Məhkəmə qərarları › İş №2(008)-2904/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2904/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2904/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən 201,80 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 885,60 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 295,20 manat və xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 88,60 manat, ümumilikdə dəymiş zərər kimi müəyyən olunan 1471,20 manat borcun **********00010 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. Həmin evə **********00010 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, adına olan **********00010 nömrəli abonent hesabında borc məbləğləri yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edən zaman ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli tələbnamədən, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən aydın olmuşdur ki, güya onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, qaz itkiləri müəyyən edilərək hesabına ümumilikdə 1471,20 manat dəymiş zərər məbləği yazılmışdır. İddiaçı yazılan aktlarla razı deyil, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, aktlar tərtib etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 1009 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmiş, dəymiş ziyan 8856 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmiş, dəymiş ziyan 2952 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmiş, dəymiş ziyan 886 m3 hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00010 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 1252,05 manat məbləğində borc hesablanmışdır. 30 may 2025-ci il tarixli yerli baxış keçirilən zaman iddiaçıya məxsus iş materiallarına əlavə olunmuş dəmir darvaza faktiki olaraq yerində olan dəmir darvazaya uyğun gəlmədiyi, həmçinin iş materiallarına əlavə olunmuş foto şəkillərdə, iddiaçıya məxsus darvazanın sol tərəfində qaz borusunda kənar qoşulma barədə xətt çəkilməsi göstərilsə də, yerində baxış keçirilən zaman iddiaçıya məxsus darvazanın sağ və sol tərəfində olan qaz boruları üzərində heç bir kənar xətt yeri və ya kənar qoşulmaya dair iz aşkar edilmədiyi müəyyən olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2904/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli 3/771 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olub-olmamasını müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərardadda qoyulmuş “ünvan 1 ünvanında yerləşən (abonent kodu: **********00010) istehlakçı İddiaçı istifadəsində olan yaşayış evinə qazdan istifadə üçün iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən qeyri-qanuni qoşulmanın izləri müəyyən edilirmi?” sualı cavablandırılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00010 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi ilə bağlı aktlar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli 3/771 nömrəli ekspert rəyindən göründüyü kimi tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmçinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı abonent saldosuna əsasən 1252,05 manat borcu olduğu müəyyən edilmişdir. Beləliklə iddia qismən təmin olunaraq, Cavabdeh İB tərəfindən **********00010 abonent İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1252,05 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən **********00010 abonent İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1252,05 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar