Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2998/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfdən müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə “fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfdən müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə “fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayon, Savalan qəsəbəsi 91 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun ailəsi ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.04.2021-ci il tarixində İddiaçı, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məkəməyə müraciət edərək Cavabdeh ilə bərabər onun həyat yoldaşı X5 və uşağlarının ona məxsus Bakı şəhəri, Sabunçu rayon, Savalan qəsəbəsi 91 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun ailəsi ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X17 ilə 2017-ci ildə rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşlar. Həmin nikahdan onların X11 adlı övladları vardır. Həyat yoldaşı X17 özünə məxsus Sabunçu rayon Savalan qəsəbəsində yerləşən fərdi yaşayış evinin onun adına notariusdan baş etibarnamə ilə keçirmişdi. Bu işdən xəbəri olan ərinin birinci həyat yoldaşından dünyaya gələn oğlu Cavabdeh onlardan icazəsiz həmin evin kilidini qıraraq evə icazəsiz köçmüş və oranı zəbt etmişdir. O vaxtdan İddiaçı Orxanı həmin evdən çıxara bilməmişlər. 2018-ci ildə bir dəfə iddiaçı cavabdehi evdən çıxarmaq istəmiş, həmin vaxtı cavabdeh bir dəstə adam yığaraq İddiaçı və onun həyat yoldaşına güc tətbiq etmiş və evə qoymamışdır. Orxanın həmin evə heç bir hüququ, sənədi yoxdur. Onun qeydiyyatı ünvan 2 ünvanındadı və faktiki olaraq da ailəsi ilə birgə zor tətbiq edərək Sabunçu rayon Savalan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçməmişdən əvvəl həmin ünvanda yaşamışdır. İddiaçı dəfələrlə evinə köçmək istəmiş lakin Orxan onlara imkan verməyib, üstlərinə hücum edib, hətta həyətdə başına bir bidon benzin tökərək özünü yandıracağı ilə onları hədələyib. Bu barədə həyat yoldaşı gizli video çəkiliş edib və həmin görüntülər onlardadır. Həmin vaxt onun üzərinə də balta və kabab şişi ilə hücum etmişdir. Orxan Sumqayıt məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. O, öz vəzifəsindən sui-istifadə edərək onların şikayət etdiyi təşkilatlara da təsir edir. Onlar axırıncı dəfə mart ayının 7-də əşyalarını yığıb evlərinə getmişdir. Orxan və həyat yoldaşı Aygün onları həyət qapısından içəri buraxmamışdır. Həyat yoldaşı olan Əliyev Elşəni döymüş, yoldaşı X24 üstünə balta ilə hücum etmişdir. Sonra da 102 qaynar xəttinə zəng edərək onlardan şikayət etimişdir. Həmçinin Orxanın qaynatası Xəlilov Müşviqə də zəng edərək guya İddiaçı ilə onun həyət yoldaşı Əliyev Elşən onun qızının üzərinə hücum edib, xəsarət yetirmişlər. 14-cü polis bölməsindən 102-yə zəng etdikdən sonra iki polis nəfəri evlərinə gəlmiş, sonra onları bölməyə aparmışdılar. Orxanın əlində heç bir fakt olmadığına görə şikayətini geri götürmüşdür. Həmin evin sənədləri onun adınadır. Fərdi yaşayış evi ona və ailəsinə məxsusdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qəbul etməyərək iddiaya etiraz edərək, bu barədə ərizəni məhkəməyə təqdim edir. Bildirir ki, İddiaçı ona qarşı fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, guya iddiaçının həyatyoldaşı özünə məxsus Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən fərdi yaşayış evinin onun adına baş etibarnamə ilə keçmişdir. Guya bu işdən onun xəbəri olan zaman fərdi həyət evinin qapısının açarlarını qıraraq həmin evə icazəsiz köçmüşdür və oranı zəbt etmişdir. İddiaçının bu iddiasının heç bir hüquqi əsası yoxdur. O, 2014-cü il tarixdən o öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin bütün komunal ödənişləri (saldo) onun adınadır və bütün ödənişləri o şəxsən ödəyir. Eyni zamanda iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqları da mövcud deyildir. Belə ki, iddiaçı qeyd edir ki, guya mübahisə predmeti olan ev iddiaçının həyatyoldaşına məxsusdur və ona baş etibarnamə ilə verilmişdir. Əvvəla iddiaçı qeyd olunan mənzilin onun həyatyoldaşına məxsus olmasını təsdiq edən sübutları iş materialına əlavə etməmiş, iş materiallarına əlavə edilmiş 08.07.2020-ci il tarixli etibarnamə isə etibar edən şəxs tərəfindən ləğv edilmişdir. Beləliklə də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Belə olan halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin, evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən evin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 ərizə təqdim edərək bildirmişdir ki, o, 2008-ci ildə Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 0.03 ha (300 kv/m) torpaq sahəsi alaraq özü üçün fərdi yaşayış evi tikdirmişdir. O, torpaq sahəsini Elman adlı torpaq alqısatqısı ilə məşğul olan şəxsin vasitəsi ilə almışdır. 17000 (on yeddi min) manat pul ödəmişdir. Həmin torpaq 1994-cü ildə X6 Sabunçu rayon İH-i tərəfindən verilmişdir. O da torpağı alanda bütün Bakı kəndlərində olduğu kimi onlara da torpağa aid İH-i qərarından çıxarış və 100 (yüz) il müddətində həmin torpaq sahəsinin üzərində sərəncam vermək hüququ verilmişdir. Həmin etibarnamə X12 tərəfindən İddiaçı adına verilmişdir. O , birinci arvadından 2006-cı ildə ayrılmışdır. Həmin arvadından 3 uşağı var. Hər üçünə təhsil vermişdir. Hər üçü də hal-hazırda işləyir. İkisi aiəlidir. O ayrılanda ünvan 4 ünvanında olan 5 otaqlı evi onlara vermişdir. O, ayrılandan sonra həmin torpaq sahəsini almışdır. Hissəhissə olmaqla orada üçmərtəbəli ev tikdirmişdir. Birinci arvadından olan oğlu Orxanı evləndirəndən sonra, o, Nərimanov rayonu, M.Nağıyev küçəsi ev 20, mənzil 34-də yaşamışdır. Orada cavadeh Elşən üçün anası ilə birlikdə hiylə işlədərək anası ilə dava edərək evdən çıxmışdır. Bir müddət kirayədə yaşamışdır. Əliyevə Elşən hazırkı cavabdehi Sumqayıt şəhər Məhkəməsində işə düzəlmişdir. Kirayə verməyə çətinlik çəkdiyinə görə o, müvəqqəti olaraq Orxanla ailəsininSavalan qəsəbəsindəki evin mansar hissəsində yaşamağa icazə vermişdir. Bir ilə qədər orada yaşamış sonra isə başqa yerə köçmüşdürlər. O, 2017-ci ildə 2012-ci ildən dini kəbinlə evli olduğu İddiaçı ilə nikahını rəsmiləşdirmişdir. Həmin evlilikdən 2018-ci ildə X11 adlı qızı oliuşdur. O, 2017-ci ildən 2020-ci ilə qədər işi ilə əlaqədar Biləsuvar rayonunda yaşamışdır. 2020-ci ilin yayında məlum pandemiya ilə əlaqədar işləri dayanmışdır. O, Bakıya gələndə artıq Orxan bir ilə yaxın idi ki, Savalan qəsəbəsindəki evin qapısını sındırıb ora köçmüşdür. O, 2020-cı ilin yayında evə gəlmişdir. Həyat yoldaşı Vüsalə və qızı Sevinclə birlikdə. Orxandan evi boşaltmağı tələb edəndə, o bildirmişdir ki, getməyə yeri yoxdur. Elşən Orxana bildirmişdir ki, ev genişdir, müvəqqəti 2-ci mərtəbədə yaşasın. Orxan onun və yoldaşının üzərinə şişlə hücum etmişdir Stulu başlarına çırmışdır. Sonra da plasmas qabda benzini başına tökərək özünü yandıracağı ilə onları hədələmişdir. Orxan bildirdi ki, evi ona veməyəcək. İddiaçıbı və E.Əliyevi öz evlərinə buraxmamışdır. Beləliklə, onlar şəhərdə gəlib özünə müvəqqəti kirayə ev tutmüşdurlar. 2021-ci ilin martına qədər onlar Orxanı başa salmağa çalışmışdır. Oğlu olduğu üçün hüquq- mühafizə orqanlarına şikayət etməkdən .əkinmişdir. 2021-ci ilin mart ayının 7-də o əşyalarını yığaraq evinə köçmək istəmişdir. Orxan onu evə buraxmamışdır. Öz həyətində onu döymüşdür. Həm də 102-yə zəng etdirərək onlardan şikayət etmişdir. Onları 14-cü bölmənin işçiləri apardımışlar. Polis Bölməsində məlum olmişdur ki, əslində E.Cavabdeh şikayət etməliymiş. Orada Orxan vəzifəsindən istifadə edərək polislərə təsir etmək istəmişdir. O, X26 cənab Vilayət Eyvazova teleqramma ilə müraciət etdikdən sonra, 14-cü bölmə onun xəsarətlərini təyin etmək üçün 7 gün sonra tibbi ekpertiza təyin edmişdir. Araşdırmanın davamını Sabunçu rayon prokurorluğu aparır. Hal-hazırda Sabunçu rayon prorkurorluğunda araşdırma gedir. O həm də Orxanı evdən çıxarmaq üçün mart ayının 12-də Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Mart ayının 29-u və aprelin 15-i Orxan məhkəməyə gəlməkdən boyun qaçırmişdır. Aprel ayının 5-də Orxan barəsində araşdırma gedə-gedə, həm də mülki qaydada Sabunçu rayon məhkəməsində iş getdiyini bilərək, mübahisələndirilən evə aid sənədləri saxtalaşdırmaq üçün aldığı torpağın sənədləri ilkin adına olan X7 taparaq, onu aldadıb ki, bəlkə də cinayət əlaqəsinə girmişdir. Onları notariusa gətirərək həyat yoldaşı İddiaçı adına olan sənədləri ləğv etdirək, öz adına etibarnamə almışdır. Onlar bu işin müqabilində Orxandan nə isə alımşlar. Ona görə ki, Babayeva Reyhanın atası Mirbaba birinci dəfə onunla danışmış və görüşərək Orxanın adına olan sənədləri ləğv edəcəyini bildirmişdir. Sonra isə boyun qaçırmışdır. Əliyev Elşən 13 il əvvəl 17000 (on yeddi min) AZN verərək torpaq almışdır. Həmin vaxtı Orxanın 19 yaşı var idi. 200000 (iki yüz min) manat hissə-hissə xərc çəkərək 7 (yeddi) il müddətinə ev tikdirmişdir. Onda da Orxan tələbə idi, heç yerdə işləmirdi. Ata hesabına dolanırdı. Evin sahibi odur, evi o yəni Əliyev Elşən tikdirmiş, ancaq hal-hazırda cavabdeh onu evinə buraxmır. Eyni zamanda Elşən məhkəmədə işlədiyinə görə nüfuzundan istifadə edərək cinayət əlaqəsinə girərək, dələduzluq edərək, qanunsuz olaraq başqasının əmlakına sahiblik etmək istəyərək ona məxsus həyat yoldaşı Vüsalənin adına olan sənədləri ləğv etdirərək, saxtalaşdıraraq mülkiyyətə sahiblik etmək istəyir. Notariusda sənədi ləğv edilən zaman İddiaçı də xəbərdarlıq edilməli idi. Ona görə ki, torpağı satan adam yəni Babayeva Reyhan bilir ki, heç kimə 0.03 ha torpağı pulsuz verməyib. Həmin torpaq üzərində ev tikilib. Evin sahibi kimi o, kimə istəyir ona da verər. Bunların hamısını bilə-bilə X10 atası Mirbaba ilə cinayət əlaqəsinə girərək saxtakarlıq yolla onun evinə aid sənədləri ləğv etdirərək saxta yolla evinə sahib olmaq istəyir. Əvvəlki məhkəmə iclasında ifadə verən şahid X8 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qonşusudur. O, həmin ərazidə yaşamağa başlayan vaxtdan indiyədək Orxan qeyd olunan evdə öz ailəsi ilə birlikdə yaşayır. Evin sahibi kimi yalnız Orxanı tanımışdır. Əvvəllər Orxanın atası ilə münasibətləri yaxşı olub, atası Orxanın evinə gəlib-gedirdi. Orxandan başqa nə Orxanın atasının, nə də başqa şəxslərin həmin evdə yaşamasını görməmişdir. İddiaçı adlı şəxsi həmin ərazidə və evdə görməmişdir. Əvvəlki məhkəmə iclasında ifadə verən şahid X18 ifadəsində bildirmişdir ki, Əliyey Orxanın qonşusu olduğunu, 2008-ci ildən Savalanda yaşadığını, 2013-cü ildən Cavabdehı tanıdığını, Elşən və Vüsaləni tanımadığını bildirdi. Cavabdeh həmin evdə ailəsi, uşaqları ilə birlikdə yaşayır. Orxanın yaşadığı evin arxa hissəsindəki evdə yaşadığını bildirdi. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 mart 1999-cu il tarixli, 03 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışdan görünür ki, X9 Beşinci kvartal sahəsi, 91 V olan həyətyanı torpaq sahəsi ayrılmışdır. -16 noyabr 1998-ci il tarixli, 12 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışdan görünür ki, X6 Beşinci kvartal sahəsi 91 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. -30.06.2020-ci il tarixli AR-İİ seriyalı, 083432 nömrəli etibarnamənin surətindən görünür ki, X2 Vüsalə Tahir qızına Bakı şəhəri, Maştağa qəsəbəsi, Beşinci Kvartal 91 V nömrə ünvanında yerləşən torpaq sahəsi ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. -08.07.2020-ci il tarixli AR-İİ seriyalı, 085194 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Vüsalə Tahir qızına Bakı şəhəri, Maştağa qəsəbəsi, Beşinci Kvartal N91 nömrə ünvanında yerləşən torpaq sahəsi ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. -02 avqust 2013-cü il tarixi, AR-0-İ 273209 nömrəli etibarnamənin təsdiq olumuş surətindən görünür ki, X15 və X4 Orxan Elşən oğluna Bakı şəhəri, Maştağa qəsəbəsi, Beşinci Kvartal 91 V nömrə ünvanında yerləşən torpaq sahəsi ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. -05.04.2021-ci il tarixli AR-İİ seriyalı, 282547 nömrəli etibarnamənin təsdq olunmuş surətindən görünür ki, X3 Orxan Elşən oğluna Bakı şəhəri, Maştağa qəsəbəsi, Beşinci Kvartal N91 nömrə ünvanında yerləşən torpaq sahəsi ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. -İş materiallarına əlavə edilmiş “xxxx”ASC-nin mədaxil qəbzinin surətindən görünür ki, ödənişlər Cavabdeh tərəfindən və onun adından edilmişdir. -“Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, təbii qazdan istifadəçi kimi qeydə alınan istehlakçı Cavabdehdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Güründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisənin predmenti olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin evi Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-də heç bir qeydiyyatdan keçməmişdir. Hazırki mübahisə isə özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbi olsa da iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquq olması, yəni həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilmədi. Belə ki, məhkəmə iclasında iddiaçı və iddiaçı tərəfdən çıxış edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs E.Əliyev həmin tərpaq sahəsini qeyri-rəsmi şəkildə iddiaçının həyatyoldaşı olan Elşən Əliyev tərəfindən alındığını və həmin evdə tikilmiş özbaşına tikili Elşən Əliyevin təkbaşına yaşadığı dövürdə əldə edilmiş vəsaiti hesabına, onun tərəfindən tikdirildiyi israr etsə də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, iddiaçı tərəf mülki işin materiallarına əlavə edilmiş 30.06.2020-ci il tarixli AR-İİ seriyalı, 083432 nömrəli və 08.07.2020-ci il tarixli AR-İİ seriyalı, 085194 nömrəli etibarnamələr əsasında ünvan 7 torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının yaranmasını qeyd etsələr də, məhkəmə hesab edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Həmçinin məhkəmə araşdırılması zamanı şahid ifadələrindən, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən habelə tərəflərin özlərinin izahatlarından da məlum olur ki, Cavabdeh 2014-cü il tarixdən həmin evdə yaşamış, sözügedən əmlakdan istifadə etmişdir, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadə hüququndan irəli gələn bütün sənədlər, o cümlədən ödənişlər Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı və onun həyatyoldaşı X17 şifahi şəkildə bildirsələr də ki, onlar həmin əmlakdan 2013-cü il tarixindən istifadə edərək orada yaşamışlar, lakin daşınmaz əmlakla bağlı öz aktiv hərəkətlərini təsdiq edəcək hər hansı mötəbər, təkzibolunmaz sübutlar məhkəməyə təqdiim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfdən müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə “fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlə2t rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfdən müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə “fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2998/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2998/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver