Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3169/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29.03.2019-ci il tarixli akta əsasən **********00091 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 486 (dörd yüz səksən altı) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ Cavabdeh əməkdaşları onun iştirakını təmin etmədən və ona rəsmi xəbərdarlıq etmədən yaşadığı evə quraşdırılmış G-4 İtron qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Eyni zamanda Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29.03.2019-ci il tarixli akt tərtib edilmişdir. Aktın tərtib edilməsi səbəbi olaraq qeyd edilmişdir ki, 29/1710-00101-1 nömrəli rəyə əsasən 1002AQ**********8 sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə qoyulan plombların rəngi fərqlidir. Yivli birləşmələrdə karroziya izi mövcuddur. "Cavabdeh" İB-nin SOCAR **********30991710X0101 saylı, 09 yanvar 2019-cu il tarixli telefonoqramına əsasən Bakı RQÖQX Departamentindən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasına aparılmış aşağıda nömrələri qeyd olunan smart-kart tipli qaz sayğacları 12.03.2019-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Cərimələnməyini qanunsuz və əsassız hesab edir. Belə ki, ARDNŞ Cavabdeh əməkdaşlarının sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacda plombların rənginin fərqli olması günəş işığının təsirindən, soyuq və isti havanın təsirindən rəngini itirə bilər. Sayğacın yivli birləşmələrində korroziyanın olmasına gəldikdə isə bildirir ki, sayğac metaldandır və nəm, yağış, qar korroziyanın yaranma səbəblərindən diridir. Əlavə olaraq bildirmişdir ki, sayğac hamı üçün əlçatan yerdədir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac sökülən zaman onu sayğacı sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir?! Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Təbii qazdan da böyük həcmdə istifadə edilmir. İddiaya əlavə etdiyi abonentin saldosu da buna sübutdur ki, köhnə sayğaca abonent tərəfindən müdaxilə edilməsi barədə fakt olmadığından hesablanmış əsassız 486 (dörd yüz səksən altı) manat borc pul silinməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 mart 2019-cu il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanına baxış keçirilən zaman 1710-00101-1 nömrəli rəyə əsasən 1002AQ**********8 sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi fərqlidir. Yivli birləşmələrində korroziya izi aşkarlanmışdır. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27 dekabr 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, 27.12.2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yaşayan İddiaçı adlı abonentin istifadəsində olan sayğac çıxarılaraq İtron G-4 markalı, STS **********8 nömrəli sayğac quraşdırılmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00101-1 nömrəli Sayğacların müayinə laboratiryasının cavabından görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi fərqlidir. Yivli birləşmələrində korroziya izi mövcuddur - **********00091 nömrəli abonent nömrəsindən görünür ki, 2020-ci il üçün borc məbləği 486 manat təşkil edir. -**********00091 nömrəli abonentin GASREP nömrəsindən görünür ki, 2020-ci ilin dekabr ayından karta yüklənən məbləğlərdən borca görə tutmalar çıxıldıqdan sonra 2021ci ilin mart ayı üçün borc məbləği 453 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində 486 manat məbləğində borcun silinmməsini xahiş etsədə, **********00091 nömrəli abonentin GASREP hesabından görünür ki, 2020-ci ilin dekabr ayından karta yüklənən məbləğlərdən borca görə tutmalar çıxıldıqdan sonra 2021-ci ilin mart ayı üçün borc məbləği 453 manat qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29.03.2019-cu il tarixli akta əsasən **********00091 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 453 manat borc silinməlidir. Azərbaycn Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29.03.2019-cu il tarixli akta əsasən **********00091 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 453 (dörd yüz əlli üç) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3169/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3169/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver