Məhkəmə qərarları › İş №2(008)-3080/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3080/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3080/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçi1, Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi olmaqla qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.25 hektar ölçüsü olan 1336 nömrəli bağ sahəsinə faktiki birləşdirilmiş 0,1415 hektar torpaq sahəsinin 3/4 hissəsinin Ərizəçi2, 1/4 hissəsinin isə Ərizəçi1 mülkiyyətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1336 nömrəli bağ sahəsi 1965-ci ildən Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış müqaviləyə əsasən atası X1 və onun ailəsinin istifadəsində olmuşdur. X2 vəfat etdikdən sonra Bağlar Təsərrüfatı İdarəsi eyni müqaviləni anası X6 ilə bağlamış və torpaq sahəsinə ailəlikcə sahiblik etməyi davam etdirmişlər. 10 mart 2017-ci il tarixdə anası N.D.İsrafilova vəfat etmişdir. Bundan sonra müraciəti əsasında 13 aprel 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həmin torpaq sahəsinin N.D.İsrafilovanın adına özəlləşdirilməsi barədə çıxarış təqdim edilmiş, sonradan isə həmin sahənin 3/4 hissəsi İsrafilov X8, digər 1/4 hissəsi isə Ərizəçi1 adına rəsmiləşdirilmişdir. Həmin bağ sahəsinin ölçüsü rəsmi olaraq 0,25 ha kimi qeydə alınsa da, əvvəldən yəni atası H.Ə.İsrafilov bağ sahəsini rəsmi əldə edərkən ərazisi faktiki 0,25 ha yox, 0,3915 ha olmuş, həmin bağ sahəsi həmin vaxtdan bütövlükdə mişar daşı ilə hasarlanmış və onlar faktiki 0,3915 ha ölçülü torpaq sahəsinə sahiblik edib mülkiyyətçi kimi fasiləsiz və etirazsız həmin sahədən istifadə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən «əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüquqi ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər». Bununla əlaqədar 0,3915 ha torpaq sahəsinin rəsmiləşdirilməmiş hissəsi olan 0,1415 ha torpaq sahəsinin ¾ hissəsinin Ərizəçi2, 1/4 hissəsinin isə Ərizəçi1 ayrılması barədə müvafiq sənədin çıxarması ilə bağlı 21 sentyabr 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət etmişlər. 1 saylı Bakı ərazi idarəsinin 11 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, istifadələrində olan əlavə torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda həmin idarəyə bu məsələ ilə yenidən müraciət edə biləllər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-ci ildə doğulmuşdur. Atası İsrafilov X7, X3. İş materiallarına əlavə olunan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1957-ci ildə doğulmuşdur. Atası İsrafilov X7, X3. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 oktaybr 2024-cü il tarixli müraciətə cavab məktubunda bildirilmişdir ki, istifadələrində olan əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubiikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1336 (Yeni qaydalarla: AZ 1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Mustafa bəy Topçubaşov küçəsi, 107) 0.25 ölçülü torpaq sahəsi, ¼ hissədə Ərizəçi1, ¾ hissədə Ərizəçi2 xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 1336 nömrəli bağ sahəsi 1965-ci ildən Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış müqaviləyə əsasən atası X1 istifadəsində olmuşdur. X2 vəfat etdikdən sonra Bağlar Təsərrüfatı İdarəsi eyni müqaviləni anası X6 ilə bağlamış və torpaq sahəsinə ailəlikcə sahiblik etməyi davam etdirmişlər. 10 mart 2017-ci il tarixdə anası N.D.İsrafilova vəfat etmişdir. Bundan sonra ərizəçilərin müraciəti əsasında 13 aprel 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həmin torpaq sahəsinin X4 adına özəlləşdirilməsi barədə çıxarış təqdim edilmiş, sonradan isə həmin sahənin 3/4 hissəsi İsrafilov X8, digər 1/4 hissəsi isə Ərizəçi1 adına rəsmiləşdirilmişdir. Hal-hazırda ərizəçilər ünvan 1 ünvanda yerləşən 0.25 hektar ölçüsü olan 1336 nömrəli bağ sahəsinə faktiki birləşdirilmiş 0,1415 hektar torpaq sahəsinin 3/4 hissəsinin Ərizəçi2, 1/4 hissəsinin isə Ərizəçi1 mülkiyyətində olması faktının müəyyən edilməsini istəyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli plenum 3 nömrəli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır Belə ola halda məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsi ilə bağlı faktın müəyyən edilməsi kimi deyil, iddia icraatı qaydasında müraciət etmək hüququ izah edilir. Belə ki, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməkdə haqlı deyildir. Odur ki, ərizə rədd edilməməlidir. Yəni, Plenum qərarının məzmunundan da göründüyü kimi daşınmaz əmlakla bağlı o fakt təstiq edilə bilinər ki, həmin əmlak qeydiyyata alınmış olsun lakin hüquq müəyyən edici sənəd hansısa hadisə uçqun, yanğın sel və ya digər şəraitdə məhv edilsin və onun bərpası başqa qaydada mümkün olmadıqda məhkəmə qaydasında fakt kimi tanına bilər. Hazırki halda ərizəçilər 0, 14 ha torpaq sahəsinin 1965-ci ildən onların istifadəsində olmasını və bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinin tələblərinə əsasən 30 ildən artıq əmlaka sahiblik etdiyindən onların mülkiyyət hüququnun yaranmasının məhkəmə qaydasında tanınmasını xahiş etmələri ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırki tələblə iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi olmaqla qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar