Məhkəmə qərarları › İş №2(008)-3061/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3061/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3061/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 1036.80 manat borcun silinməsi və artıq tutulmuş məbləğin hesabına qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi şəxsi istifadəsindədir. O, səhhəti ilə bağlı olaraq 2021 ci ilin əvvəlindən faktiki olaraq ilin əksər vaxtında Bülbülə qəsəbəsi ünvan 2 ünvanında oğlunun evində yaşayır, Maştağadakı evdə isə uzun müddətdir təmir işləri davam edir. 17 yanvar 2023 cu il tarixində oğlunun ailəsi ilə birlikdə Maştağadakı evə köçmüşdür. Həmin gün axşam saatlarında qaz sayğacına vəsait yükləmək istəyərkən, sayğacın ekranının göstərmədiyinin şahidi olmuşdur. Səhərisi gün yəni, xx.xx.2023 tarixində Ələddin adlı sahə üzrə qaz nəzarətçisinə məlumat vermişlər. xx.xx.2023 tarixində Ələddin adlı Azəriqaz əməkdaşı gələrək sayğaca baxış keçirib və sayğacın yararsız olduğunu, yenisi ilə əvəz olunması zərurətinin olduğunu bildirib. Azəriqaz əməkdaşlarının məsləhəti ilə həmin gün 104 çağrı mərkəzinə zəng edərək sayğacın yenilənməli olduğunu bildirmişlər. Onlara cavab olaraq bildiriblər ki, Smart tipli sayğac olmadığından sayğac gələn kimi dəyişdirilmə təmin olunacaq. xx.xx.2023-cü il tarixində yenidən Azəriqaz əməkdaşları ünvana gələrək sayğaca baxış keçirmiş, hətta həyətdə təmir işlərinin getdiyini, evin istilik sisteminin sökülmüş vəziyyətdə və istifadə olmadığının şahidi olmuşlar. xx.xx.2023-cü il tarixində Azəriqaz əməkdaşları gələrək sayğacı çıxarıb yeni sayğac quraşdırıblar. Yeni sayğacın kartını almaq üçün Bakıxanov qəsəbəsində yerləşən Azəriqaz şöbəsinə getdiyində, ona xx.xx.2023 tarixli ******* nömrəli aktla 1036.80 (min otuz altı manat səksən qəpik) məbləğində borc hesablandığı məlumatı verildi. Bundan sonra Azəriqazın Babək prospekti ünvanında yerləşən satış departamenti idarəsində olmuş, məsələni nə qədər izah etsə də, heç bir kömək olunmadı, əvəzində məhkəməyə müraciət etmək məsləhəti verildi və lazımi sənədlər təqdim olundu. Təqdim olunan ******* saylı aktdan məlum oldu ki, hələ xx.xx.2023 tarixində, yəni sayğac evin qaz xəttinin üzərində olarkən təzyiq altında yoxlanılıbmış və aşkar olunubmuş ki, sayğacdan qaz keçir lakin sərfiyyat hesablanmır. Sayğacın ekranı sönüb, işləmir. Sayğacın dövlət yoxlamasına göndərilməsi və ziyanın hesablanmasına yönləndirən qeyd yazılıb. Bundan başqa xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də guya sayğacdankənar istifadə varmış və həmin xəttin ləğv edilməsi ilə bağlı tələb göstərilib. Halbuki, ******* nömrəli aktda problemin sayğacın özündə olması göstərilir və sayğacdankənar xətt barəsində heç bir söhbət getmir. O, heç bir vaxt hər hansı quruma qarşı ziyan vurmaq fikrində olmamış, heç bir vaxt qaz sayğacına müdaxilə etməmiş və sayğacdankənar istifadə etməmişdir. Tərtib olunmuş aktların heç biri ilə razı deyil. Beləki, sayğacın hansı şəraitdə, hansı üsulla yoxlanılması barədə heç bir məlumat verilməyib. Ümumiyyətlə, istismar müddəti başa çatmış (Azəriqaz əməkdaşlarının məlumatına əsasən) sayğacın korlanmasına görə ona cərimə yazılması yolverilməzdir. Faktiki olaraq heç bir vaxt mövcud olmamış sayğacdankənar xətt məsələsini haradan meydana çıxması hələ də qaranlıq olaraq qalır. O, əsassız hesablanmış borcun silinməsi barədə Cavabdehnə müraciət etdi. Lakin heç bir müsbət nəticə əldə etmədi. Bütün yuxarıda göstərilənləri əsas götürərək ondan qanunsuz olaraq tələb olunan 1036.80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsini və artıq tutulmuş məbləğin hesabına qaytarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın ekranının işləmədiyi göstərilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında istehlakçı İddiaçı məxsus saylı evə baxış keçirilərkən sayğacın işləmədiyi, qaz sərfini qeydə almadığı, sayğacın ekranının söndüyü və işləmədiyi aşkar olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1036.80 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacın işləmədiyi, qaz sərfini qeydə almadığı, sayğacın ekranının söndüyü və işləmədiyi müəyyən olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036.80 manat tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1036.80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi artıq tutulmuş məbləğin iddiaçının hesabına qaytarılması hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı qeyd olunan hissədə iddia tələbinin əsası kimi istinad etdiyi hala dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən **********00000 saylı abunə koduna hesablanmış 1036.80 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30.37 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1036.80 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30.37 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar