Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2996/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1530 manat məbləğində borc pulu, 9 aylıq ev pulu, 24.17 manat evin işiq pulunun, əlavə olaraq 50 manat maddi , 30 manat mənəvi ziyanın, 20 manat digər xərclərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yoldaşı X3 ağır xəstədir (Şizoferiya, İİqrup əlil). Ona tez-tez yardım, kömək, dərmanlar və.s lazım gəlir. Bu məqsədlə o yaşadığı Şərifzadə 12, mənzil 55 ünvanında olan evini Cavabdeh xx.xx.2019-cu ildən həvalə etmişdir. O, iki otaqlı, təmirli və normal əşyalar ilə dolu evi ayda 200 AZN olmaqla razılaşma yolu ilə Cavabdeh vermişdir. Lakin, 10 aya qədər cavabdeh ona pul vermir və bildirmişdir ki, yaxın qohumları Rusiyadan gələrək iddiaçıya olan borclar ödəniləcəkdir. Bundan əlavə sentyabrın əvvəli 2019-cu ildə Xatirə işə girməsi ilə əlaqədar olaraq təcili borc pulun alınması üçün ona müraciət etmişdir. Bildirmişdir ki, yaxın qohumları Rusiyada olurlar, heç bir problem ola bilməz, qardaşı və əri Rusiyadadırlar. Lakin iddiaçıda pul olmadığına görə tanıdığı şəxsdən borc 1530 AZN pulu alaraq yazılı iltizamla Xatirəyə vermişdir. Sonradan müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, izahatında bildirmişdir ki, evini kirayəyə 14 ay müddətinə vermiş, lakin 11 aylıq kirayə haqına dair ödəniş olmamışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəmyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan yazılı iltizamdan görünür ki, Cavabdeh Yadulla qızı 2018-ci ilin dekabr ayına qaytarmaq şərti ilə İddiaçı borca 1530 manat məbləğində pul almışdır. - Milli Elmlər Akademiyası X2 20 saylı orderin və çıxarışın surətindən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rizaziyyat və Mexanika institunun Xüsusi konstruktor bürosu mühəndisi X1 ünvan 1 ünvanında yerləşən yataqxananın 55 saylı mənzildə daimi qeydiyyata götürülməklə məskunlaşması barədə göstəriş verilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “1530 manat pulun qaytarılması” tələbinə münasibətdə bildirir ki, tərəflər arasında olan münasibətləri nəzərə alaraq, onlar arasında yazılı borc müqaviləsi bağlandığından mövcud mübahisənin həlli zamanı borc müqaviləsi haqqında qaydalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iddia tələbini “1530 manat borcun qaytarılması” hissəsində əsaslı olduğu üçün təmin etməlidir. Belə ki, tələb olunan pulun cavabdehə borc olaraq verilməsi iş materiallarında olan yazılı iltizamla öz təsdiqini tapır və cavabdeh tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı bir sənəd təqdim olunmamışdır. Məhkəmə iddianın “cavabdehin iddiaçıya məxsus evdə kirayə qaldığı 9 ay müddətində ödənilməmiş kirayə haqqının tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcələsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Həmin maddədə daha sonra qeyd olunmuşdur ki, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Nəzərə alınmalıdır ki, müqavilədən əmələ gələn hüququn qeydə alınması üçün qeydiyyat orqanına ərizə verilərkən ərizəyə yazılı müqavilə əlavə olunmalıdır. Lakin bu o demək deyildir ki, 11 aydan artıq olan kirayə müqaviləsi üçün yazılı forma məcburi formadır, bu o deməkdir ki, 11 aydan artıq olan kirayə müqaviləsi ilə müəyyənləşdirilən istifadə hüququ qeydə alındığı andan əmələ gəlmiş sayılacaq. Belə ki, Mülki Məcəllənin 14.3-cü maddəsinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Odur ki, 11 aydan artıq olan müqavilə üzrə istifadə hüququnu dövlət reyestrində qeyd aldırmaq istəyən şəxs müqaviləni yazılı formada bağlamalıdır, əks təqdirdə istifadə hüququ əmələ gəlməyəcək. Kirayə müqaviləsinin anlayışı Mülki Məcəllənin 675-ci maddəsində müəyyən olunmuşdur: əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Tərəflərin arasında göstərilən məzmunda şifahi formalı kirayə müqaviləsinin bağlandığını iddiaçı tərəfin izahatından başqa təsdiq edən heç bir sübut yoxdur. Tərəflər arasında razılaşmanın hansı şərtlərə əsaslanması, kirayə haqqının hansı məbləğdə müəyyənləşdirilməsi və sair kimi mühüm şərtləri müəyyən edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında kirayə münasibətinin mövcud olduğunu müəyyən edə bilməz və cavabdehin üzərinə 9 ay müddətində ödənilməmiş kirayə haqqı ödəmək vəzifəsi qoya bilməz. Həmçinin “ 24.17 manat evin işiq pulunun ödənilməsi” tələbi də kirayə müqaviləsindən irəli gələn tələbə əsaslandığı üçün iddia həmin hissədə də təmin edilmir. İddia tələbinin maddi zərərə görə pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində ona vurulmuş maddi ziyana görə 50 manat məbləğində pul tələb etsə də, iddia ərizəsində maddi ziyanın cavabdehin hansı hərəkəti nəticəsində əmələ gəlməsini əsaslandırmamış ümumiyyətlə maddi ziyanın haradan yarandığını qeyd etməmişdir. Belə olan təqdirdə iddia tələbi bu hissədə təmin edilə bilməz. Mənəvi zərərin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddia ərizəsinin hazırlanması üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1530 (min beş yüz otuz) manat məbləğində pul vəsaiti və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin, 15 (on beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi “9 aylıq ev pulu, 24.17 manat evin işiq pulunun, əlavə olaraq 50 manat maddi, 30 manat mənəvi ziyanın, 20 manat digər xərclərin tutulub iddiaçıya ödənilməsi” hisssində təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2996/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2996/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver