Məhkəmə qərarları › İş №2(008)-3080/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3080/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3080/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “İddiaçı İB-nin ona qarşı iddiasının rədd edilməklə “İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 30.04.2020-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilərək, onlardan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 1717.30 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun onun hesabından silinməsi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 1717,30 (bir min yeddi yüz on yeddi manat, otuz qəpik) manat məbləğində dəymiş zərər, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 2047,30 (iki min qırx yeddi manat, otuz qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “İddiaçı İB-nin ona qarşı iddiasının rədd edilməklə “İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 30.04.2020-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilərək, onlardan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyriqanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 1717.30 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında AKX-0078945/03-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində, G-4 markalı, 40024997 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və Qazdan istifadə Qaydalarının 6.5 yarımbəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənər qanunsuz qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, onun təbii qazdan istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 199,80 manat, 28.02.2020ci il tarixli, ******* saylı akt əsasında 885,60 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat İddiaçı İB-nə zərər dəymişdir. İddiaçı İB-yə 1675,80 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 76 manat borc qalmışdır. Cavabdeh tərəfindən cüzi ödəniş edildikdən sonra İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 1717,30 manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 1717,30 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun fərdi yaşıyış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən guya ki, onun tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməyi faktı aşkar edilmiş və aşkar edilmiş faktlar üzrə 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 199,80 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 30.03.2020- ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, cəmi 1675,80 manat məbləğində İddiaçınə zərər vurmağı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən İddiaçı ondan vurulmuş zərərə görə 1717,30 manat, pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia irəli sürmüşdür. O, İddiaçı iddia tələbləri ilə razı deyil və hesab edir ki, bu tələblər əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, sözü gedən aktlar tərtib edilən vaxtlarda o, ünvan 1 ünvanında yaşamırdı. Təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edən də o, olmamışdır. Bundan əlavə İddiaçı iddia edir ki, sayğacdan kənar qeyri-qanuni istifadə edilmə faktı bir neçə dəfə aşkarlanıb. Əgər belə bir hal var idisə İddiaçı bu faktı dəqiq araşdırmalı və qaz xəttinə qanunsuz qoşulanın kimliyini müəyyən etməli idi. Göründüyü kimi əgər İddiaçı əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmanı müəyyən etmişdilərsə qanunsuz qoşulanın inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbir görməli idilər. Lakin onlar bunu etmədən, kimin sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmasını müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan İddiaçı tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı iddiası rədd edilməklə, İddiaçı 30.04.2019-cu il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktları etibarsız hesab edilməli və yanlışlıq nəticəsində səhvən ona yazılmış 1717,30 manat dəymiş ziyan məbləği onun hesabından silinməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ilkin iddia və qarşılığlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.03.2019cu il tarixli, AKX-0078945/03-2019 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh oğluna qazdan istifadə nəticəsində 1717,30 manat məbləğində borc hesablanmışdır. - İddiaçı 30.04.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSSQ-nın maksimal saaatlıq qaz sərfi 1.5kubmetr/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x6x90=648 m3, 1.5x10x90=1350m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 30.04.2018-ci il tarixli ******* saylı akt olmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2018-ci il tarixli ******* saylı aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. - İddiaçı 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x24x90=2592m3, 1.5x24x90=3240m3 1.4x24x90=3024 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 28.02.2020-cu il tarixli ******* saylı akt olmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-cu il tarixli ******* saylı aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. - İddiaçı 30.03.2020-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x24x30=864 m3, 1.5x24x30=1080m3 1.4x24x30=1008 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 29.03.2020-cu il tarixli ******* saylı akt olmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.03.2020-cu il tarixli ******* saylı aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Nardaran kəndi, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. - İddiaçı 30.04.2020-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x24x30=864 m3, 1.5x24x30=1080m3 1.4x24x30=1008 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 30.04.2020-cu il tarixli ******* saylı akt olmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-cu il tarixli ******* saylı aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Nardaran kəndi, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir - ARDNŞ İddiaçı İB-nin hesabına ödənilmiş qəbzlərin surətindən görünür ki, ilk iddia üzə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təbii qazın istehlak haqqı olaraq 41.50 manat, 11.20 manat, 17.80 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İlk iddia üzrə cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentə hesablanmış 199.80 manat borcun tutulması hissəsində da hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz Cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissəsədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 30.04.2020-ci il tarixli, ******* aktlar əsasında dəymiş ziyan 1476 manat hesablanmalıdır. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 76 manat məbləğində borcun tutulması hissəsində da hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, İddiaçı İB-nin tərəfdən Cavabdeh 76 manat məbləğində sayğac borcunun olması bildirilsə də həmin borcun hansı əsasla yaranması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbi üzrə vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilk iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə ödənilməli, yerdə qalan məbləğ isə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə Cavabdeh əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş məbləğ qismən təmin edilərək 100 ( bir yüz ) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilki iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ilə onun arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlandığdan sonra tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* saylı, 28.02.2020ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 30.04.2020-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilərək, onlardan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 1717.30 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun onun hesabından silinməsini xahiş etsə də, yalnız 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasın Azərqaz İb-ə dəymiş zərərin məhz ilkin iddia tələbi üzrə cavabdehin təqsirindən olması İddiaçı İB tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək İddiaçı İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.04.2019-cu il tarixli akta əsasən, **********00000 saylı abonent Cavabdeh qanunsuz olaraq hesablanmış 119.80 (bir yüz on doqquz manat, səksən qəpik) manat borc silinməlidir. Azərbaycn Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1476 (bir min dörd yüz yetmiş altı) manat məbləğində dəymiş zərər və ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.04.2019-cu il tarixli akta əsasən, **********00000 saylı abonent Cavabdeh qanunsuz olaraq hesablanmış 119.80 (bir yüz on doqquz manat, səksən qəpik) manat borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar