Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-315/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh oğluna qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11854 ABŞ dolları əsas borc, 3043,21 ABŞ dolları faiz, 1034,02 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 15931,23 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka pedmeti olan daşınmaz əmlakı tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci döngədə, 3 otaqlı, 89,8 kv metr ümumi, 65,9 kv metr yaşıyış, 23,9 kv metr yardıçı sahədən ibarət 131 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin evdən çıxarılması, həmin evin və torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «NİKOYL» X1 (İddiaçı ASC) 13 saylı filialı ilə Cavabdeh arasında 30.07.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə cavabdeh illik 25 % hesablanmaqla 36 aylıq müddətə 12000 ABŞ dolları kredit götürsmüşdür. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci döngədə, 3 otaqlı, 89,8 kv metr ümumi, 65,9 kv metr yaşıyış, 23,9 kv metr yardıçı sahədən ibarət 131 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda, ipoteka müqaviləsində göstərilən 35000 manat qiyməti likvid kimi qəbul olunmasına Bankın etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). «NİKOYL» X1 (İddiaçı ASC) 13 saylı filialı (sonradan-Bank) ilə Cavabdeh arasında 30.07.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 % hesablanmaqla 36 aylıq müddətinə 12000 ABŞ dolları manat məbləğində kredit verilmiş, ödəniş cəçdvəli tərtib olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci döngədə, 3 otaqlı, 89,8 kv metr ümumi, 65,9 kv metr yaşıyış, 23,9 kv metr yardıçı sahədən ibarət 131 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir (0002514 №-li Çıxarış).) Kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmini məqsədi ilə Bank ilə cavabdeh arasında adıçəkilən daşınmaz əmlaka dair eyni tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak hər iki tərəfin razılığı əsasında 35000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmeti olan daşınmaz əmlak DƏDRX-də qeydiyyata alınmışdır (1096499 №-li Çıxarış). Bank tərəfindən Cavabdeh borcu ödəmədiyi üçün tutmaının ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi haqqında cavabdehə ünvanlanmış 10.02.2021-ci il tarixli göndərilmiş bildiriş göndərilmiş, lakin «imtina etdi» qeydi ilə geri qayıtmışdır. Bank tərəfindən DƏDRX-yə bildirişin qeydə alınmasına dair 09.03.2021-ci il tarixli ərizə göndərilmişdir. Cavabdeh Banka 19.03.2021-ci il tarixə ödənilməmiş 11854 ABŞ dolları əsas, 3043,21 ABŞ dolları faiz, 1034,02 ABŞ dolları cərimə, 15931,23 ABŞ dolları kredit borcu təşkil edir (Bank tərəfindən verilmiş maliyyə arayışı). Məhkəmə tərəfindən likvid qiymətin müəyyən edilməsi məqsədi ilə qiymətləndirici təyin edilmiş, lakin cavabdehə baxış barədə məlumat verlisə də, baxışın keçirilməsi mümkün olmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddia 1034,02 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə 1034,02 ABŞ dolları məbləğində cərimənin 103 ABŞ dolları hissəsində tutulmasını ədalətli hesab edir. Müstəqil qiymətləndirici tərəfindən əmlaka qiymət qoyula bilmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilən 35000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11854 ABŞ dolları əsas borc, 3043,21 ABŞ dolları faiz, 103 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 15000,21 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka pedmeti olan daşınmaz əmlakı tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci döngədə, 3 otaqlı, 89,8 kv metr ümumi, 65,9 kv metr yaşıyış, 23,9 kv metr yardımçı sahədən ibarət 131 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçıya ödənilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh ipoteka predmeti olan əmlaka istifadə hüququ itirilmiş hesab edilməli, o, həmin evdən çıxarılmalı, həmin ev və torpaq sahəsi boşaldılıb Banka təhvil verilməli, əmlakın ilkin satış qiyməti 35000 manat müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11854 ABŞ dolları əsas borc, 3043,21 ABŞ dolları faiz, 103 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 15000,21 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka pedmeti olan daşınmaz əmlakı tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci döngədə, 3 otaqlı, 89,8 kv metr ümumi, 65,9 kv metr yaşıyış, 23,9 kv metr yardımçı sahədən ibarət 131 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına iddiaçıya ödənilsin, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin, Cavabdeh ipoteka predmeti olan əmlaka istifadə hüququ itirilmiş hesab edilsin, o, həmin evdən çıxarılsın, həmin ev və torpaq sahəsi boşaldılsın və Banka təhvil verilsin. Əmlakın ilkin satış qiyməti 35000 manat müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-315/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-315/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver