Məhkəmə qərarları › İş №2(008)-3155/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3155/2021

28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3155/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs X7, Maraqlı şəxs3 nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs3 və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla “uşağın mənşəyinin qeyd olunması və akt qeydinin ləğvi” tələbinə dair ərizə üzrə mülki işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs3 və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla “uşağın mənşəyinin qeyd olunması və akt qeydinin ləğvi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə rəsmi nikah zamanı 12 yanvar 2001-ci ildə anadan olmuş X3 mənşəyi müəyyən olunmasına və atası o olmadığı təqdirdə Maraqlı şəxs2ndə 23 mart 2004-cü il 484 saylı akt qeydində ata adı qrafasında onun adının silinməsinə, atası qrafasına bioloji atası Oqtay yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 29.04.2021-ci il tarixində ərizəçi dəqiqləşdirməyə dair ərizə verərək X13 ilə rəsmi nikah zamanı 12 yanvar 2004-ci ildə anadan olmuş X4 mənşəyi müəyyən olunmasına və atası o olmadığı təqdirdə Maraqlı şəxs2ndə 23 mart 2004-cü il 484 saylı akt qeydində ata adı qrafasında onun adının silinməsinə, atası qrafasına bioloji atası Oqtay yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat X2 ilə rəsmi nikahda olsa da aralarında oları nikah formaldır. Həmin dövrdə qardaşı da həyat yoldaşından ayrılmışdı və onunla yaşayırdı. X2 qardaşına da qulluq edirdi. O vaxtlarda onlar arasında münasibət yaranıbmış. Onun bu münasibətdən xəbəri olmamışdır. Bu münasibətdən 12 yanvar 2001ci ildə X9 anadan olmuşdur. Əlicamalın doğum qeydində Fatimə ilə nikahları pozulmadığı üçün atası kimi onun adı yazılmışdı. Uşaq doğulandan sonra uzun müddət Bakıda olmadığı üçün bu işlərdən xəbəri olmamışdır. Bu illər ərzində uşağın atası kimi sənədlərdə də onun adı yazİmışdı. O da Camalı öz oğlu bilmişdir. Qardaşının bu hərəkətindən o bixəbər olmuşdur. Bu yaxınlarda bildikdən sonra bu vəziyyətlə barışa bilməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ailəsi faktiki olaraq dağılmışdır, bərpasına ümid yoxdur. Nikah formal xarakter daşıyır, saxlanılmasına lüzum yoxdur. Uşağın mənşəyinin müəyyən olunandan sonra nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət edəcəyək və onun doğum akt qeydində onun adının ata qrafasında olmasını istəmir. Cavabdehlər də uşağın onların olmasını etiraf edirlər. Sadəcə aralarında nikah olduğu üçün Bakı şəhəri Maraqlı şəxs2 dəyişiklik etməkdən imtina edib bildirmişdir ki, ancaq məhkəmə qətnaməsi ilə bunu etmək olar. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək uşağına atası o olmadığı təqdirdə ata adının dəyişdirilməsini, öz atasının hüquqlarından istifadə etməsini istədiyinin bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X13 izahat verərək, 12 yanvar 2004-ci ildə anadan olmuş X4 atası Maraqlı şəxs3 olduğunu, ata qrafasında Maraqlı şəxs3 adının yazılmasına etiraz etmədiyini, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 nümayəndəsi X14 ərizəni qəbul edərək, uşağın atasının Oqtay olduğundan, ərizənin təmin edilməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 542-05/15 nömrəli imtina məktubun surətindən görünür ki, 12 yanvar 2004-cü il təvəllüdlü X3 atasının Maraqlı şəxs3 olması və doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı müraciətə baxılmış və atalığın təsdiq olunması faktı məhkəmə qətnaməsi ilə təsdiq olunduqdan sonra müvafiq qeyd aparıla biləcəyi bildirilmişdir. -Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 12984548 nömrəli 16.11.2015ci il tarixdə 4 saylı Bakı Asan Xidmət orqanı tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərov Əlicamalın ata qrafasında Əsgərov Mikayıl, ana qrafasında Əsgərova Fatimə qeyd edilmişdir. -Bakı şəhəri Maraqlı şəxs2 AZ İİ seriyalı, 673642 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X9 12 yanvar 2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X5,anası isə X11r. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin Vİ ЖГ seriyalı, 424262 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 16.06.1963-cü il tarixdə doğulmuş Ərizəçi ilə 05.11.1971-ci il tarixdə doğulmuş X6 26 avqust 1995-ci il tarixdə 530 nömrəli akt qeydi ilə nikah bağlanmışlar. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, 12 yanvar 2004-ci ildə doğulmuş X4 bioloji atasının Ərizəçi və ya Maraqlı şəxs3 olması faktı yalnız müəyyən sübutetmə, yəni Bioloji ekspertiza və DNK test vasitələri ilə müəyyən etmək mümkün olduğu halda, maraqlı şəxslərini etirafı bioloji atanın kimliyini təsdiq edən zəruri sübut vasitəsi kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmə sözü gedən ərizəyə baxıldığı zaman hüquq haqqında mübahisə olduğu aşkar etdiyindən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə sözügedən tələblə bağlı ümumi qaydada iddia icraatı formasında məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxs X13, Maraqlı şəxs3 və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla uşağın mənşəyinin qeyd olunması və akt qeydinin ləğvi tələbinə dair ərizə baxılmamış saxlansın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar