Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3070/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Əsəd oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkün ona qaytarılması » tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkün ona qaytarılması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinin Cavabdeh tərəfindən ona təhvil verilməsi və 30.000 (otuz min) manat məbləğində dəbbə pulunun ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi 12 ünvanda yerləşən mülkün 0.0087 ha torpaq sahəsi, 38.9 kvadrat metr sahəsi olan yaşayış otağından ibarət olan hissəsi paylı mülkiyyət hüququ ilə onun adınadır. Qeyd olunan əmlakı xx.xx.2019-cu ildə Bakı şəhəri, 39 nömrəli notariat ofisində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Bu barədə ona xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********53- 10301 reyestr nömrəsi, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2019-cu il tarixdən alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Lakim həmin müqavilənin bağlandığı tarixdən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq müqavilənin həmin bəndini satıcı icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160.1 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.032 ha torpaq sahəsindən 0.0087 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 38.9 kv.m sahədən ibarət 1 yaşayış otağını alıcı İddiaçı mülkiyyətinə verməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin vermiş olduğu sorğusuna xx.xx.2023-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin Bölgü Sxeminə səasən, İddiaçı aid olan hissə “A” literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən sahəsi 38.9 kv.m olan yaşayış otağı torpaq sahəsi 0.0087 ha İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, **********53-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı məlum olur ki, ünvan 3 ünvanında yerləşən 1 otaq yaşayış sahəsi 38.9 kv.m və torpaq sahəsinin 0.0087 ha olan hissəsi xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı X1 iddiaçı bu barədə mülkiyyət hüququ barədə çıxarış alsa da, qeyd olunan sahə faktiki olaraq cavabdehin istifadəsində olmaqla bu günə kimi İddiaçı təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək, Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən 0.0087 ha torpaq sahəsi və 38.9 kv.m yaşayış sahəsindən ibarət 1 otaqdan ibarət olan hissəsi iddiaçı X3 təhvil verilməlidir. İddia tələbinin 30000 (otuz min) manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması ilə bağlı bildirir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Qanunun tələbindən də göründüyü kimi dəbbə pulunun ödənilməsi barədə razılaşma yazılı formada olmalı və tərəflər arasında öhdəlik hüquq münasibətlərindən yaranan hallara tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə iddiaçı dəbbə pulu yox vurulmuş zərər, əldən çıxmış fayda ilə bağlı tələb irəli surə bilərdi və belə bir tələb irəli sürməmiş bu barədə sübut təqdim etməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə 30.000 manat dəbbə pulunun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi 12 ünvanda yerləşən əmlak cvabdeh Cavabdeh tərəfindən iddiaçı X3 təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3070/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3070/2023
24.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver