Məhkəmə qərarları › İş №2(008)-3187/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3187/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3187/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Bakı şəhərində ev şəraitində xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə oğlan uşaqları doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun Elimdar adlı şəxslə qeyri-rəsmi nikahından 15 noyabr 2020-ci il tarixdə oğlu Raul və xx.xx.2022-ci il tarixdə oğlu Aslan anadan olmuşdur. Uşaqları Bakıda ev şəraitində doğulmuşdur. Uşaq evdə doğulduğundan və ailədə olan müəyyən problemlərdən onlara vaxtında doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaqlar hal-hazırda sağlamdır. Uşaqların doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbədən uşaq evdə doğulduğundan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun özününü doğum haqqında şəhadətnaməsinin olaması səbəbindən xəstəxanaya gedə bilmədiyini yəni xəstəxanaların onu qəbul etmədiyindən məcbur qalaraq ev şəraitində hər iki övladını doğmuş olduğunu bildirdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-375/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlunuz Raulun və xx.xx.2022-ci il tarixdə oğlunuz Aslanın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli olması ərizəçiyə izah edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X16 12 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 1641 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X8 12 saylı şəhər poliklinikasının uşaq şöbəsində qeydiyyatdadır. “Bakı Baş Səhiyyə Mərkəzi” X16 12 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 1642 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X7 12 saylı şəhər poliklinikasının uşaq şöbəsində qeydiyyatdadır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ərizəçi hamilə olmuş, iki uşaqla müxtəlif vaxtlarda fotoları vardır. Bakı şəhər sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-7092/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1997-ci il tarixində Bakı şəhərində doğulması, atasının X3, anasının X2 olması faktı müəyyən edilmişdir. Məhkəmə iclasına iştirak edən şahid qismində dəvət edilmiş X5 ərizəçinin anası olduğunu, qızının doğum haqqında şəhadətnaməsi olmadığından o hamilə olduğu zaman heç bir xəstəxana onu qəbul etmədiyini bildirdi, bu səbəbdəndə qızının hər iki doğuşunun Sumqayıt şəhərində ev şəraitində olduğunu bildirdi. Qızı Leyla xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixində iki doğuş etdiyini, hər iki doğuşunda oğlan uşağları doğduğunu, uşağların sağlan doğulduğunu bildirdi. Doğuş zamanı evdə o, xalası qızı X4 olduğunu bildirdi. X1 tutduğunu bildirdi. Məhkəmə iclasına iştirak edən şahid qismində dəvət edilmiş X6 ərizəçinin anasının xalası qızı olduğunu, Leylanın kiçik yaşda ailə qurduğundan atası anasının ondan küsmüş olduğunu bildirdi. Daha sonra yoldaşı ondu atdıqdan sonra taa anasının övladlarına sahib çıxdığını bildirdi. Leylanın xx.xx.2020-ci il tarixdə və 30.03.222-ci il tarixlərində iki oğlan uşağının doğduğunu, uşaqların doğum yerinin Sumqayıt şəhərində olduğunu bildirdi. Leyla hər iki uşağa hamilə olan zaman onun şəxsiyyətinə dair sənədlərin olmadığından onu xəstəxanaların qəbul etmədiyini bu səbəbdən də hər iki övladını evdə doğduğunu bildirdi, uşağ doğulan zamanı onuda çağırmış olduğlarını evdə ondan başqa birdə Leylanın anası olduğunu bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlara baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə məhkəmə araşdırılması zamanı habelə, Bakı şəhər sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-7092/2022 nömrəli qətnaməsindən də məlum olur ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlər olmadığından o, xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə doğuşlarının baş verdiyi zaman xəstəxanada doğuş etməsi mümkün olmadığından, məcbur qalaraq ev şəraitində doğuş edərək iki oğlan uşağı dünyaya gətirmişdir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün olmadığından o məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərdiyindən ərizəçinin xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə iki oğlan uşağını doğması faktı müəyyən edilməlidir.Lakin, ərizəçi doğuşlarını Bakı şəhərində yerləşən evdə etmiş olduğunu bildirsələrdə, məhkəmə iclasında iştirak edən şahidlər hər iki doğuşun Sumqayıt şəhərində yerləşən evdə olduğunu bildirdiklərindən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi Sumqayıt şəhərində ev şəraitində xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oğlan uşaqları doğması faktı müəyyən edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi Sumqayıt şəhərində ev şəraitində xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oğlan uşaqları doğması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar