Məhkəmə qərarları › İş №2(008)-2934/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2934/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2934/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı qızı X9 ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, İmadəddin Nəsimi küçəsi 79 saylı fərdi yaşayış evində yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Babayeva (Quliyeva) Sultanə Məlikməmməd qızı Cavabdeh ilə 02 avqust 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olaraq, ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra o, el adəti ilə cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanına gəlin köçmüşdür. Hər bir ailədə olduğu kimi, onların də ailə münasibətləri yaxşı olmuşdur. Lakin, Cavabdeh anası onların yaşadığı evə köçdükdən sonra, aralarında mübahisələr baş verməyə başlamış, cavabdeh onu hər imkan tapdığı məqamda, ona məlum olmayan səbəblərdən dalaşmış, övladına qarşı soyuq davranmış, beləliklə də, ailə həyatı dözülməz dərəcəyə çatmışdı. Cavabdeh ailəsi ilə maraqlanmadığı körpə uşağına heç bir maddi dəstək göstərmədiyi üçün, o, 08 may 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə “nikahın pozulması, övladının himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət edib, Cavabdeh ilə aralarında 02 avqust 2021-ci il tarixdə 1630 nömrəli akt qeydi ilə bağlanmış rəsmi nikaha xitam verilməsini, xx.xx.2022-ci il təvəllüdlü qızı - X8 onun himayəsində saxlanılması və xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment pulunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2897/2024 saylı qətnaməsi ilə iddiam qismən təmin edilmişdir. Hal-hazırda o, azyaşlı qızı X9 ilə birlikdə valideyninin yaşadığı ünvanda yaşayır. X5 dünyaya gələndən belə, doğum evindən Cavabdeh ilə birgə yaşadığı, gəlin köçdüyü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvana gəlmiş və orada da yaşayırdı. Cavabdeh tərəfindən gəlin gəldiyi ünvandan valideylərinin evinə göndərilən zaman onun bütün cehiz əmlakı, onunla birgə yaşadığı, cavabdehin Cavabdeh yaşadığı ünvanda qalmışdır. O, həmin evdən çıxarılsa da, onun əmlakı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda qalmışdır. Daimi yaşayış yerim hesab edilən, həmin ünvandan məhrum edilmişdir. Hal-hazırda həmin ünvan onun daimi yaşayış yerim hesab edilsə də, cavabdeh onu daimi yaşayış yerindən məhrum etdiyindən o, valideynlərinin ünvanında yaşamağa məcbur olmuşdur. Onun azyaşlı övladı ilə yaşamağa başqa yaşayış yeri olmadığına görə, cavabdehə qarşı iddia qaldırmaqla, hüquqularının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı o, qanuna müvafiq ərizə ilə Mediasiya Şurasına müraciət edib, Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/8/2024- 002866 nömrəli, 07.01,2025-ci il tarixli müvafiq arayışı almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sözügedən fərdi yaşayış evinin sənədləri olmadığını, özbaşına tikili olduğunu, həmin evin o gəlin gəlməmişdən əvvəl qayınatası tərəfindən oğlu üçün yəni Cavabdeh üçün tikilmişdir. Hazırda uşağı ilə birlikdə qardaşının evində yaşadığını, yaşamağa başqa bir yeri olmadığını bildirmişdir. Həmin evə gəlin gələn zaman cavabdeh ilə birlikdə bir il müddətinə ayrı yaşamışdır. Sonradan onların yanına qaynatası və qaynanası köçmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş, sözügedən özbaşına tikilinin atası tərəfindən iddiaçı ilə ailə qurmamışdan əvvəl onun atası tərəfindən tikilmiş olduğunu bildirdi. Atası onlara həmin evdə yaşamağa icazə vermiş olsada, sonradan onlar arasında bağlanmış nikah pozulduğdan sonra atası onuda evdən çıxartmışdır. O hazırda qardaşı ilə birgə yaşamışdır. Cavabdeh eyni zamanda 17 mart 2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində atasına məxsus fərdi yaşayış evində yaşayır. İddiaçının iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 4 ünvanda olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeydiyyata alınsaydı belə həmin ev atasına məxsusdur və mövcud qanunvericiliyə əsasən də, mülkiyyətçinin razılığı olmadan heç kəs həmin fərdi yaşayış evinə köçürülə bilməz. Bu məsələ ilə bağlı nikahın pozulması tələbinə dair iddiaya baxılarkən də, iddiaçı mübahisəli evə köçmək istədiyini bildirmiş, hakim onun iddiasının əsassız olduğunu bildirmişdir. İddiaçının iddiasında qeyd etdiyi hallar tamamilə əsassızdır. O daim öz uşağına və ailəsinə yaxşı baxmış və onların tələbatlarını ödəmək üçün əlindən gələni etmiş, aliment ödəməkdən yayınmamışdır. Uşağına soyuq davranmamışdır. Daim alimenti vaxtlıvaxtında ödəmişdir. İddiaçı iddiasında göstərdiyi halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, ona qarşı əsassız iddia qaldırmışdır. İddiaçı iddiasında onun daimi yaşayış yerindən məhrum edildiyini bildirsə də, onun bu tələbi də əsassızdır. O, çünki nikaha girdiyi tarixdən əvvəldə, nikaha daxil olandan sonra da atasına məxsus evdə qeydiyyatda olmuşdur, onun atasına məxsus evdə müvəqqəti yaşaması həmin evin onun daimi yaşayış yeri olduğu anlamına gələ bilməz. Çünki özü uşağını da götürüb, valideynlərinə məxsus evə getmişdir. Demək onun yaşamağa yeri vardır. Onun özünə məxsus hər hansı yaşayış yeri yoxdur ki, onu da saxlasın. Amma övladını saxlaya bilmirsə, ona versin o, uşağını saxlaya bilər. O, cehiz əşyalarının bir hissəsini özü gəlib götürmüşdür və digər hissəsini özü gəlib götürmür. O əşyalarından məhrum edilməmişdir. Onun qeyd etdikləri tamamilə əsassızdır. İddiaçı ona qarşı iddia qaldırıbsa, iddiasında qeyd etdiklərini sübut etməlidir və o da bunu sübut edə bilmir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yaşayış sahəsinin statusu məsələsidir. Mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, Mənzil Məcəlləsində mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikaha girdiyi 2021-ci ildən uzun illər əvvəl atası tərəfindən inşa edilmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Torpaq sahəsidə faktiki olaraq atası tərəfindən etibarnamə əsasında alınsa da, onların mülkiyyətində deyil. Bu halda həmin ev Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə əsasən xüsusi mənzil fonduna aid mənzillərə aid edilə bilər. Qeyd olunan torpaq sahəsi və evin üzərində üçüncü şəxsin gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə itərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 02 avqust 2021-ci il tarixdə, 1630 nömrəli aktla nikaha daxil olmuşdurlar. 5 saylı Bakı “ASAN Xidmət” X6 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 31 yanvar 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2897/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında 02 avqust 2021-ci il tarixdə 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində 1630 nömrə ilə qeydə alınmış nikah pozulması, Cavabdeh ilə X1 birgə nikahlarından doğulmuş 31 yanvar 2022ci il təvəllüdlü X9 boşanmadan sonra anası X1 yanında qalması, Cavabdeh 31 yanvar 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixdə 489 nömrəsi ilə nikahın ləğvi qedy aktı kimi qeyd edilmişdir. Qadına Babayeva soyadı verilmişdir. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının arayışında görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, hüquqi statusuna görə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki tərəflər arasındaki münasibətlər iddiaçı ilə cavabdeh arasında 02 avqust 2021-ci il tarixdə nikah bağlandığdan sonra yaranmışdır, hazırkı mülki iş üzrə mövcud iddia tələbi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçının köçürüməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin tikili iddiaçı ilə cavabdehin birgə gəlirləri hesabına deyildə məhz onların ailə münasibətləri qurmamışdan əvvəl cavabdehin atasının vəsaiti hesabına tikilmiş və cavabdehə ailəsi ilə birlikdə yaşamaq üçün verilmişdir. Beliklə məhkəmə hesab edir ki, nə qədər ki sözügedən fərdi yaşayış evi tərəflərin birgə vəsaiti hesabına tikilməmişdir iddiaçının həmin fərdi yaşayış evində hər hansı bir hüququnun olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “azyaşlı qızı X9 ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, İmadəddin Nəsimi küçəsi 79 saylı fərdi yaşayış evində yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar