Məhkəmə qərarları › İş №2(008)-3086/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3086/2024

20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3086/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, X1, Ərizəçi iştirakları ilə, Ərizəçi 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, anası X6 məxsus Bakı şəhəri, ünvan 2dən ibarət miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1964-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. X9 anası, X7 atasıdır. Atası ilə anası rəsmi nikahda olmuş, onların bu nikahdan iki övladı doğulmuşdur - özü və qardaşı X3. Qardaşı - X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Valideynlərinin arasında nikah məhkəmə qərarı ilə pozulmuşdur. Anası X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası X7 də vəfat etmişdir, lakin onunla əlaqəsi olmadığına görə vəfat etmə tərixini xatırlamıram. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin “Qeydiyyat Vəsiqəsi”nə əsasən Bakı şəhəri, ünvan 2 mərhum anası X6 məxsusdur. O, anası vəfat etməmişdən əvvəl və vəfatından sonra ünvan 1 ünvanda yaşayır, mənzilə sahiblik edir və əmlakı idarə edir. Sözügedən mənzili öz adına sənədləşdirmək üçün 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirildi ki, X4 adına V-90/2024 saylı vərəsəlik işi açılmış, lakin miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, onun miras əmlakı faktiki qəbul etməyi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məlumatlandırılmış, maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1964-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur, Sabunçu rayonunda qeydiyyaidadır, anası X9, atası X2 (Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 00****** №-li şəxsiyyət vəsiqəsi, Bakı şəhəri Leni rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ seriyalı 730003 №-li doğum haqqında şəhadətnamə). 4 saylı Bakı “ASAN xidmət” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il atrixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1939-cu il tarixdə doğulmuş X4 ailə tərkibinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir: xx.xx.1938-ci il tarixdə doğulmuş əri X7 (ölüb), xx.xx.1962-ci il tarixdə doğulmuş oğlu X3 (ölüb), xx.xx.1964-ci il tarixdə doğulmuş qızı Ərizəçi. Ərizəçinin anası X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür (Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 089015 №-li ölüm haqqında şəhadətnamə). Ərizəçinin qardaşı X3 xx.xx.2020-ci il tarixdə xx.xx.2023-cü il tarixdə ölmüşdür (96700025 №-li ölüm haqqında şahədtnamə). Bakı şəhəri, ünvan 2 ərizəçinin anası X4 mülkiyyətində olmuşdur (Bakı şəhəri İcra Hakimiyyəti başçısınını aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsi, reyestr kitabı 177, səhifə 26165, qeydəalma № 30/26165). Bakı şəhər İcra Hakimiyyəti Mənzil-X11 131 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ərizəçi X9 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır və mənzil-kommunal xərclərinin özü ödəyir. xx.xx.2020-ci il tarixdə ölmüş X4 adına 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisində V-90/2024 saylı vərəsəlik işi açılmış, lakin miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün ərizəçiyə mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə ölmüş X4 Ərizəçi miras əmlak hesab edilən evdə yaşadığından və bununla da miras əmlakı qəbul etdiyindən (MKİS-in arayışı) o, həmin miras əmlakı qəbul etmişdir. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, «qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir». Hazırki ərizə adıçəkilən Qərarın təsiri altına düşməsə də, göründüyü kimi, artıq mirasdan imtina etməyən vərəsə müddətdən asılı olmayaraq miras əmlakı istəyə bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi miras qoyanın hazırda tək vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, ərizəçi faktiki miras əmlakı qəbul etdiyindən ərizə təmin edilməli və X6 məxsus Bakı şəhəri, ünvan 2-dən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul etmə faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 məxsus Bakı şəhəri, ünvan 2-dən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul etmə faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar