Məhkəmə qərarları › İş №2(008)-3134/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3134/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3134/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşma çatmayan övladları X6, X5 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən 62 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edəsiniz və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən 62 saylı evin 2 yaşayış otağını alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, digər 2 yaşayış otağını isə İddiaçı2 almışdır. Həmin mənzilin 2 otağı xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı1 adına, digər 2 otağı isə xx.xx.2015-ci il tarixdə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçılar həmin mənzilin mülkiyyətçisidirlər. Həmin vaxtdan ev iddiaçıların sahibliyində və istifadəsindədir. Lakin mənzil iddiaçılara təhvil verilsə də, mənzilin keçmiş sakinləri olan cavabdehlər hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlərin iddiaçılara məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onların mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin sözügedən mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirərək iddia ərizəsinin təmin edilməsini xahiş edərək bildirdi ki, cavabdehlərin heç birisini o tanımır, 2011-ci il tarixdə o özü həmin evdə yaşamışdır, lakin iddia ərizəsində qeyd edilən cavabdehlər orada yaşamamışdırlar. Ümumiyyətlə cavabdehlərin kim olduğlarına dair məlumatları yoxdur. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər Cavabdeh3nın, X8, Cavabdeh2 və X3 faktiki yaşadığı yeri məlum olmadığından məhkəmə tərəfindən onların qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş lakin cavabdehlər həmin ünvanda yaşamadığına görə çatdırılması mümkün olmasına dair məhkəməyə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehlərin və digər iddiaçının iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi və eyni zamanda cavabdehlərin kim olmasına dair məlumatı olmadığını, ev onun paylı mülkiyyətində olduğğu müddətcə qeyd edilən şəxslərin orada yaşamadığını bildirərək iddia tələbinin təmin edilmıəsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan AN-İ ******* saylı , 12 iyul 2015-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 62 saylı evin 28.7 kv. 2 otaqdan ibarət olan hissəsini İddiaçı2 satmışdır. AN-İ ******* saylı , xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Hüseynov Məhəmmədəli Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 62 saylı evin 26.7 kv. 2 otaqdan ibarət olan hissəsini iddiaçı X1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən seriya MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 62 saylı evin mülkiyyətçisi İddiaçı1 (xx.xx.2011) və X9r (xx.xx.2015). İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, X13, Cavabdeh2 və xx.xx.2018-ci il təvəllüdlü X12 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 62 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən 62 saylı ev iddiaçıların paylı mülkiyyətindədir. İddiaçılar cavabdehləri onları tanımır və onların paylı mülkiyyətinə olan evə qeydiyyatda düşməsinə iddiaçılar tərəfindən razılıq verilməmişdir. Bundan əlavə cavabdehlər həmin evdə qeydiyyatda olsalarda onlar həmin evdə, ev iddiaçılar mülkiyyətində olduğdan sonra yəni 2011 və 2015-ci ildən yaşmamışlardır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 62 saylı evdə rəsmi qeydiyyatı formal xarakter daşımış, ümumiyyətlə onların qeyd edilən evdən istifadə hüquqları mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X13 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıların həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Belə olan halda cavabdehlərin istifadə hüquqları olmadığı evə dair istifadə hüququna xitam verilməsi qanunvericiliyin tələblərinə zidd edildiyindən iddiaçıların iddiası rədd edilməlidir. Lakin qeyd edilə qətnamə cavabdehlərin həmin evdən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. Bundan başqa məhkəmə iddia tələbininin yetkinlik yaşma çatmayan övladları X6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən 62 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, yetkinlik yaşına çatmayanın yaşayış yeri valdeyinin yanı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bundan başqa məhkəmə iddia tələbininin X5 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən 62 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan X5 həmin evdə qeydiyytda olması görünmədiyindən iddia tələbi ona münasibətdə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 62 saylı evə olan istifadə hüquqlarına itirilmiş hesab edilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşayına çatmayan uşaqları X6 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar