Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-296/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Quliyev X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı, xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024cü il tarixli, ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 12632,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən həyət evi iddiaçıya məxsusdur. Həmin evə **********00001 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Abonen hesabı mərhum əri X2 adına qeydiyyatda qalmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, mərhum ərinin adına olan **********00001 saylı abonent hesabında borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada mənə sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023- cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlardan və ziyanın bərpasına dair tələbnamələrdən mənə aydın oldu ki, güya evimdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə halı aşkar edildiyinə görə akt tərtib edilmiş, qaz itkisi müəyyən edilərək abonent hesabıma ümumilikdə 12632,40 manat dəymiş zərər məbləği yazılmışdır. İddiaçı tərtib edilmiş aktlarla razı deyil. Çünki onun evində heç vaxt sayğacdan kənar qazdan istifadə edilməyib. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun evində sayğacdan kənar qazdan istifadə edildiyini zənn edərək, aktlar tərtib etmişlər. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçının evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı aktlarda qeyd edilən həçmdə deyil. Lakin tələbnamələrdə dəymiz ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfıyyatına, eləcə də mənzilin yaşayış olan otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, evində olan günlük qaz sarfiyyatı həddən artıq yüksək və həqiqətə uyğun olmayan həcmdə müəyyən edilmişdir. Onun evində heç vaxt bu həcmdə qaz sarfiyyatı olmayıb və olması da mümkün deyildir. Borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Quliyev X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizsiə yazaraq bildirmişdir ki, idiaçının iddia qaldırılmasına dair heç bir subyektiv hüququ yoxdur. onun Cavabdehlə öhdəliklərini müəyyən edən heç bir müqaviləsi yoxdur, 2- Aktlar iddiaçının deyil digər şəx, Rəhmət Məmmədovun adına rəsmiləşdirilib, 3- Ödəniş cədvəli (saldo) iddiaçının deyil digər şəxs Rəhmət Məmmədovun adınadır. 4- İddiaçı ilə istehlakçı Rəhmət Məmmədovun qohumluq əlaqəsini təsdiq edəcək hər-hansı rəsmi sənəd mövcud deyil, 5- İddiaçının istehlakçının mənzilində qeydiyyatda olmasını və ya faktiki olaraq yaşadığını təsdiq edəcək, hər-hansı arayışı iş materiallarında yoxdur, 6- İddiaçının istehlakçı Rəhmət Məmmədovun hüquqi varisi, vərəsəsi olduğuna dair hərhansı rəsmi təsdiq edici şəhadətnaməsi (və ya vəsiyyətnamə) iş materiallarında mövcud deyil. **********00001 nömrəli abonent X3 məxsus saldodan görünür ki, abonentə qalıq və aktlar üzrə 2021-ci ilin sonu üçün 1530 manat, 2022-ci ilin sonu üçün 5572.80 manat, 2023-cü ilin sonu üçün 3758.4 manat, 2024-cü ilin sonu üçün 1771.20 manat, cəmi 12632.40 manat borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021ci il tarixli aktın surətindən görünür ki, **********00001 nömrəli abonentin mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 13500 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 13500 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2484 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 6048 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 24408 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 12240 m3 olması hesablanmışdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 6120 m3 olması hesablanmışdır. **********00001 nömrəli abonent X3 məxsus saldodan görünür ki, abonentə 2024-cü ilin iyun ayı üçün qalıq və aktlar üzrə 1771 manat borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 12960 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2024-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3060 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, mənzildən təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlanıb. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2024-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3060 m3 olması hesablanmışdır. Bakı şəhəri Səadət Sarayı tərfindən xx.xx.1967-ci ildə verilmiş АЗ seriyalı, 059616 nömrəli evlınmık haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 xx.xx.1967-ci ildıə nikaha daxil olaraq 376 nömrə ilə akt qeydi edilmişdir. Nikahdab sonra ərə Məmmədov arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə erilmiş AZ-İİ seriyalı 341268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə dəqiqləşdirilməmiş ürək çatışmamazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/361/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Aparılmış tədqiqat dəyəri 64 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə il öncə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı, xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında iddiaçıya hesablanmış cərimə borcları silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək, məhkəmə sözügedən aktlarda istehlakçının imzasının olmaması, həmin aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi ilə aktların tərtib edilmə tarixləri arasında hər birinə münasibətdə 10 gün fərq edilməsini, fotoşəkillərin məhz iddiaçıya məxsus olan evə aid olmasını təsdiq edən sübutların olmamasını həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/361/2025 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin ediləməli, xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimə borcları silinməlidir. Bundan başqa məhkəmə ekspertiza xərcinin tutulmasına münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə aparılmış dətqiqatın dəyərində cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı, xx.xx.2023-cü il tarixli ******* saylı; 23.01,2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən **********00001 nömrəli abonent X3 hesablanmış 12632,40 (on iki min altı yüz otuz iki manat qırx qəpik) manat borc silinsin. 64 (altmış dörd) manat ekspertiza xərci cavabdeh Azəriqaz" İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-296/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-296/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver