Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3011/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Əriçənin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli olan faktın məyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli olan faktın məyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən əriçənin nümayəndəsi və vəkili Vəkil vəsatət təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli olan faktın məyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçinin vəsatəti əsasında geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3011/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3011/2024
23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver