Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2845/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü X9 21,02.2025-ci il tarixində ünvan 1 ünvanında ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 277-08/70 saylı vətəndaşlıq aktı arayışından görünür ki. X5 bacısıdır. Bacısı onunla birgə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Uzun illər skalioz xəstəliyindən əziyyət çəkmişdir. 21 fevral 2025-ci il tarixdə saat 14-15 radələrində təqribən bacısı X1 vəziyyətinin kəskinləşdiyini görüb təcili yardım çağırmışdırlar. Təcili yardım təqribən saat 16:30 dəqiqədə gəlib bacısının artıq öldüyünü bildirdilər. Bu barədə onlara təcili yardım tərəfindən bir ədəd ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Təcili və X6 Stansiyası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 21 fevral 2025-ci il tarixdə saat 16:30 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər qadın cinsinə mənsub meyid olduğu barədə qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 12 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Həmin poliklinika tərəfindən onlara 22 fevral 2025-ci il tarixli, 18-1-1-62/2-B-24-42-3/2025 saylı imtina məktubu verilmişdir. Əllərindəki mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X3 müraciət etsə də, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi X10 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə İV-ЖГ seriyalı 458188 nömrəli verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. X14 Alimcanoviç, anası X4. - Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə İİİ-ЖГ seriyalı 374984 nömrəli verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X14 Alimcanoviç, anası X4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/7-693/2025 məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil.Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi göstərilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 "Bakı Baş Səhiyyə Mərkəzi" X13 12 Nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2025-ci il tarixdə 18- 1-1-62/2-B-24-42-3/2025 nömrəli məlumatdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəs.Q.Vəzirov 2/12 ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü mərhum X9 Təcili və X6 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2025-ci il tarixli 012/88 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bu günə qədər onların müəssisəsinə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haddında tibbi şəhadətnamə verilməmişdir. - BŞT və TTYS-nın 12 saylı bölməsinin Ölüm haqqında xx.xx.2025-cü il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayou Q.Vəzirov 2/12 ünvanında həkimə qədər X2 məxsus qadın cinsli meyid aşakar edilmişdir. **********10 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında və iş materiallarına əsasən müəyyən edilmişdir ki, X9 ərizəçinin bacısı olmuşdur. Bacısı uzun müddətdir ki, skalioz xəstəliyindən əziyyət çəkmiş və yaşadığı evdə dünyasını dəyişmişdir. X9 poliklinikada qeydiyyatda olmadığı üçün ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə doğulmuş X8 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2845/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2845/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver