Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2972/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X6, Ərizəçinin nümayəndəsi (oğlu) X12 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək babası X16 1947-ci ildə, nənəsi X8 1974-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsi tələbini onunla əsaslandırmışdır ki, babası X21 1878-ci ildə anadan olub, 1947-ci ildə vəfat edib, nənəsi X14 1891-ci ildə anadan olub,1974-cü ildə vəfat edib. Hər ikisi Bilgəh qəsəbəsinin ərazisində yerləşən qəbiristanlığda dəfn edilib. Yuxarıda qeyd olunan şəxslərin ölüm haqqında şəhadətnamələri itib. Sabunçu rayonu Qeydiyyat şöbəsinin 3-16-5/8-15-2016/2023 və 3-16-5/8-15-2017/2023 №-li xx.xx.2023-cü il tarixli məktublarından da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X16 və X8 ölüm aktları qeydi aşkar edilməyib. 1964-cü ildə nənəsi X2 adına ünvan 1 evə dair evin texniki pasportunu almışdır. Hal-hazırda ərizəçi həmin ünvanda yerləşən evdə posport qeydiyyatında və ailə ilə birlikdə həmin ünvanda yaşayır. Nənəsi X18 Ağamirzə qızı, babası X21, atası Həmidov Ağa-Alik Abasoviç və anası X10 vəfat etmişlər. Bu səbəbdən də nənəsi X2 adına olan ünvan 1 ünvanında yerləşən evə dair vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Nənəsi və babasının ölüm haqqında şəhadətnamələri olmadığından o, vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir. Buna görə də məhkəmə qaydasında nənəsi və babamsının ölüm faktlarının müəyyən edilməsi zəruridir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (oğlu) X15 ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1957-ci il tarixdə Rusiya Federasiyası, Tula vilayətində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır, atası X23 Abasoviç, anası X5 (Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsi, İ-ŞZ seriyalı 024264 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin anası X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür (AZ-İ seriyalı 796748 №-li ölüm haqqında şahədtnamə). Ərizəçinin atası Həmidov Ağa-Alik Abasoviç xx.xx.2018-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 934065 №-li ölüm haqqında şahədtnamə). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6203/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 ərizəçinin atası Həmidov Ağa-Alik Abasoviçin anası olması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxifi tərəfindən verilmiş 9/828 №-li arayışdan görünür ki, X21 və X18 Ağamirzə qızı xx.xx.1908-ci il tarixdə nikahlarını bağlamışdılar. Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X8 adına ünvan 1 evə dair evin texniki pasport verilmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər X7 (ərizəçinin əmisi, AZE seriyalı 08858456 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi), Qəniyeva (Həmidova) X22 (AZE seriyalı 16367551 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, ərizəçinin bacısı, AZ seriyalı ******* №-li doğum haqqında, 219543 №-li nikah haqqında şəhadətnamələr) X16 1947-ci ildə, X2 1974-cü ildə ölməsi faktı təsdiq etdilər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, X1 və X9 qeydiyyat şöbəsində ölüm faktının qeydə alınması mümkün deyil. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar, eyni zamanda adıçəkilən fakt daşınmaz əmlaka dair sənədlərin bərpa edilməsi üçün tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçinin babası X16 1947-ci ildə, nənəsi X2 1974-cü ildə ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2972/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2972/2024
20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver