Məhkəmə qərarları › İş №2(008)-3017/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3017/2024

14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3017/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1921-ci il təvəllüdlü (Əliyeva) Hökümə Begəli qızının xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X29 onun atasıdır. O, xx.xx.2001-ci il tarixdə vəfat etmiş və bu barədə AZ-İİ 389670 saylı ölüm şahədatnaməsində qeyd edilmişdir. (Əliyeva) Hökümə Begəli qızı onun bibisi, yəni X21 bacısıdır. (Əliyeva) Hökümə Begəli qızı 1921-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.1989-cu il tarixdə Bakı şəhəri Bilgəh qəsəbəsində vəfat etmiş, Bilgəh qəsəbəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. (Əliyeva) Hökümə Begəli qızı şikəst olması səbəbindən heç vaxt ailə qurmamış və onun övladları da olmamışdır. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəsəbi Ü.Hacıbəyov küçəsi döngə 2 ev 2A (Əliyeva) Hökümə Begəli qızı, atası - X29 və əmisi - X12 məxsusdur. Həmin evdə (Əliyeva) Hökümə Begəli qızı onların ailəsi ilə birlikdə yaşamış, sağ ikən həmin evdən onun payına düşən hissəni atası X24 bağışladığını bildirmişdir. O da doğulduğu gündən həmin evdə yaşayaraq, atasından və bibisindən qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Miras qalmış - Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Ü.Hacıbəyov küçəsi döngə 2 ev 2A-nın (Əliyeva) Hökümə Begəli qızının və atasının payına düşən hissələrini faktiki olaraq qəbul etsə də, lakin həmin evi öz adına sənədləşdirmək üçün ondan (Əliyeva) Hökümə Begəli qızının ölümü haqqında şəhadətnaməsi tələb olunur. (Əliyeva) Hökümə Begəli qızının ölümü haqqında şəhadətnaməsini almaq məqsədilə o, “Bakı Baş Səhiyyə Mərkəzi” X27 Bilgəh Sağlamlıq Mərkəzinə və Maraqlı şəxsnə müraciət etmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X27 Bilgəh Sağlamlıq Mərkəzi ona ölüm haqqında tibbi şəhadətnamənin, Maraqlı şəxs isə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli imtina məktubunda ona bildirildi ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Belə olan halda hesab edir ki, (Əliyeva) Hökümə Begəli qızının xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X18 ifadəsində bildirmişdir ki, Eynulla onun əmisi oğlu, Hökümə isə bibisidir. Hökümə bibisi vəfat edəndə onun 24-25 yaşı olardı. Bibisi subay idi, ailə qurmayıb. Həmçinin, bibisinin xəstəliyi var idi, gəzə bilmirdi. 1989-cu il 16 apreldə bibisi Bilgəh qəbirstanlığında dəfn edilmişdir. Bibisi ilə evləri ayrı, həyət eyni idi. Bibisi öləndə səhəri gün xəbərləri oldu. Təcili yardım çağırılıb-çağırılmadığını bilmir. Bibisi öləndə atası və əmisi sağ idi. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, o, Bilgəh qəsəbəsində yaşayır. Eynulla ilə dost olmuşlar. Eynullanın bibisi Hökümə xəstə idi. Ailəli olmayıb. Eynullanın bibisi 1988-ci il və ya 1989-cu ildə 16 apreldə ölmüşdür. Eynullanın bibisinin ölüm xəbərini səhəri gün eşitmişdir. Təcili yardım çağırılıb-çağırılmadığını bilmir. Eynullanın bibisi Bilgəh qəbirstanlığında dəfn olunub. Eynullanın bibisi Şixaligilin evində yaşayırdı. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, mərhum Höküməgil ilə qonşu olmuş, üzbəüz evlərdə yaşamışlar. O, Bilgəh qəsəbəsi Ü.Hacıbəyov küçəsində yaşayır. Hökümə Eynullanın bibisidir. 1989-cu ilin 16 aprelində Hökümə vəfat etmişdir. Şixaligilin evinin aşağı tərəfində qalırdı. Hökümə şikəst olmuşdur, subay idi. Hökümə öz evində vəfat etmiş, Bilgəh qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - İİİ-ЖГ seriyalı 373460 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Şixali Begəli oğlu, anası X5r. - AZ-İİ seriyalı 389670 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1936-cı ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitabında (günü, ayı qeyd olunmayıb) 1926-cı ildə doğulan Şixəli (sənəddə olduğu kimi) Begəli oğlunun təvəllüdü qeyd olunur. Atası: Begəli Güləli oğlu, anası: Raziyə. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1936-cı ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitabında (günü, ayı qeyd olunmayıb) 1921-ci ildə doğulan (soyadı qeyd olunmayıb) Hökümə Begəli qızının təvəllüdü qeyd olunur. Atası: (soyadı qeyd olunmayıb) Begəli Güləli oğlu, anası: (soyadı qeyd olunmayıb) Raziyə Beg (sənəddə olduğu kimi) (tam oxunmur) qızı. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-101/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-100/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1921-ci ildə doğulmuş, xx.xx.1989-cu il tarixdə ölmüş bibiniz – (Əliyeva) Hökümə Begəli qızının övladları və nikahı barədə məlumatın müəyyənləşdirilməsi ilə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə müvafiq yoxlama aparılmışdır. (Əliyeva) Hökümə Begəli qızının həmin yoxlamaya əsasən övladları və nikahı barədə məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-203/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1921-ci ildə doğulmuş, xx.xx.1989-cu il tarixdə ölmüş bibiniz – (Əliyeva) Hökümə Begəli qızının atası – Begəli Güləli oğlunun və anası – Raziyə Begəli qızının doğumu, nikahı, övladları və ölümü barədə məlumatın müəyyənləşdirilməsi ilə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə müvafiq yoxlama aparılmışdır. (Əliyeva) Hökümə Begəli qızının atası – Begəli Güləli oğlunun və anası – Raziyə Begəli qızının həmin yoxlamaya əsasən doğumu, nikahı, övladları və ölümü barədə məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X4 qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi döngə 2 ev 2a ünvanında qeydiyyatda olmuş, xx.xx.1989-cu il tarixdə həmin ünvanda vəfat etmiş, qəsəbədəki qəbirstanlıqda dəfn edilmişdir. - qəbir daşının fotoşəkilindən görünür ki, X2 1921-ci ildə doğulmuş, xx.xx.1989-cu il tarixdə ölmüşdür. - Bilgəh Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Hökümə Begəli qızına uzun müddət keçdiyinə görə ölüm haqqında şəhadətnamə (F-106) verilməsi mümkün deyildir. - şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Lenin (indiki Sabunçu) rayonu Bilgəh qəsəbəsi Hacıbəyov küçəsi döngə 2 ev 2 X11, X12 və X9 məxsusdur. - AЗ seriyalı 726993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X16, anası X7r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi 1921-ci il təvəllüdlü (Əliyeva) Hökümə Begəli qızının xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi (Əliyeva) Hökümə Begəli qızının ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1921-ci il təvəllüdlü (Əliyeva) Hökümə Begəli qızının xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 1921-ci il təvəllüdlü (Əliyeva) Hökümə Begəli qızının xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar