Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3040/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN xidmət” X4maqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN xidmət” X4maqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, əri X7 yaşadıqları ünvanda xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onlar təcili tibbi yardım çağırış etmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər əri vəfat etmişdir. Mərhum ərinin anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından, həyat yoldaşının ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Dəfn pulu ilə əlaqədar, olaraq həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Həyat yoldaşının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün 4 saylı Bakı “ASAN xidmət” X5 müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Bildirir ki, əri X7 2014-cü il ildə Bilgəh Sağlamlıq mərkəzində qeydiyyatda olmuşdur, lakin 2021-ci ildən xəstəliyə görə müraciət etmədiyindən, ona tibbi arayış verilməmişdir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı “ASAN xidmət” X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin baldızıdır. Mərhum onun qardaşı olmuşdur. Qardaşı 28 fevral saat 20:00-da rəhmətə getmişdir. Mərhum rəhmətə gedən vaxt yanında o, onun gəlini və qardaşının arvadı olmuşdur. Ölən günün səhəri Bilgəhdə atasıyla anasının məzarının yanında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızıdır, mərhum isə bacanağı olmuşdur. Mərhum ruhi xəstə, həm də vərəm xəstəsi olmuşdur. 28 fevral saat 20:00-da rəhmətə getmiş, səhəri günü Bilgəhdə dəfn olunmuşdur. Mərhumun ölüm xəbərini ona baldızı xəbər vermişdir. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, mərhum onun əmisi idi. Əmisi həm ruhi xəstə, həm də vərəm xəstəsi olmuşdur. 28 fevral axşam saatlarında rəhmətə getmiş, səhəri günü dəfn olunmuşdur. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1966-cı il tarixdə doğulmuşdur. - Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 126826 saylı nikah haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə X8 ilə X12 arasında akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Aslanova” soyadı verilmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi Bilgəh sağlamlıq mərkəzinin arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X2 Sağlamlıq Mərkəzində 2014-cü ildən qeydiyyatda olmuşdur. 2021-ci ildən hər hansı bir xəstəliyə görə müraciət etməmişdir. - Təcili və təxirəsalınmaz tibbi yardım stansiyası publik hüquqi şəxsinin xx.xx.2025ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, “Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyası”nın 14 saylı bölməsinin təcili tibbi yardım briqadası həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - 4 saylı “ASAN xidmət” X10nin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-229/2025 saylı məktubundan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 22 nömrəli arayışından məlum olur ki, X1 rayonu Bilgəh qəsəbə qəbiristanlıqda dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi əri xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmişdir. Ərinin dəfin pulunun alınması ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün ölümü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3040/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3040/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver