Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-300/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi olmaqla «qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi olmaqla «qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin zəbt olunmuş hissəsi üzərində cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və dövlət rüsumu ödədiyi 100 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı hal-hazırda ünvan sahəsində özünə fərdi yaşayış evi tikərək öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. ünvan sahəsini xx.xx.2014-cü il tarixində 4Ə/01-82 nömrəli reyester kitabına qeyd etməklə alqı-satqı müqaviləsi əsasında satıcı X2 0.05 ha torpaq sahəsi almışdır. ünvan sahəsi iddiaçını mülkiyyətindədir. xx.xx.2015-ci il tarixində həmin bağ sahəsinin mülkiyyətini təsdiq edən çıxarışı almışdır. Həmin bağ sahəsinin çıxarışına və torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpağın sahəsi 0.05 ha təşkil edir. Həmin torpaq sahəsini alarkən həmin torpaq sahəsinin içərisində fərdi olaraq yaşayış evi var idi. Lakin həmin evin sənədləri yox idi. Həmçinin, iddiaçı həmin torpaq sahəsini alarkən cavabdehin istifadəsində olan torpaq sahəsi ilə onun aldığı torpaq sahəsinin arası açıq idi və heç bir hasar yox idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları gəlib torpağı ölçərkən ona məxsus torpaq sahəsinin hüdudlarını müəyyənləşdirmişdir. Lakin aramızda hasarın olmaması səbəbi ilə cavabdehin istifadəsində olan torpaqla iddiaçının mülkiyyətində olan torpağın sərhəddinə nişanələr qoymaqla torpağının hüdudları müəyyənləşdirilmişdir. Bir müddət sonra mülkiyyətində olan ünvan sahəsinə gəlmiş və cavabdehin torpaqlarının arasına daş hasar çəkdiyinin şahidi olmuşdur. Bir müddət sonra həmin bağ sahəsində olan fərdi yaşayış evinin sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları gələrək ona məxsus torpaq sahəsini ölçdülər və ona torpaq sahəsinin sənəddəki ölçülərlə eyni olmadığını, cavabdehin onun torpağının bir hissəsini zəbt etdiyini bildirmişlər. Cavabdeh1 İddiaçı mülkiyyətində olan torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya məxsus olduğunu bildiyi halda qanunsuz olaraq torpağının bir hissəsini zəbt etmiş və torpaqdan qanunsuz istifadə edir, həmçinin həmin zəbt etdiyi torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirib. Hal-hazırda cavabdeh özünün istifadəsində olan torpağında ev tikdirmişdir və həmin evin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus torpağın üzərinə düşür. Bu qanunsuzluq nəticəsində İddiaçı mülkiyyət hüququnu kobud surətdə pozulmuş və əmlak hüquqlarından məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində tikdirdiyi fərdi yaşayış evinin onun torpağının zəbt etdiyi hissəsini düşən hissənin sökülmasi və zəbt etdiyi torpağının ona qaytarılması üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Bundan sonra o cavabdehin bu qanunsuz hərəkəti ilə bağlı Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə şifahi müraciət etmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində həmin işin mülki iş olduğu üçün ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İddiaçı ilk öncə məhkəmə iclasında iştirak etsə də, sonradan mütəxəss rəyini vəkilndən alaraq məhkəməyə təqdim etmək üçün məhkəmədən faislə isdəsə də, o məhkəmənin vermiş olduğu fasilə müddətində məhkəmə iclas zalına dönüş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işin baxış iclasını iddiaçının və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA seriyalı, 072499 nöməli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, ünvan sahəsinin bir hissəsi (0,05 ha) İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan sahəsinin bir hissəsi (0,05 ha) xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materaillarında olan AN-İ seriyalı, ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, ünvan sahəsinin 0,12 ha torpaq sahəsindən 0,05 ha sahəsini X1 X6 30 yanvar 2014-cü il tarixdə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin A seriyalı, 664624 nöməli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1192M saylı bağ sahəsinin bir hissəsi (0,04 ha) Cavabdeh1 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1192M saylı bağ sahəsinin bir hissəsi (0,04 ha) xx.xx.2021-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2198/2022 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2022-ci il tarixli 10/3659 nömrəli tikinti-texniki ekspertizasının aparılmasından “mütəxəssis rəyinin təqdim edilməməsi səbəbindən” imtina edilməsi barədə məlumat 27 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2198/2022 saylı qərardadı ilə təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2198/2022 saylı qərardadına əsasən iddiaçının şifahi vəsatəti əsasında mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/7199 nömrəli tikinti-texniki ekspertizasının aparılmasından mütəxəssis rəyinin təqdim edilməməsi səbəbindən” imtina edilməsi barədə məlumat xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-300/2023 saylı qərardadı ilə təzələnmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün 95 manat məbləğində xidmət haqqı ödəndiyi təqdirdə mütəxəssis rəyi veriləcəyi bardədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-300/2023 saylı qərardadına əsasən iddiaçının şifahi vəsatəti əsasında mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2023-cü il tarixli 10/1907 nömrəli tikinti-texniki ekspertizasının aparılmasından mütəxəssis rəyinin təqdim edilməməsi səbəbindən” imtina edilməsi barədə məlumat xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-300/2023 saylı qərardadı ilə təzələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə iddia tələbinə münasibət bildirərk qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin ona məxsus torpaq sahəsinə müdaxilə etmiş olduğnu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın rəy verməsi üçün iddiaçı tərəfindən zəruri addımlar atılmamışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət etməsi səbəbini onunla izah etmişdir ki, o fərdi yaşayış evinin sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və həmin idarənin əməkdaşları gələrək ona məxsus torpaq sahəsini ölçdüklərini və ona torpaq sahəsinin sənəddəki ölçülərlə eyni olmadığını, cavabdehin onun torpağının bir hissəsini zəbt etdiyini bildirmiş olduğunu bildirsədə belə bir yazılı rəsmi məlumatı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi olmaqla «qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-300/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-300/2023
09.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver