Məhkəmə qərarları › İş №2(008)-3092/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3092/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3092/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3213 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı, ümumilikdə isə 3543 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB 14.12.2015-ci il tarixli, 6198 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə imzalamış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar qanunsuz olaraq özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 165,60 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat, 28.02.2020ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat, 30.06.2020-ci il tarixli, ******* saylı akt əsasında 489,60 manat, 30.07.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 31.08.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 30.09.2020-cu il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 31.10.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 30.11.2020ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat olmaqla, cəmi 3213 manat məbləğində ziyan hesablanmışdır. Cavabdeh 2019-2020-ci illər ərzində təbii qaza pul ödəməmişdir. Bu da onu göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb. Lakin o yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdehin İddiaçı İB-yə ödənilməsi borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo ümumi 3213 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 3213 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri "İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.12.2015-ci il tarixli, 6198 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - **********10000 nömrəli abonent saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin fevral ayı üçün 4440,80 manat məbləğində borcu olmuşdur. - - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş - 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* sayl, 30.06.2020-ci il tarixli, ******* saylı, 30.07.2020-ci il tarixli, ******* saylı aktlar əsasən 2334.2 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin iddiaçı iddia tələbində cavabdeh tərəfindən sayğacdan kənər qaz xəttinə qoşulmaqla təbbi qazın talanma faktını əks etdirən 31.08.2020-ci il tarixli, ******* saylı, 30.09.2020-cu il tarixli, ******* saylı, 31.10.2020-ci il tarixli, ******* saylı, 30.11.2020-ci il tarixli, ******* saylı aktlar əsasında 878.4 manat məbləğində dəymiş ziyanın ödənilməsini xahiş etsədə, sözügedən halları təsdiq edən sübutlar olan aktları mülki işin matriallarına əlavə etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında yalnız 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* sayl, 30.06.2020-ci il tarixli, ******* saylı, 30.07.2020-ci il tarixli, ******* saylı aktlar əsasında dəymiş ziyan 3180.10 manat hesablanmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, yerdə qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə cavabdehin əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş məbləğ qismən təmin edilərək 100 ( bir yüz) manat məbləğində müəyyən edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2334.2 (iki min üç yüz otuz dörd manat, iyirmi qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar