Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-316/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X4, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 24.949,81 ABŞ dolları əsas, 35.052,13 ABŞ dolları faiz, 6.720,67 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.792,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 69.515,26 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 26 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “10 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 35.690 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzili 2015-ci il 26 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2015-ci il 26 yanvar tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 26 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 07-dək Cavabdeh1 2015-ci il 26 yanvar tarixli kredit müqaviləsi üzrə banka 24.949,81 ABŞ dolları əsas, 35.052,13 ABŞ dolları faiz, 6.720,67 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 66.722,61 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdilərr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı faiz hissəsində qəbul etməyərək, iddianın rədd edilməsini edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" X2 (İddiaçı ASC) 10 saylı filialı (sonradan-Bank) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 22-G-2-0-77-15 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 26 % hesablanmaqla 36 aylıq müddətinə 35690 ABŞ dolları manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən, borcalan müqavilənin tələblərini vaxtında və lazimi qaydada yerinə yetirməyi öz üzərinə götürmüşdür. Bank ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 22-G-2-0-77-15 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: 1.4-cü bəndinə görə, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borclunun öz vəzifələrini yetiməməsinə və ya lazimi qaydada yerinə yetirilməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla zamin borclu ilə eyni həcmdə Bank qarşısında cavabdehdir; 5.1-ci bəndinə görə, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Bank ilə Cavabdeh1 ilə arasında bağlanmış 22-G-2-0-77-15 nömrəli, xx.xx.2015-ci il tarixli müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 36 ay müddətinə hər ay banka 1437.97 ABŞ dolları (sonuncu ay 1438.11 ABŞ dolları) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66.01 kv. metr, yaşayış sahəsi 38.71 kv. metr, yardımçı sahəsi 27.3 kv. metr olan, 3 otaqlı mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir (RX seriyalı, ******* nömrəli çıxarış). Kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmini məqsədi ilə Bank ilə cavabdeh arasında adıçəkilən daşınmaz əmlaka dair xx.xx.2015-ci il tarixli, 22-G-1-0- 1480-14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan daşınmaz əmlak DƏDRX-də qeydiyyata alınmışdır (RX seriyalı, ******* nömrəli çıxarış). Bank tərəfindən cavabeh Cavabdeh3 Cavabdeh1 ödəməli olduğu ödənişləri həyata keçirmədiyinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair xx.xx.2021-ci il tarixli, KMD-3573 nömrəli məktub göndərilmişdir. Bank tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə (sonradan – DƏDRX) bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə göndərilmişdir. Ərizə DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış, 10 AZN dövlət rüsumu, 30 AZN xidmət haqqı ödənilmişdir (Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi). Cavabdeh1 Banka 07 aprel 2021-ci il tarixə olan borcu 29.949,81 ABŞ dolları əsas, 35.052,13 ABŞ dolları faiz, 6.720,67 cərimə borcları və 2.792,35 ABŞ dolları əldən çıxşmış fayda, ümumilikdə 69.515,26 ABŞ dolları təşkil edir (Bank tərəfindən verilmiş maliyyə arayışı). xx.xx.2021-ci il tarixdə müqavilə üzrə 200 ABŞ dolları məbləğində ödəniş olunmuş və əsas borcdan silinmişdir (Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış). Bank tərəfindən Cavabdeh1 Seyfəddın qızına və Cavabdeh2 borc məbləğu könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borclu və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün təbirlərin görülərək daşınar və daşınmaz əmlaklarına yönəldilərək satılması, notaiusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və əldən çıxmış faydanın ödənilməsinin tələb olunacağı barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıqlar sürətli poçt vasitəsilə göndərilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Cavabdehlər X5, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsbəsi, məhəllə 4090/94, 1/1 nömrəli evin 33 saylı mənzilində qeydiyyatdadırlar (Sabunçu MKTB-nin 47 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayış). "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 04 nömrəli qiymətləndirmə rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 1/1, 33 saylı mənzilin likvid dəyəri 80000 (səksən min) manat təşkil edir. Cavabdehin Cavabdeh4 vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/3220 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, 07 aprel 2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 24.181,51 ABŞ dolları, faiz borcu (illik 5% ilə) 22.189,47 ABŞ dolları təşkil edir. Həmçinin xx.xx.2021-ci il tarixdən sonra hesaba 200 ABŞ dolları məbləğində ödəniş olunmuş və əsas borcdan silinmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonrakı tarixə əsas borc 23.981,51 ABŞ dolları, faiz borcu (illik 5% ilə) 22.189,47 ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmənin təşəbbüsü ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/6175 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, 07 aprel 2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 24.181,51 ABŞ dolları, faiz borcu (illik 5% ilə) 22.189,47 ABŞ dolları təşkil edir. Həmçinin xx.xx.2021-ci il tarixdən sonra hesaba 200 ABŞ dolları məbləğində ödəniş olunmuş və əsas borcdan silinmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonrakı tarixə əsas borc 23.981,51 ABŞ dolları, faiz borcu (illik 5% ilə) 22.189,47 ABŞ dolları təşkil edir. Həmin ekpert rəyində əks olunan cədvəldən görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (müqavilənin bitdiyi günə) faiz borcu illik 26% ilə hesablanmaqla 17.946,55 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətə qədər isə illik 5% ilə hesablanmaqla (əldən çıxmış fayda) 4.242,92 ABŞ dolları təşkil edir. Eyni zamanda hər iki ekspert rəyində “07 aprel 2021-ci il” əvəzəinə “07 aprel 2022-ci il” göstərilmişdir. Bu hal məhkəmə tərəfindən texniki səhv kimi qəbul edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı 24.949,81 ABŞ dolları əsas, 35.052,13 ABŞ dolları faiz borcunun tutulmasını məhkəmədən xahiş edir, lakin məhkəmə hesabdan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə edilmiş 200 ABŞ dolları məbləğində ödənişi nəzərə alaraq, habelə AR Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/3220 nömrəli, xx.xx.2022-ci il tarixli və AR Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/6175 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək, faiz borcunun şişirdilmiş və əsas borca mütənasib olmadığını qeyd edir və 23.981,5 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını ədalətli hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia 6720,67 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində də qismən təmin edilməlidir. Belə ki, məhkəmə 6720,67 ABŞ dolları məbləğində cərimənin tənasübsüz yüksək hesab edərək dəbbə pulunun 600 ABŞ dolları məbləğindək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/6175 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində əldən çıxmış faydanın 4.242,92 ABŞ dolları məbləğində göstərilməsinə baxmayaq, məhkəmə iddia tələbində göstərilən məbləğin (2.792,65 ABŞ dolları) daha az olmasını nəzərə alaraq kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% ilə hesabnlanmış 2.792,65 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Yuxarıda qeyd edildiyi kimi, zaminlik kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Göründüyü kimi, Cavabdeh1 Bank ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi təminatı olaraq zamin Cavabdeh2 borclu laziminca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Odur ki, məhkəmənin qənaətinə görə, 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23.981,51 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.792,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda cavabdehlər Cavabdeh2 Ələmməd oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq Bankın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavədən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda xüsusi mülkiyyətdə mənzilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Eyni zamanda cavabdehlər X5, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, 1/1 nömrəli evin 33 saylı mənzilində qeydiyyatdadırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qeyd olunan ipoteka predmetindən istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 tərəfindən boşaldılaraq İddiaçı ASCyə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 2 mənzilin likvid dəyəri 80000 (səksən min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23.981,51 ABŞ dolları əsas, 17.946, 5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.792,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 45.320,66 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqı tutulmalı; tutma Cavabdeh3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməli, ipoteka qoyulmuş yaşayış evi satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq Banka təhvil verilməli, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 400 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlləmmməd oğlundan müştərək qaydada tutulmalıdır (200 manat hissəsi "xxxx" MMC-nin xeyrinə, 200 manat hissəsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Ələmməd oğlu və Cavabdeh1 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23.981,51 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.792,65 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 45.320,66 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Borc öhdəliyinin təminatı kimi tutma Cavabdeh3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilsin. Həmin yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh3 verilsin. İpoteka predmetinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalana məbləğ cavabdehlər Cavabdeh2 Ələmməd oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 tərəfindən boşaldılaraq İddiaçı ASCyə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlləmmməd oğlundan müştərək qaydada tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlləmmməd oğlundan müştərək qaydada tutularaq X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-316/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-316/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver