Məhkəmə qərarları › İş №2(008)-3026/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3026/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3026/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 10.10. 2004-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 2003-cü il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlsü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı 3 uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş evə gəlin köçmüş və bu günə qədər də həmin ünvanda yaşayır.2016-cı ildə aralarında yaranmış mübahisə ilə əlaqədar iddiaçının oğlu X8 Rayon məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah qeydi ləğv olunmuşdur.Aralarındakı nikah qeydi ləğv olunduqdan sonra cavabdeh yaşadıqları evdən çıxıb getmiş, bir müddət sonra yenidən həmin evdə yaşamağa başlamışdır. Cavabdeh 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən eyni həyətdə inşa edilmiş, 1 mərtəbəli 2 otaqlı evə (özbaşına tikiliyə) köçürülmə tələbinə dair məhkəməyə müraciət etmiş, Sabunçu Rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülmüşdür.Bildirir ki, Sabunçu Rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən onun Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanına istifadə hüququm tanınmış və pasport qeydiyyatına alınmış və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır.Cavabdeh qeyd olunan ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülsə də, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə - Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, nıənzil 7 ünvanında mənzildə qeydiyyatdadırlar. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzil qeydiyyatında qalmaları onun həmin mənzilə olan sahiblik və istifadə hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə ədərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o övladları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yaşayır. Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9342 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X2 ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş hər üç yetkinlik yaşına çatmayan övladları onun himayəsinə verilməsi qət edilmişdir. Nikahın pozulmasına dair məhkəmə qətnaməsi qəbul edilən gündən X2 övladları ilə birlikdə onun evdən çıxmağını tələb etdiyindən mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi tələb edilən ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, eləcə də iddiaçı tərəfindən həmin mənzilin ona məxsus olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən evə istifadə hüququ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə yaranmış və orada qeydiyyata alınmışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin mübahisəli mənzilə gəlin köçərək yaşamağa başladığı müddətdə iddiaçının həmin evə istifadə hüquqları belə mövcud olmamış və onun bu hüququ yalnız xx xxxxxx 2005-ci il tarixli məhkəmə qətnaməsinə əsasən yaranmışdır. Beləliklə məlum olur ki, mübahisəli evə dair iddiaçı ilə onun hüquq və vəzifələri eynidir və belə olan halda iddiaçının cavabdehə qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması şərti olaraq qəbul edilsə belə, iddia tələbi tamamilə əsassızdır. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1, mənzil 7 ünvanda qeydiyyatdadır; - Sabunçu Rayon Məhkəməsinin 2(008)-14186/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh uşaqları 10. Oktyabr 2004-cü il təvəllüdlü X4, xx xxxx 2010-cu il təvəllüdlü X5 və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1, mənzil 7 ünvanda yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəxt və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli 2 otaqlı evə köçürülməsi qət edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 2-279/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 3-də yerləşən 6saylı evin 7 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınması qət edilmişdir. - xx.xx.2011-ci il tarixli Sosial kirayə müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən 7 saylı mənzilnə dair kirayə Dövlət Neft şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən İddiaçı yaşamaq üçün verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh xx.xx.2003-cü il tarixdə ailə həyatı qurmuş, xx.xx.2004-cü il tarixdə nikahları rəsmiləşdirilmiş və cavabdeh ünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə bitişik olan özbaşına tikiliyə köçmüşdür. Daha sonra, yəni 2005-ci ildə İddiaçı məhkəmə qətnaməsi iləünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikaha 2016-cı ildə xitam verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh övladları ilə birlikdə ünvan 1, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. İddiaçının hazırda iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi gəlininin ünvan 1, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə (özbaşına tikiliyə) yox, ünvan 1, mənzil 7 ünvanında yerləşən mənzilin özünə cavbadehin istifadə hüququna xitam verilməsi, dolayısı ilə cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılmasıdır. Sözügedən mənzil sosial kirayə müqaviləsinə əsasən 2012-ci iddiaçıya kirayəyə verilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh uşaqları ilə birlikdə yuxarıda qeyd olunan mənzilə bitişik olan özbaşına tikiliyə köçürülmüş və orada yaşayır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar, yəni tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2004-cü ildə yaranmışdır. Həmin dövrdə hazırkı mübahisəyə tətbiq edilə biləcək xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi qüvvədə olduğundan və həmin Məcəlləyə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğundan bu mübahisəyə də xx.xx.2009-cu ilədək qüvvədə olan sosial kirayə müqaviləsinə aid normaların tətbiq edilməsi mümkündür. Həmçinin mübahisə predmeti olan mənzil özəlləşdirilmədiyindən və dövlət mənzil fonduna aid olduğundan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi mümkün deyildir. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Yuxarıda qeyd olunan işin hallarını və qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehinünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, mübahisəyə tətbiq edilən Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi ilə kirayəyə verilmiş mənzilə istifadə hüququnun yaranmasına əsas şərtlərdən biri həmin mənzilə köçürülmək və orada yaşamağa başlamaqdır ki, bu əsas yaranmamışdır. Yəni, cavabdeh ünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə yox, ona bitişik olan özbaşına tikiliyə gəlin köçərək yaşamışdır. Buna görə də məhkəmə belə hesab edir ki, əgər cavabdehin qeyd olunan mənzilə istifadə hüququ yaranmamışdırsa, iddia tələbi təmin oluna bilməz. Cavabdehin mənzildə qeydiyyatda olması onun mənzilə istifadə hüququnun olması demək deyil. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qeyd olunan maddənin məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər və nəticə etibarilə mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin cavabdehlə bərabər yetkinlik yaşına çatmayan uşaqlara dair tələb də təmin edilməmləidir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüququ yaranmadığından iddia tələbi rədd edilməli, iddiaçıya yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına faktiki sahib kimi inzibati orqana müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar