Məhkəmə qərarları › İş №2(008)-3120/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3120/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3120/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabehlər "xxxx" ASC-yə qarşı borcun slinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektrik enerjisi üzrə abonent kodu **********00022 olan, elektrik enerjisinə görə “Azərişıq" ASC tərəfindən əsassız hesablanmış 1833,01 manat məbləğində borcun silinməsi, hesabından əsassız tutulmuş 142,52 məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ona qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2096,70 manat borc və ödənilmiş 41,37 manat məbləğində rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4828/2023 №-li qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-993/2024 №-li qətnaməsi ilə 124,76 manat borcun tutulması qət edilmiş, qalan məbləğ isə əsassız olduğundan təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, tərəfindən 124,76 manat borc ödənilmişdir. Məhkəmə qətnamələri ilə 1975,53 manat borcun əsassız yazılması müəyyən edilmişdir. Lakin həmin məbləğ hesabında qalmaqla cavabdeh tərəfindən silinmir. Hesablanmış həmin borc məbləği ilə razılaşmadığından bununla bağlı cavabdeh təşkilata müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etsə də, heç bir tədbir görülməmişdir. Hazırda isə əsassız yazılmış borcdan qanunsuz tutulma aparılmışdır. Belə ki, karta pül köçürdüyü zaman puldan tutulma olur və MTT qərardadı çıxarılana kimi 142,52 manat tutulma olmuş və hazırda borc məbləği 1833,01 manat təşkil edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-993/2024 №-li iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh X1 qarşı Sabunçu rayon Məhkəməsinə müraciət edərək, 2096,70 manat elektrik enerjisinin istehlakına görə borcun, ödənilmiş 41,37 manat dövlət rüsumu alınaraq "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Adıçəkilən qətnamə ilə iddia qismən təmun olunaraq cavabdeh İddiaçı 121,17 manat borc və 3,59 manat dövlət rüsumunnın əvəzi, cəmi 124,76 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki iddia eyni tərəflər arasından eyni məbləğlə əlaqəlidir. Məhkəmə hesab edir ki, hazırki iddiaya artıq baxılıb qiymət verildiyindən iddia ərizəsin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı hesablanmış həmin borc məbləği ilə razılaşmadığından bununla bağlı cavabdeh təşkilata müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdiyini, lakin heç bir tədbirin görülmədiyini qeyd etsə də, buna dair sübut əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-yə rəsmi qaydada müraciət etməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-993/2024 №-li iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasını tələb etməli, "xxxx" ASC isə bunu mütləq icra etməli və silinmiş məbləği abonent kodunda bərpa etməlidir. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə görə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 153, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabeh "xxxx" ASC-yə qarşı 1833,01 manat məbləğində borcun silinməsi, hesabından əsassız tutulmuş 142,52 məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı "xxxx" ASC-yə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 993/2024 №-li iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasını tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar