəri günü Maştağa qəsəbəsi, “Daş karxanası” ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum onun qudası olmuşdur. Gecə qızı zəng edərək həyacanlı şəkildə qayınatasının halının pisləşdiyini, təcili yardımın gəlib onun Sabunçu xəstəxanasına apardığını demişdir. Xəstəxanaya gedəndə mərhumun artıq vəfat etdiyini görmüşdür. Mərhum səhəri günü Maştağa qəsəbəsi, “Daş karxanası” ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 02345930 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - Bakı şəhər Sabunçu rayon Zabrat qəsəbəsi inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 395992 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuş, atası X6r. - Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Zabrat qəsəbəsi, R.Axundov küç, 17 a ünvanında yaşamış 1955-ci il təvəllüdlü X2 poliklinikada təhkim olunmadığı və son 10 ildə müraciəti olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. - 4 saylı “ASAN xidmət” X9nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 99 nömrəli arayışından məlum olur ki, X1 qəsəbəsi, “Daş karxanası” ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. - X5, X4, X14 və Ərizəçi tərəfindən tərtib edilmiş aktdan görünür ki, mərhum X8 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və həmin gün də Maştağa qəsəbəsi, “Daş karxanası” ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Dəfn mərasim xərcləri mərhumun oğlu Ərizəçi tərəfindən icra edilmişdir. - Məzardaşının fotoşəklində “X8 xx.xx.1955-xx.xx.2025” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1955ci il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Mərhumun adına olan evin vərəsəlik işləri ilə əlaqədar olaraq sənədləşmə işlərinin aparılması üçün atasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2824/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2824/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver