Məhkəmə qərarları › İş №2(008)-3072/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3072/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3072/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehİərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırmışdır ki, Ehtibarlı (Mustafayeva) Turanə Zalik qızı ilə xx.xx.2010-cu ildə nikaha daxil olmuş, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı 2020-ci ildə ünvan 1ndə torpaq sahəsi alaraq, orada fərdi yaşayış evi tikmiş və 2021-ci ildə həmin evə köçmüşdür. Bütün qazancını yaşadıqları evin tikilməsinə və təmirinə xərcləmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlərdən olan Cavabdeh1 həmin torpaq sahəsinə dair Zabrat Bələdiyyəsi tərəfindən şəhadətnamə verilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-2049/2024 nömrəli qətnaməsi ilə, X1, uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair İddiaçı qarşı iddia tələbi təmin edilmişdir. Həmin qətnamənin icrasından sonra mənzilə köçürülmüş, Etibarlı (Mustafayeva) Turanə Zalik qızı, Alim Mustafayevin həmin evdə yaşamasına imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. 23 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçının dedikləri ilə razılaşdığını və iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5786 qeydiyyat nömrəli “Yerli bələdiyyə büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə”dən görünür ki, Bakı şəhəri Zabrat qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi üzrə Cavabdeh1 vergi uçotuna alınmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, qətnaməsinin surətindən görünür ki, X2, uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülkil Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan normalardan başqa, məhkəmə onu bildirməyi zəruri hesab edir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır:

1. şəxs köçmək istədiyi yerdə yaşayıbmı;

2. şəxs yaşadığı yerdən məhrum edilibmi;

3. məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşlar və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Hazırkı halda iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin evin üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Bu halda dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eləcə də, özbaşına tikilidə yaşamış, həmin tikilinin alınmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Lakin iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, mübahisəli özbaşına tikili İddiaçı tərəfindən onun vəsaiti hesabına alınmış və tikilmiş, bütün komunal ödənişlər onun adına olmaqla, uzun müddətdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Beləliklə, İddiaçı ünvan 1 ünvanında olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Məhkəmə araşdırması zamanı İddiaçı həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bü cür vəziyyətdə yaşayış sahəsinə ehtiyyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına Cavabdeh2 tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçının qeyd olunan ğzbaşına tikiliyə köçürülməsinə heç bir etirazı olmadığını bildirmişdir. Lakin iddiaçı ərizəsində cavavdehlərdən X4 qarşı hansı tələb irəli sürdüyünü ondan nə istədiyini əsslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində qismən təmin edilərək, 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1ndə torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. İddia Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar