Məhkəmə qərarları › İş №2(008)-2970/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2970/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2970/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, arvadı xx.xx.1966-cı ildə anadan olmuş X2 xx.xx.2023-cü il tarixində yaşadığı Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1966-cı ildə anadan olmuş X4 xx.xx.2023-cü ildə daimi yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Yasamal rayonu Dağüstü 1 Qəbirstanlığının 4-cü sektorunda dəfn edilmişdir. İddiaçı indiyədək ölüm haqqında şəhadətnamə almamışdır. Həmin vaxt çağırılmış Bakı şəhər Təcili və X3 Stansiyasının 8 nömrəli bölməsi gəldikdə, arvadı vəfat etmiş və həkim sadəcə "xəbərdarlıq vərəqi" verilmişdir. 3 nömrəli Şəhər Poliklinikasından xəstəliklə bağlı qeydiyyatı olmadığından arvadı barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmiş və müraciətinə imtina etmişlər. Həmçinin iddiaçı Maraqlı şəxsnə müraciət edərək, ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, ölüm haqqında şəhadətnamənin verilməsinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-184/2024 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 X5”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Bakı Baş Səhiyyə Mərkəzi” X8 3 nömrəli Şəhər Poliklinikası 23 noyabr 2023-cü il tarixli 18-1-1-1/2- K-854-xx-xx/2023 nömrəli cavab məktubunda Ərizəçi bildirilib ki, xx.xx.1966-cı il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə” nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyildir. -Təcili və X3 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2023-cü il, xəstənin yanına gəlmə vaxtı “02” saat “40” dəqiqə, ünvan Z.Əhmədov 52, Xəstənin adı X4, yaşı 57, həkimə qədər ölüm qeyd edilmişdir. -Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən 19 dekabr 2023-cü il tarixdə verilmiş 1793 nömrəli məktubdan görünür ki, X4 (xx.xx.1966-xx.xx.2023) Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığın 4-cü sektorunda dəfn olunmuşdur. -X2 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. -Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixdə 3-16-5/6-11-586/24 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X2 ölməsi ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması və ya vərəsələrinin dairəsi ilə bağlı məlumatın istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxilmışdır. «Elektron notariat» İnformasiya sistemində X2 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-ci il tarixdə doğulmuş X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar