Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2985/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlər Haqverdı̇ yeva Kamı̇ lə Səttar qızının və Haqverdı̇ yev Fı̇ zuli Xeyrulla oğluna iştirakı ilə, İddiaçı Haqverdı̇ yeva Ayşən Fəxrı̇ qızının cavabdeh Haqverdı̇ yev Xeyrulla Fı̇ zuli oğluna, Haqverdı̇ yeva Kamı̇ lə Səttar qızına, Haqverdı̇ yev Fı̇ zuli Xeyrulla oğluna qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Haqverdı̇ yeva Ayşən Fəxrı̇ qızı cavabdeh Haqverdı̇ yev Xeyrulla Fı̇ zuli oğluna, Haqverdı̇ yeva Kamı̇ lə Səttar qızına, Haqverdı̇ yev Fı̇ zuli Xeyrulla oğluna qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, Əmir Bağırov küçəsində yerləşən özbaşına tikinti olan evə yaşayış hüququna yaradılmış maneələrin aradan qaldırılmaqla, həmin mənzilə azyaşlı uşaqları ilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur.2017-2023-cü il təvəllüdlüdürlər. Onlar Cavabdeh1 ilə xala oğlu, xala qızıdır. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Zəhra, xx.xx.2023-cü il təvəllüdlü Xəyal adlı uşaqları var. Toydan sonra Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi,2-ci sahə, Əmir Bağırov küçəsində yerləşən özbaşına tikili olan evə gəlin köçmüş və həyat yoldaşı ilə həmin mənzildə yaşamışdır. Cehiz əşyalarını həmin ünvana yerləşdirib,bu günə kimidə həmin evdə cehiz əşyaları, paltarları, uşaqlarının və iddiaçının sənədləri, həmin ünvandadır. Otaqda və mətbəxdə olan əşyalarda hamısı iddiaçıya məxsusdur. Birgə nikahdan doğulmuş övladları, həmin mənzildə dünyaya gəlib və ailəliklə həmin gündən də o ünvanda mütamadi yaşayıblar, iddiaçını həmin evdən qovana kimi. Yaşadığı mənzilin mülkiyyətçisi yoxdur, özbaşına tikilidir, iddiaçı gəlin köçən gündən, cavabdehlər, o və uşaqları həmin evdə yaşayıb. Cavabdehlərə dövlət tərəfindən Sabunçu rayonu Ramana sovxozda yerləşən sosial binalardan, 11-ci bina, blok 1, 5-ci mərtəbə, mənzil 27 ünvanında, 2022-ci ildə 3 otaqlı mənzil verilmişdir. Hal-hazırda mənzili boş saxlayıb köçüb yaşamırlar. İddiaçı ailə qurandan sonra həmin mənzildə yaşamaqla istifadə hüququ əldə etmiş, yoldaşı ilə birgə təsərrüfat aparmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, izahatında bildirdi ki, ev sənədsizdir. Sahibi cavabdehlərdir və qızı Ayşən 2014-cü ildən o evə gəlin köçüb, orada yaşayıblar. Qızı və Xeyrulla həqiqətən də ailə qurmamışdan 2 ay əvvəl rayonda müəllim işləyib və orada yaşayıblar, lakin 1 ildən çox olmayan müddətə işləyib. Sonradan qayıdıb bu evdə yaşayıblar. İdianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Haqverdı̇ yeva Kamı̇ lə Səttar qızı iddianı qəbul etməyib, izahatında bildirdi ki, 2000-ci il tarixdə Goranboydan gəlib evi tikmişlər. Onlar torpağı tikilisiz almış, evi sonradan inşa etmişdir. Evə dair sənəd - bələdiyyə sənədidir. Şəhid ailəsi olduqlarına görə torpağı bələdiyyə verib. İddiaçı həmin evə gələn zaman bütün tikililər hazır idi. Ev ona məxsusdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Haqverdı̇ yev Fı̇ zuli Xeyrulla oğlu iddianı qəbul etməyib, izahatında bildirdi ki, evi özü tikib. İddiaçının həmin evə dair heç bir hüququ yoxdur. Gəlin həmin evdə yaşamayıb. İddiaçı və oğlu daimi bir ünvanda yaşaymayıblar. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət X10 tərəfindən verilmiş AZ-T seriyalı 289657 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X1 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. 4 saylı Bakı Asan Xidmət X10 tərəfindən verilmiş AZ-T seriyalı 289658 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Ramana qəsəbəsi 2-ci sahə ünvanında olan tikintinin sahibi Cavabdeh2dır və həmin tikinti 33700 manat dəyərində qiymətləndirilmişdir. - DİN-in BPQMİ-nin Maps şöbəsinin xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Haqverdı̇ yeva Kamı̇ lə Səttar qızı və Haqverdı̇ yev Fı̇ zuli Xeyrulla oğlu ünvan 2 ünvanında qeydiyyata alınmışdır. - DİN-in BPQMİ-nin Maps şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında olan elektrik sayğacı Cavabdeh2 Settar qızının adınadır. - AR Elm və Təhsil Nazirliyi Bakı şəhəri Rixard Zorge adına 90№li tam orta məktəbin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2017 - ci il təvəllüdlü X2, həqiqətən, 2022 - 2023 - cü tədris ilində Məktəbəqədər Hazırlıq qrupunda, 2023 - 2024 - cü tədris ilində isə Bakı şəhəri Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin 1 -ci sinfində təhsil alıb. Hənim tədris ilinin dekabr ayında başqa məktəbə yerdəyişmə edərək şagird kontingentindən çıxarılıb. Məhkəmə araşdırılması ilə müəyyən olunan hallar ondan ibarətdir ki, mübahisə predmeti olan ev özbaşına tikilidir. İddiaçı qeyd olunan ünvana gəlin köçdüyünü qeyd edir və həmişə orada yaşadığını göstərir. Həmçinin, gəlin gəldikdən sonra orada müəyyən tikinti işlərinin apardığını da deyir. Evə dair mülkiyyət hüququnun rəsmiləşdirilməməsinə baxmayaraq, mövcud olan kommunal ödəniş, torpaq vergisinə dair sənədlər iddiaçının qaynanası Cavabdeh2 məxsusdur. Məhkəmə mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-c maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci madəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarından görünür ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Mülki Məcəllənin 147.1-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Bu səbəbdən həm müqavilədən irəli gələn, həm də dövlət reyestrində aparılmış təminat qeydinə dair hüquqlar ər-arvadın ümumi əmlakına daxil olan aktivdir. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Araşdırma nəticəsində üzrə müəyyən olunur ki, mübahisəli evə sahiblik edən şəxs iddiaçının əri yox, qaynanası Cavabdeh2dir və "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Ramana qəsəbəsi 2-ci sahə ünvanında olan tikintinin sahibi kimi Cavabdeh2 göstərilib. Bununla yanaşı, bütün kommunal ödənişlərin də sonuncuya aid olduğu iş materialları ilə müəyyən olunur. Yəni, məhkəmə iclasında iddiaçı mübahisəli fərdi evdə uzun illər yaşamasına istinad etsə də, qeyd edilən mübahisəli fərdi yaşayış evinin tikintisində iştirak etməsi və orada yaşamağa dair hər hansı hüququnun olması halı məhkəmədə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hallar mövcud deyildir, eləcə də iddiaçının həmin evin tikilməsində iştirakı işin faktiki halları ilə müəyyən edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Haqverdı̇ yeva Ayşən Fəxrı̇ qızının cavabdeh Haqverdı̇ yev Xeyrulla Fı̇ zuli oğluna, Haqverdı̇ yeva Kamı̇ lə Səttar qızına, Haqverdı̇ yev Fı̇ zuli Xeyrulla oğluna qarşı mənzilə köçürmə tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-2985/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2985/2025
18.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver