Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-304/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü oğlu X5 onun himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, aliment pulunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 fevral 2025-ci il tarixdə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat cəmi 492 (dörd yüz doxsan iki) manat olmaqla, aliment pulunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4886/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qətnaməsi və icra vərəqəsi ilə Cavabdeh xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər birinə görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment pulu ödəməlidir. Qət edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəyə minib, həmin qətnamə üzrə icra vərəqəsi Sabunçu rayon İcra şöbəsinə yönəldiyi tarixdən o, hər ay vaxtı-vaxtında aliment pulu üzrə ödəmələrini Cavabdeh ödəmişdir. xx.xx.2010-cu il təvəllüdlü oğlu X13, anası Cavabdeh ilə yaşamaq istəmədiyindən, artıq üç aydan artıqdır ki, onun valideynlərilə birlikdə yaşadığı ünvan 1 ünvanında yaşayır. Bu barədə Sabunçu RİH başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-4/2- 467/2024 nömrəli, 14 may 2024-cü il tarixli məktubu və xx.xx.2024-cü il tarixli müvafiq aktın iddia ərizənə əlavə etmidir. O, evladı xx.xx.2010-cu il təvəllüdlü X13 iki aydan artıqdır ki, onun valideynləri ilə birlikdə yaşadığı evə qayıdaraq, onunla yaşadığı üçün, onun himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, aliment pulunun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşam. Bu barədə o, qanuna müvafiq ərizə ilə Mediasiya Şurasına müraciət edib, Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/8-2023-01191 nömrəli, xx.xx.2024-cü il tarixli müvafiq arayış almışdır. Qeyd olunanlara əsasən,xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat cəmi 492 (dörd yüz doxsan iki) manat olmaqla, aliment pulunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 mart 2025-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 06 mart 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2304/2025 nömrəli xx.xx.2025cü il tarixli qərardaddı ilə iddia tələbinin xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat aliment tutulması hissəsinəxitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4886/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-286/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 3084 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X12 atası İddiaçı himayəsində, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanması, İddiaçı Cavabdeh xeyrinə, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər birinə görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4886/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, e-2(008)- 286/2022 nömrəli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilsin və həmin məbləğ İddiaçı Cavabdeh xeyrinə tutulması və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4886/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə, xx.xx.2010- cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər birinə görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 06 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4886/2022 nömrəli xx.xx.2022-ci il tarixli ica sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X13 və X8 heç bir münaqişə olmadan onun himayəsinə verilmişdir. İlkin mediasiyasından sonra prosesin davam etdirilməmi barədə MŞB/8/2023-01191 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində rüsumu və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2372/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardaddın görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilmiş, iddiaçı öhdəsinə götürür ki, bu saziş imzaladıqdan sonra, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində olan e-2(008)-2372/2023 №-li mülki iş üzrə "birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü" tələbinə dair iddiasından imtina edir və bu iddia tələbi ilə sonradan məhkəməyə müraciət etməməsi, cavabdeh öhdəsinə götürür ki, bu barışıq sazişini imzaladıqdan sonra 2023-cü ilin iyun ayından başlayaraq, birgə nikahdan olan uşaqları 18 yaşına çatanadək, ali və ya orta ixtisas təhsil müəssisəsində təhsil alacaqları təqdirdə 23 yaşına çatanadək, hər ay iddiaçıya 500 (beş yüz) manat məbləğində pul ödəyir; tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü N.Mövlayevin iddiaçın faktiki himayəsində olduğundan Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3502/2023 №-li mülki işdə iddia tələbindən (aliment tələbindən) imtina barədə ərizə təqdim etmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barəsində iddiası əsasında mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-18/2- 2435/2024 nömrəli rəyindən görünür ki, Sabunçu Rayon icra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2010-cu il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsini xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 589560 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 240510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. Məhkəmə iclasında təhsil aldığı məktəbin nümayəndəsinin iştirakı ilə dindirilən xx.xx.2010-cu il təvəllüdlü X11 atası ilə yaşamağ isdədiyini, anasının İlqar adlı başqa bir şəxslə münasibəti olduğunu, həmin adamı evə gətirdiyini, bundan başqa başqa bir adamında gəldiyini,onların kim olduğunu soruşduğda, anasının onu vurduğunu və ya telefonun aldığınıbildirdi. Həmin adamlar evə gələn zaman o və bacısı öz otaqlarında olduğlarını bildirdi. Anasının ana kim yaxşı olduğunu, lakin onun başqa kişi ilə münasibətinin ona xoş gəlmədiyinin bildirdi. Hazırda atası və qardaşı ilə birlikdə qalmaq isdədiyini, anası ilə artıq qalmaq isdəmədiyini bildfirdi. Bacısını haçan isdəyəndə gördüyünü məhkəməyə bildirmişdir. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 50 manat ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən Uşaqlarla yaşayan valideyn uşağına fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsüyyətinə mane olmamalıdır. Ailə Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında valideynlər razılığa gələ bilmədikdə, mabahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti, yəni yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ailə Məcəlləsinin 71.3-cü maddəsinə əsasən Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Ailə Məcəlləsinin 73.2-cü maddəsinə əsasən. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətinixarakterizə edən digər hallar. Beləliklə mülki işin hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulduğdan sonra tərəflərin birgə nikahlarından doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X12 atası İddiaçı himayəsində, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsinə verilmişdir. İşin mübahisə olunmayan halıondan ibarətdir ki, xx.xx.2010-cu il təvəllüdlü X13 ananın himayəsində saxlanılsada 2024-cü ilin may ayından atası ilə yaşamağa başlamışdır. Bu səbəbdən ata ananın himayəsinə verilmiş xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi üçün məhkəməyə müfaciət etmişdir. Həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli 5-18/2-2435/2024 rəyindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X13 atasının himayəsinə verilmələrini məqsədəuyğun hesab etmişdir. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından məhkəmə hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanındam almaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə uşağın mənafeyini, uşağın valideynlərinə bağlılığını, onun fikirini və arzularını qəti ifadə edəcək yaşda olduğunu, hazırda uşağın ananın yanında qalmasını onun inkişafına vətərbiyəsinə mənfi təsr edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X13 ananın himayəsindəan alınaraq atanın himayəsinə verilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 246 manat alimentin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə hesab dir ki, uşağın saxlanılması üçün aliment təyin edərək onun məbləği elə bir həddə təyin edilməlidir k, alimenti ödəyən tərəfi həddən artıqmaddi çətinliyə salmasın və alimentin ödənilməli məbləği real olsun. beləliklə məhkəmə cavabdehin maddi vəziyyətini müəyyən edə biləcək sübutların olmamasını, iddiaçının tərəflərin birgə nikahından doğulmuş digər övladının xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq 150 manat sabit pul məbləğində aliment ödəməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh da tutulan alimentin məbləği bu həddə dəyəni 150 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il üçün minimum əməkhaqqı 345 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, 2024-cü iı üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində sonrakı artırəımalae nəzərə alınmaqla (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyə edilmiş minimum əmək haqqının 0.43 misli miqdarında sonrakı addımlar nəzərə alınmaqla (345x0.43=148.35) aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hesablanma tarixinə münasibət bildirərək qeyd edir ki, iddiaçı aliment tələbi ilə məhkəməyə 15.0703.2024-cü il tarixdən müraciət etmiş olduğundan alimentin həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 Leyla Arif qızının himayəsindən alınaraq İddiaçı himayəsinə verilsin. Cavabdeh İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyə edilmiş minimum əmək haqqının 0.43 misli miqdarında sonrakı addımlar nəzərə alınmaqla aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 60manat mediyasiya xərci və 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-304/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-304/2025
10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver