Məhkəmə qərarları › İş №2(008)-3065/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3065/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3065/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü X7 onun anasıdır. Anası uzun illər idi ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi, xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2025-ci il tarixdə anasının təzyiqi qəfil yüksəldi, dərhal “X13” xidmətinə zəng vurmuşlar. X13 gələrək, anası xəstəxanaya apardı. Lakin beyninə qan sızması səbəbindən anası xəstəxanada vəfat etdi. Anası vəfat edərkən o və qardaşı X8 xəstəxanada idi. Anasını Xırdalan şəhər qəbirstanlığında dəfn etmişlər. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o anası X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün “11 Saylı Şəhər Poliklinikasına” və 4 saylı “Asan Xidmət Mərkəzi”ndə Qeydiyyat şöbəsinə müraciət etdi. “11 Saylı Şəhər Poliklinikası” ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Anasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə anası X2 ölüm faktı müəyyən olunmalıdır. xx.xx.2025-ci il tarixdə Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1955-ci il tarixdə doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X3 məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Xİ-ЖГ seriyalı 391465 nömrəli doğum haqqında şəhadətnaməni surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X4r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/7-199-2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli 280 nömrəli məktubundan görünür ki, X7 mənzildən kənarda rəhmətə getdiyindən 11 saylı Poliklinika tərəfindən 106 saylı formun verilməsindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 izahat verərək bildirilmişdir ki, ərizəçi onun qardaşıdır. Anası xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşamış, beyninə qansızma nəticəsində Sabunçu xəstəxanasında ölmüşdür. Xırdalan şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Qardaşı Ağasadıq, onun arvadı isə Tahirə olmuşdur. xx.xx.2025-ci il tarixdə vəfat etmişdir ki, Sabunçu xəstəxanasında ölmüşdür. Sulutəpədə dəfn edilmişdir. Tahirə xanımın valideyinlər orada dəfn edilib deyə onuda orada dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 ərizəçinin anası olmuşdur. O, xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi aidiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar