Məhkəmə qərarları › İş №2(008)-3077/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3077/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3077/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1954-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, mərhum X7 onun anasıdır. Anası xx.xx.1954-ci il tarixdə Qazax rayonunda doğulmuş, xx.xx.2016-cı ildə Ağstafa rayonu Saloğlu qəsəbəsində vəfat etmiş və həmin rayonun Saloğlu qəsəbəsindəki qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi indiyədək ölüm haqqında şəhadətnamə almamışdır. Belə ki, anası vəfat edən vaxt Təcili və X9 xidməti çağıra bilməmişlər. 36 saylı şəhər poliklinikasından hər hansı xəstəliyi ilə bağlı müraciət olmadığı səbəbindən anası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Maraqlı şəxsnə müraciət edilərək, ölüm haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş, lakin ölüm haqqında şəhadətnamənin verilməsinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci maddəsinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Onun anasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Göstərilənlərə əsasən, ərizəçi mərhum anasının mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki torpaq sahəsinin sənədləşməsi ilə bağlı ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Mərhum anası X2 rayonu, Saloğlu qəsəbəsində yaşamışdır. Ürək xəstəliyindən əziyyət çəkmişdir. Mərhum xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Ağstafa rayonu, Saloğlu qəsəbəsində dəfn edilmişdir. O, özü dəfn mərasimində iştirak etməsə də, qohumları iştirak etmişdir. Mərhumun ölüm şəhadətnaməsinin alınması onun adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan əmlakın sənədləşmə işi ilə bağlı lazımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı oğludur. Nənəsi X1 ürək xəstəliyindən əziyyət çəkmişdir. Onun vəfatını atasından eşitmişdir. Mərhum xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. O, nənəsinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalası oğludur. Mərhum xəstə idi, xəstəliyi ilə bağlı vəziyyəti ağırlaşmışdır. xx.xx.2016-cı il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ünvanındakı ata evində vəfat etmiş və Saloğlu qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğulmuşdur. - xx.xx.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi X4 oğludur. - Ağstafa rayonu Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 304 nömrəli arayışından məlum olur ki, X7 xx.xx.2016-cı ildə vəfat etmiş və Ağstafa rayonu, Saloğlu qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi “36 saylı şəhər poliknikası”nın xx.xx.2024-cü il tarixli, 28 nömrəli arayışından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X7 xx.xx.2015-ci ildən tibbi qeydiyyatda olmuşdur. xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək 3 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur. xx.xx.2016-cı il tarixdən poliklinikaya hər hansı bir müraciəti olmamışdır. Bu səbəbdən xx.xx.2016-cı ildə vəfat etməsinə baxmayaraq, X5 ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-3/2-15-204/2024 nömrəli məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Məzardaşının fotoşəklində “X6, xx.xx.1954-xx.xx.2016” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi anası X7 xx.xx.2016cı il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsində yaşadığı evdə xəstəlik səbəbindən vəfat etmişdir. Mərhumun mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki torpaq sahəsinin sənədləşməsi ilə bağlı mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar