Məhkəmə qərarları › İş №2(008)-2844/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2844/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2844/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Çəmbərək rayonu, Toxluca kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X5”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, o, xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Çəmbərək rayonu, Toxluca kəndində doğulmuş və bu barədə ona xx.xx.1965-ci ildə 1-3J-815410 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə ilə təsdiq olunur ki, atası Həzrətquluyev, anası Həzrətquluyeva soyadını daşıyır və onun da soyadı Həzrətquluyev olaraq qeyd edilmişdir. xx.xx.2015-il tarixdə şəxsiyyət vəsiqəsi alarkən soyadı Həzrətquliyev kimi yazılmış, lakin həmin vaxt soyadında hərf səhvliyi olmasını müəyyən etməmişdir. Qüsurun aradan qaldırılması ilə bağlı maraqlı şəxsə müraciət etmiş, lakin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Belə ki, doğum haqqında şəhadətnaməsi Ermənistan SSR ərazisində verilmiş, bu səbəbdən itmiş şəhadətnamənin dublikatını maraqlı şəxsdən ala bilməmişdır. O, doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itməsini xatırlamır, doğum haqqında şəhadətnaməsi evinin sənədləşməsi üçün lazımdır. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Təsdiq edir ki, ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Çəmbərək (Krasnoselsk) rayonu, Toxluca kəndində doğulmuşdur. Onun anası X6, X1 olmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itirməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Təsdiq edir ki, qardaşı xx.xx.1965-ci il tarixdə Ermənistan SSR Çəmbərək (Krasnoselsk) rayonunda doğulmuşdur. Onun anası X6, X1 olmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsinin nə vaxt itirməsindən məlumatsız olmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSR Çəmbərək (Krasnoselsk) rayonunda anadan olmuşdur. Evinin sənədləşmə işi ilə əlaqədar doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, X7 hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan xx.xx.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan Krasnoselsk rayonu VVAQ birosu tərəfindən xx.xx.1955-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu 1931-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölümü haqqında xx.xx.2010-cu ildə 947 nömrə ilə akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan, Çəmbərək (Krasnoselsk) rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır. Qeyd edilənlər şahid ifadələri, şəhadətnamələrin surəti, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubu, arayışlar və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, ərizəçi X2 xx.xx.1965-ci il tarixdə Ermənistan SSRİ-in Çəmbərək rayonu, Toxluca kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında – “X5”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 xx.xx.1965-ci il tarixdə Ermənistan SSRİ-in Çəmbərək rayonu, Toxluca kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında – “X5”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X6”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar