Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3067/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7530,10 manat məbləğində dəymiş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının, ümumilikdə isə 7860,10 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 0- 4459 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə əsasında X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində isə G-4 markalı, 1202AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və Qazdan istifadə Qaydalarının 6.5 yarımbəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənər qanunsuz qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, onun təbii qazdan istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 22.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 423,20 manat, 14.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 95 manat, 19.01.2017-ci il tarixli, ******* saylı akta əsasən 233.20 manat, 21.02.2017-ci il tarixli, ******* saylı akta əsasən 214 manat, 16.03.2017-ci il tarixli, ******* saylı akta əsasən 149,20 manat, 19.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 220,40 manat, 05.06.2017-ci il tarixli, ******* saylı akta əsasən 105,80 manat, 18.08.2017-ci il tarixli, ******* saylı akta əsasən 71 manat, 06.12.2017-ci il tarixli, ******* saylı akta əsasən 364.40 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 810 manat, 26.02.2018-ci il tarixli, ******* saylı akta əsasən 331,60 manat, 30.03.2018-ci il tarixli, 58/1637 saylı akta əsasən 194,40 manat, 20.04.2018-ci il tarixli, ******* saylı akta əsasən 136 manat, 21.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 119 manat, 28.06.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 27.08.2018-ci il tarixli, ******* saylı akta əsasən 230.40 manat, 26.09.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 59 manat İddiaçı İB-nə zərər dəymişdir. İddiaçı İB-yə 5774,40 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 1069,70 manat, sayğac üzrə limitdən artıq istifadə edildiyi üçün yeni tarifə keçidlə əlaqədar olaraq 98.10 manat, əvvəlki illərdən isə 587,90 manat borcu qalmışdır. Cavabdeh 2016-2020-ci illər ərzində təbii qaza 40 manat pul ödəmişdir. Bu da onu göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb, lakin o yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdehin hazırda saldo üzrə ümumi 7530,10 manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 7530,10 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.01.2020-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********00001 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 7530.10 manat məbləğində borc hesablanmışdır. - İş materiallarından görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, 22.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 423,20 manat, 14.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 95 manat, 19.01.2017-ci il tarixli, ******* saylı akta əsasən 233.20 manat, 21.02.2017-ci il tarixli, ******* saylı akta əsasən 214 manat, 16.03.2017-ci il tarixli, ******* saylı akta əsasən 149,20 manat, 19.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 220,40 manat, 05.06.2017ci il tarixli, ******* saylı akta əsasən 105,80 manat, 18.08.2017-ci il tarixli, ******* saylı akta əsasən 71 manat, 06.12.2017-ci il tarixli, ******* saylı akta əsasən 364.40 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 810 manat, 26.02.2018-ci il tarixli, ******* saylı akta əsasən 331,60 manat, 30.03.2018-ci il tarixli, 58/1637 saylı akta əsasən 194,40 manat, 20.04.2018-ci il tarixli, ******* saylı akta əsasən 136 manat, 21.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 119 manat, 28.06.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 27.08.2018-ci il tarixli, ******* saylı akta əsasən 230.40 manat, 26.09.2018ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 59 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İ.Əminov üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Lakin, məhkəmə tərtib olunmuş 19.01.2017-ci il tarixli, ******* saylı, 21.02.2017-ci il tarixli, ******* saylı, 16.03.2017-ci il tarixli, ******* saylı, 19.04.2017-ci il tarixli, ******* saylı, 05.06.2017-ci il tarixli, ******* saylı, 18.08.2017-ci il tarixli, ******* saylı, 06.12.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı, 26.02.2018-ci il tarixli, ******* saylı, 30.03.2018-ci il tarixli, 58/1637 saylı, 20.04.2018-ci il tarixli, ******* saylı, 21.05.2018-ci il tarixli, ******* saylı, 28.06.2018-ci il tarixli, ******* saylı, 27.08.2018-ci il tarixli, ******* saylı, 26.09.2018-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış məbləğlərlə razılaşmır və həmin məbləğlərin şişirdilmiş olduğu qənaətinə gəlir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunur ki, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manat məbləğində müəyyən edilir, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyşikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Buna görə də, istifadə olunmuş qazın hər kubmetri 0.20 qəpikdən deyil, sözügedən aktlar üzrə müvafiq 0.10 qəpikdən hesablanaraq cəmi məbləğ olaraq 1677.5 manat məbləğində dəymiş zərər müəyyən olunmalı idi. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22.11.2016-cı il tarixli, ******* saylı 19.01.2017-ci il tarixli, ******* saylı, 21.02.2017-ci il tarixli, ******* saylı, 16.03.2017-ci il tarixli, ******* saylı, 19.04.2017-ci il tarixli, ******* saylı, 05.06.2017-ci il tarixli, ******* saylı, 18.08.2017-ci il tarixli, ******* saylı, 06.12.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı, 26.02.2018-ci il tarixli, ******* saylı, 30.03.2018-ci il tarixli, 58/1637 saylı, 20.04.2018-ci il tarixli, ******* saylı, 21.05.2018-ci il tarixli, ******* saylı, 28.06.2018-ci il tarixli, ******* saylı, 27.08.2018-ci il tarixli, ******* saylı, 26.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı aktlar əsasında dəymiş ziyan 4042.10 manat hesablanmalıdır. İddiaçı İB cavabdehin 2020-ci il üçün 1069,70 manat, sayğac üzrə limitdən artıq istifadə edildiyi üçün yeni tarifə keçidlə əlaqədar olaraq 98.10 manat, əvvəlki illərdən isə 587,90 manat borcu olması bildirsə də, həmin borcun hansı əsasla yaranması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, yerdə qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə cavabdehin əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş məbləğ qismən təmin edilərək 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4042.10 (dörd min qırx iki manat, on qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3067/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3067/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver