Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2948/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdə doğulmuş oğlu X2 xx.xx.1997-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1997-ci il tarixdə doğulmuş, xx.xx.1997-ci il tarixində Ə.F.Qarayev adına X4 Yoluxucu şöbəsində vəfat etmişdir. “Respublika Pediatriya Mərkəzi” X13ə və Kürdəxanı qəsəbəsində yerləşən Poliklinikaya müraciət etsə də, oğlu barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sabunçu Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi ilə X3 arasında xx.xx.1994-cü il tarixdə 596 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. Nikahın pozulması Sabunçu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi əsasında xx.xx.2001-ci il tarixdə 115 nömrəli akt qeydi ilə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunan XX-ЖГ seriyalı 311428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası X1r. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-293/2025 nömrəli məktubunda xx.xx.1997-ci ildə anadan olmuş X2 doğumu Sabunçu rayonu Kürdəxanı qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixli 24 nömrəli doğum akt qeydi ilə qeydə alınsa da, ölümü qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-203/2025 nömrəli məktubunda Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından ərizə təmin edilməmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Respublika Pediatriya Mərkəzi” X12 219-1/2025 nömrəli 26 fevral 2025-ci il tarixli sorğuya cavab məktubunda vətəndaş Ərizəçi xx.xx.2025-ci il tarixində övladı xx.xx.1997-ci il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnaməsinin əldə edilməsi ilə əlaqədar “Respublika Pediatriya Mərkəzi” X13ə ərizə ilə müraciət etmiş, müraciət əsasında arxiv materialları araşdırılmış, lakin xəstəlik tarixçəsi tapılmamışdır. Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il 100 nömrəli Əmrinə əsasən xəstəlik tarixlərinin saxlama müddəti 25 il müəyyən olunmuşdur. Yalnız ölüm qeydiyyatı jurnalında X2 ölümünə dair qeydlər mövcuddur. Bu qeydlər əsasında vətəndaşa 25 fevral 2025-ci il tarixli 18-1-91/3- 27/2025 nömrəli Arayış təqdim olunmuşdur. Lakin, ölüm haqqında şəhadətnamənin (forma 106) verilməsi müəssisənin səlahiyyətləri xaricində olduğu, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 5 nömrəli Qərarının 5.3 yarımbəndində şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli halların məhkəmə qaydasında həll olunduğu qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq vəfat etməsi faktının müəyyən edilməsi üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Respublika Pediatriya Mərkəzi” X12 18-1-91/3-27/2025 nömrəli 25 fevral 2025-ci il tarixli sorğuya cavab məktubunda xx.xx.1997-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il saat 17:50-də Ə.F.Qarayev adına X4 Yoluxucu şöbəsində (Diaqnoz: yoluxucu qastroenterit, Miokardit, Anemiya, Ensefalopatiya) öldüyünə dair Arxiv ölum jurnalında qeydlər mövcud olduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 21 nömrəli arayışdan görünür ki, xx.xx.1997-ci il tarixdə doğulmuş oğlu X7 1997-ci il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbəsi Hüsü Hacıyev küçəsində yerləşən 2 saylı qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarına X2 qəbir daşının fotoşəkili əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində ərizəçi onun əmisi oğlu olduğunu, 1997-ci ildə ərizəçinin ilk nikahından X7 adlı ğvladının doğulduğunu, uşaq xəstələndikdən sonra onun da işlədiyi Ə.F.Qarayev adına X5 yoluxucu xəstəliklə bağlı müalicə aldıqdan sonra vəfat etdiyini, Kürdəxanı qəbiristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2948/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2948/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver