Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3117/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən abonent kodum **********00000 olan yaşayış evinə əsassız olaraq “Azəri-Qaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında dəymiş ziyan kimi hesablanmış 518.4 manat (beş yüz on səkkiz manat, qırx qəpik) borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evinə abonent kodu **********00000 olan qaz sayğacı quraşdırılmışdır. Onun qeydiyyatda olduğu ev Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, ev 50/1A olsa da, “Azəri-Qaz“ İstehsalat Birliyi evinə sayğac quraşdıran zaman evini ünvanını yalnışlıqla səhv olaraq ünvan 1 ünvanına quraşdırılmışdır. Həmin qaz sayğacı o, İddiaçı adınadır. Uzun müddət həmin smart tipli sayğacın smart kartına pul ödəməklə qazdan istifadə etmişdir. Onun xəbəri olmadan “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları xx.xx.2021-cü il tarixində ******* N-li Akt əsasında əvvəlki smart tipli G-4 markalı 1502AZ**********99 N-li sayğacı yerindən çıxararaq, əvəzetmə ilə yerinə mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Əvvəlki qaz sayğacı çıxarılan zaman həmin sayğacın plombları yerində olmuş, sayğac normal qaydada işləyirdi. Bu yaxınlarda mexaniki tipli sayğacın istifadə olunan qaz sərfıyyatını ödəyən zaman onun sayğacına 518.4 manat əlavə borc yazıldığının şahidi olmuşdur. Borcun haradan yazıldığını öyrənmək üçün “Azəri-Qaz“ İstehsalat Birliyinə müraciət etmişdir. “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşı ona sayğacının labaratoriya rəyinin sənədlərini təqdim etmişdir. Orada guya ki, “sayğacin klapani işlək deyil, yivli birləşmələr karroziyaya uğrayib, sayğacin çixiş yivli birləşməsi deformasiyaya uğrayıb, sayğacın hesablama mexanizmi qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarinin ətrafı zədəlidir, sayğacin yaddaş arxivi oxundu, sayğacin istismar müddətində xx.xx.2020-ci il tarixində alarm-1 rejimi aşkar edildi” qeyd olunmuşdur. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli ******* nömrəli Akt tərtib olunaraq, 518.4 manat ona borc yazılmışdır. O, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşına bildirmişdir ki, onun sayğacının plobları yerində olub, sayğacıma müdaxilə etməmişdir. Ploblar yerində olduğu halda heç kim sayğaca müdaxilə edə bilməz. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borcu silinmədi. Ona borcun silinməsi üçün Məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Qaz sayğacına qanunsuz müdaxilə etmədiyi üçün, həmin sayğacda onun iştirakı olmadan qaz sayğacı dəyişərək, labaratoriyada iştirakı olmadan sayğacın müayinə ediməsi, onun sayğacına xx.xx.2021-ci il tarixli ******* Nli Akt tərtib edərək, ondan dəymiş ziyan pulunun tələb olunması ona qarşı haqsızlıqdır. O, qaz sayğacına, nə də ki, qaz xəttinə müdaxilə etməmişdir. Bildirir ki, həmin ünvanda tək yaşayır, yaşlı qadın, qaz sayğacına müdaxilə etməyinə heç bir ehtiyac yoxdur. Smart karta ödəniş etməklə qazdan istifadə etmişdir. Barəsində tərtib olunan xx.xx.2021-ci il tarixli ******* Nli Akt əsassızdır və həmin Akt əsasında ona yazılmış 518.4 manat dəymiş ziyan borcu silinməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-04044-1 nömrəli rəyə əsasən sayğacın klapanı işlək deyil. Sayğacın çıxış yivli birləşməsi deformasiyaya uğramışdır. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 4320 m3 olması hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı Nriman qızına 2021-cü ilin oktyabr yayında qalıq və aktlar üzrə 432 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent H.Kərəmovun istifadəsinə verilmiş sayğacın kənar təsir nəticəsində əzilməsi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və bunun əsasında itirilmiş qazın həcmi 4320 kub metr hesablanaraq dəymiş zərər 432 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin işlək olmaması, sayğacın kənar təsir nəticəsində əzilməsi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış borc silinməlidir. Lakin iddiaçı məhkəməyə müraciət edərək ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən ona 518.40 manat borc yazılmış olduğunu bildirsə də, abonentin saldosundan görünür ki, ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən **********00000 saylı abonentə 432 manat məbləğində cərimə hesablanmış olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 432 (dört yüz otuz iki) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3117/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3117/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver