Məhkəmə qərarları › İş №2(008)-296/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-296/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-296/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyətinin olmamasını, şizofreniya xəstəliyindən əziyyət çəkməsini, psixi fəaliytyətinin pozulmasını, anlaqsız olmasını nəzərə alaraq qəyyumluğun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, qardaşı X6 ruhi xəstə olmaqla, anlaqsızdır və özünü idarə etrmək qabiliyyətinə malik deyildir, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixatria Xəstəxanası" publik hüquqi şəxsdə müalicəyə qəbul olunmuşdur. Hal-hazırda müalicəsi davam edir. Qardaşının qəyyumluğuna verilməsini, onun adından bütün hərəkətləri etməyi, həmçinin sağlamlığında olan problemlərlə məşğul olmaq istədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, qardaşı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur; - İİİ-ЖГ seriyalı 374217 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1975-ci ildə Bakı şəhərinin Lenin rayonunda anadan olmuş, atası X7, anası X1; - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1969-cu ildə Bakı şəhərinin Lenin rayonunda anadan olmuş, atası X7, anası X2; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 6284 nömrəli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X6 xx.xx.2018-ci ildən Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul olunub, hal-hazırdada müalicəsi davam edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Ekspertiza Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3195 nömrəli rəyinə əsasən, X4 "kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntusu" müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idare etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Onda müəyyən edilən "kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntusu" ilə əlaqədar səhhəti məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə görə, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə görə, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar