Məhkəmə qərarları › İş №2(008)-3114/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3114/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3114/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə Bakı şəhəri Maştağa qəsəbəsi Bağ evi 694a ünvana hesablanmış 757,61 manat borcun **********90038 nömrəli abonent kodundan və Bakı şəhəri Maştağa qəsəbəsi Bağ evi 694 ünvana hesablanmış 658,60 manat borcun **********70063 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci ildə yaşadığı ünvana, yəni Maştağa qəsəbəsi Bağ evi 694a ünvanınıa SO-2M tipli 209012 nömrəli elektrik sayğacı quraşdırılmış və **********90038 nömrəli abonent kodu verilmişdir. xx.xx.2009-cu ildə SO- 2M tipli 209012 nömrəli elektrik sayğacı AMPY tipli A370920722M167967 nömrəli sayğac ilə əvəz edilmiş, bundan əlavə Maştağa qəsəbəsi Bağ evi 694 ünvanında əlavə elektrik sayğacı quraşdırılması barədə BEŞ ASC-nin X7 və Satışı sahəsinə müraciət etmişdir. xx.xx.2010-cu ildə Maştağa qəsəbəsi Bağ evi 694 ünvanında əlavə elektrik sayğacı quraşdırılmış və X2 adına **********70063 nömrəli abonent kodu verilmişdir. xx.xx.2011-ci ilə qədər oğlu üçün inşa edilmiş evdə fasilələrlə işləyən təmir briqadası 285kvt elektrik enerjisi sərf etmişdir. Avqust ayının 18-20-si ərəfəsində həmin evə gələn xəttin (0)da faza və ümumi qaz kəmərində elektrik cərəyanı olduğuna görə təmir briqadasının dreli və dam örtüyünü tamamlayan ustanın laqonda aparatı sıradan çıxdı. Təxminən avqust ayının 20- 25-i BEŞ ASC-nin X7 və Satışı Sahəsinə bu barədə ərizə ilə müraciət edib, təcili tədbir görülməsini xahiş etmişdir. Maştağa Enerji Təmirindən Rövşən adlı elektrik gəlib xətti yoxlamaq istədi və (0)-a gedən SİP xəttini zədələyərək onu qaz kəməri ilə birləşdirərkən əlindəki lampoçka partladı. Onun xəttinin səhvən açılıb və düzgün bağlanmaması səbəbindən ustaların elektrik avadanlıqları sıradan çıxmışdır. Bu barədə sahə nəzarətçisi Qurbanov Elsəvərə məlumat verilmiş və xx.xx.2011-ci ildə xəttin ləğv edilib yeni SİP xətti ilə əvəz edilməsinə dair 211455 nömrəli akt tərtib edilmişdir. xx.xx.2013-cü ilə qədər X2 adına quraşdırılmış sayğac istifadəsiz qaldı. xx.xx.2013-cü ildə isə adında olan sayğaca əlavə borc yazıldığından və qeyri-qanuni akt tərtib edildiyindən BEŞ ASC-nin əməkdaşları sayğaca gələn SİP xəttini açıb aparmış, sayğacı açıb həyətə atmış və xətti ləğv etmişlər. xx.xx.2013-cü ildə oğlu X3 adına quraşdırılmış sayğacı yenidən bərpa etmişlər. Beləliklə, araşdırma zamanı məlum oldu ki, hələ X2 adına **********70063 nömrəli kod verilməmişdən qabaq 198,72 manat, sayğac quraşdırılan gündən 3 gün sonra 9,24 manat, xx.xx.2011-ci ildə xətt ləğv edildikdən sonra 450,64 manat əlavə, ümumilikdə 658,60 manat borc yazmışlar. xx.xx.2024-cü ildə məlum olub ki, xx.xx.2013-cü ildən bugünə kimi adına quraşdırılmış sayğacın ləğv edilmiş xətti üzrə **********90038 nömrəli abonent kodunda 757,61 manat məbləğində borc yaranmışdır. İki otağı və bir mətbəxi olmuş kiçik bir bağ evini eyni vaxtda, hər iki xəttdən elektrik enerjisi ilə təchiz etmək qeyri-mümkündür. xx.xx.2013-cü ildən etibarən enerji təchizatı müəssisəsi istehlakçıya bildiriş vermədən, mütəxəssis araşdırması aparmadan, istehlakçıya verdiyi elektrik enerjisinin hansı tariflə hesabladığını bildirmədən 1416,21 manat məbləğində şişirdilmiş borcunu istəyir. Halbuki, bu borcun hansı dövrləri əhatə etməsi barədə heç bir məlumat verilməmiş və enerjitəchizatı müəssisəsi 11 il ərzində bir dəfə də olsun debitor borcunu tələb etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli vəsatətə əsasən, X5 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi İddiaçı iddianı müdafiə edərək bildirdi ki, köhnə sayğacı götürüb yenisini quraşdırdılar. Hələ sayğac istismara verilməmişdən, 198 manat borc yazıldı. Sonradan 450 manat borc yazıldı. Sonradan özləri sayğacı ləğv etdilər. Qonşu ilə onun sayğacının yerini səhv bağlayıblar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. -**********90038 nömrəli abonentin "Abunə haqqında" saldosundan görünür ki, sayğac xx.xx.2009-cu ildə ünvan 2 ünvanında X6 adına quraşdırılmışdır və enerji istifadəsinə görə 757,61 manat məbləğində borcu mövcuddur. -**********70063 nömrəli abonentin "Abunə haqqında" saldosundan görünür ki, sayğac xx.xx.2018-ci ildə ünvan 3 ünvanında X4 adına quraşdırılmışdır və enerji istifadəsinə görə 702,46 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız həmin Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. "X1 Qaydaları"nın 5.3-cü bəndinin ikinci cümləsinə əsasən, yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb olunan 757,61 manat və 658,60 manat borc hansı əsasla yarandığı məhkəməyə məlum olmadığından və yaranma əsasını göstərən sənədlər məhkəməyə təqdim olunmadığından, həmin məbləğdə borclar silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Maştağa qəsəbəsi Bağ evi 694a ünvana hesablanmış 757,61 manat borc **********90038 nömrəli abonent kodundan və Bakı şəhəri Maştağa qəsəbəsi Bağ evi 694 ünvana hesablanmış 658,60 manat borc **********70063 nömrəli abonent kodundan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar