Məhkəmə qərarları › İş №2(008)-3203/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3203/2022

13.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3203/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Maştağa bağ massivi sahə 343d ünvanında 600 kvm torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən axhiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı cavabdehin oğlu X8 ilə 21 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2006-cı ildə X9,xx.xx.2007- ci ildə X6 və xx.xx.2013- cü ildə X10 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra əvvəlcə ailə münasibətləri yaxşı olmuş, lakin sonralar xasiyyətlərində uyğunsuzluq yaranmışdır. Odur ki, Bakı şəhəri Suraxanı rayon 30 dekabr 2015-ci il tarixli, 2(010)- 7471/2015 №-li qətnaməsi ilə nikahıları pozulmuş,uşaqlarının anaları İddiaçı yanında qalması və xx.xx.2015-ci ii tarixdən başlayaraq hər ay üç uşağa görə aylıq qazancının yarısı miqdarında alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, mübahisə predmeti olan fərdi yaşayış evindən qovulmuşdur. Məcbur olaraq yetkinlik yaşına çatmamış uşaqlarıyla kirayədə yaşamağa məcbur olmuşdur. Dəfələrlə çıxarıldığı mənzilə köçmək istəsə də cavabdeh və valideynləri buna imkan verməmişdir. Yoldaşı da müxtəlif bəhanələr gətirərək, “yaşlı adamlardır, səbrli ol” kimi ifadələr işlədərək , belə demək olarsa onu yola verirdilər. Hal-hazırda cavabdeh onu yaşadığı evə buraxmır. Halbuki, onlar həmin evdə birgə təsərrüfat aparmaqla etibarlı qohumluq münasibətlərində olmuşlar. İndi isə, getməyə başqa yeri yoxdur. Cavabdehin onu mənzilə buraxmamasını Azərbaycan Respublikası Konstitusiya ilə qorunan hüquqlarının kobud pozulması kimi qiymətləndirir. Bir daha bildirir ki, o, köçmək istədiyi mənzildə cavabdehlə birlikdə yaşamışlar, yaşadığı yerdən məhrum edilmiş və məhrumedilmə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi və eyni zamanda bildirdi ki, iddiaçı 2015-ci ildən boşanma olduğdan bu vaxtadək kirayədə yaşamışdır.Hazırda kirayə pulunu ödəməkdə çətinlik çəkdiyindən əvvəl yaşadığı qaynatasına məxsus evə köçmək zərurərti yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 və anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 və anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 və anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 7471/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X8 ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 975 saylı akt qeydi rəsmləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2013-jü il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanlmış, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün javabdeh X2 xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazançının yarısı miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Maştağa qəsəbəsi, İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyin 160 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Bağ massivi sahə 343D ünvanına qəsəbə nümayəndəliyində təsərrüfat kitabı açılmamış və qeyd olunan ünvan barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. İş materiallarında olan Azərbayjan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********55 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Bağ massivi sahə 343D ünvanında 600 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Elekton Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı hal-hazırda Bakı şəhəri sabunçu rayonu, Sülh küçəsində rəsmi qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, hüquqi statusuna görə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11 . 1 - ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların ma hiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mülki iş üzrə mövcud iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının kömək isdədiyi mənzil özbaşına tikilidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Odur ki qeyd edilənləri əsas götürərək məhkəmə qeyd edir ki, iddiaçı köçmək isdədiyi mənzildə uzun müddət yaşamış olduğunu bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı uzuzn müddət yəni 7 ildən artık müddətdə həmin evdə yaşamamıçdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “onun yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Maştağa bağ massivi sahə 343d ünvanında 600 kvm torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi köçürülməsi” barədə iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar